bayraqdarlıq

Bədiüzzaman Səid Nursi həzrətləri, müsəlman türk millətinin mənəvi şəxsiyyətinə olan inancını əsərlərində bir neçə dəfə vurğulamışdır. Nəcməddin Şahinər “Bilinməyən tərəfləriylə Bədiüzzaman Səid Nursi” adlı kitabında Bədiüzzaman Səid Nursinin müsəlman türk millətinə olan bu inancını yenə Bədiüzzamanın öz sözləriylə belə ifadə etmişdir:

“Allahu Zülcəlal həzrətləri, Qurani Kərimdə “ …ALLAH ONUN ƏVƏZİNƏ ÖZÜNÜN SEVDİYİ VƏ ONU SEVƏN, MÖMİNLƏRƏ QARŞI MÜLAYİM, KAFİRLƏRƏ QARŞI İSƏ SƏRT OLAN, ALLAH YOLUNDA CİHAD EDƏN VƏ TƏNƏ EDƏNİN TƏNƏSİNDƏN QORXMAYAN BİR CAMAAT GƏTİRƏR… ” buyurmuşdur (Maidə Surəsi, 54). Mən də bu bəyani İlahi qarşısında düşündüm.

BU QÖVMÜN MİN İLDƏN BƏRİ ALƏMİ İSLAMIN BAYRAQDARLIĞINI EDƏN TÜRK MİLLƏTİ OLDUĞUNU BAŞA DÜŞDÜM.” (Nəcməddin Şahiner, Bilinməyən Tərəfləriylə Bədiüzzaman Səid Nursi, səh. 233-234.)
Bu səbəbdən Bədiüzzaman Səid Nursi həzrətlərinin diqqət çəkdiyi Maidə surəsinin 54-cü ayəsi, türk qövmündən çıxacaq olan və axırzamanın ən böyük qütbü əzəmi olan hz. Mehdi (ə.s)-a, Allaha və Peyğəmbərimiz (s.ə.v)-ə hörmət və sevgiylə bağlı olan xas tələbələrinə də işarə edir. Allah ayədə;

“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər… ardı...