dizayn

Delfindəki mükəmməl dizayn

Delfinlər hər nəfəs aldıqda ciyərlərinin 80-90% -ni hava ilə doldurarlar. Halbuki, bir çox insan üçün bu nisbət ancaq 15% qədərdir. Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli bir hərəkətdir. Yəni biz necə hərəkət etməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxusu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən on beş dəqiqə arayla növbəli istifadə edər. Bir yarım kürə yatarkən, digər yarım kürə səthə çıxaraq heyvanın nəfəs almasını nəzarət edər.

Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran bir başqa dizayndır. Canlı bu quruluş sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətli üzə bilir. Müasir gəmilərin burunlarında da delfinin ağzına bənzəyən bir çıxıntı vardır. Bu hidrodinamik dizayn, gəmilərin sürətini də eynilə delfinlərdəki kimi artırır.

Həmrəylik əsasında qurulan sosial həyatları

balikc1

Delfinlər bütün canlılar kimi Allahın sonsuz gücünün və sənətinin bir təcəlliləridir.

Delfinlər çox böyük qruplar halında yaşayır. Təhlükəsiz bir qoruma üçün dişilər və balalar belə bir qrupun ortasında olurlar. Qrupun xəstə üzvü tək buraxılmaz, ölənə qədər qrupun içində saxlanılar. Bu güclü həmrəylik bağı, yeni bir bala qrupa qatıldığı ilk gündən… ardı...