davranmaq
İmam Məhəmməd Baqir (ə.s) da buyurmuşdur ki: Qaimimiz (hz. Mehdi) qiyam edəndə bəndələrin başına əlini çəkəcək və onların dağınıq fikirlərini bir yerə toplayacaqdır. Onları bir hədəfə doğru yönəldəcək və onlarda bəyənilmiş əxlaqı kamal həddinə (mükəmməllik səviyyəsinə) çatdıracaq. (Bihar-ul Envar, cild. 52, səh. 336)
Hz. İmam Baqir (ə.s) belə buyurur: “Qaimimiz (hz. Mehdi) qiyam edəndə Allah qullarının başına mərhəmət əlini çəkəcək, diqqətlərini cəmləyəcək və ağıllarını kamil edəcəkdir”. (Bihar-ul Envar, cild. 52, səh. 328)
Hz. Mehdi (ə.s) infaq etməkdə çox comərd davranacaq
Mehdi (ə.s) paylayarkən çox səxavətlidir. Kasıblara mərhəmətli, tələbələrinə intizamlıdır. (Bişaretül Mustafa Şiatül Murtaza, El- Tabari, səh: 318)
Hədisdə hz. Mehdi (ə.s)-ın mal infaq etməkdə çox səxavətli olacağı bildirilir. Ehtiyacı olanlara qarşı hz. Mehdi (ə.s)-ın lütfkar və şəfqətli bir rəftarı olacaq. Hədisdə, həmçinin, hz. Mehdi (ə.s)-ın tələbələrinə qarşı dəqiqliyinə və diqqətinə toxunulmuşdur.
Mehdi (ə.s) bəzi insanların göstərdiyi mənfi şərhlərdən təsirlənməyəcək
Hz. Əli (ə.s) hz. Mehdi (ə.s)-ın qiyamının gətirdikləri haqqında belə buyurur:
“XALQIN FƏRDİ RƏYLƏRİNƏ, ŞƏRHLƏRİNƏ FİKİR VERMƏZ, QURANIN HÖKMÜNÜ İCRA ETMƏYƏ BAŞLAYAR.”
(Mikyalu’l Mekarim c.1, s.81)