başçı
…bəli,yüzlərlə müqəddəs qəhrəmanları yetişdirən, minlərlə mənəvi komandirləri ümmətin başına keçirən və Quran həqiqətləri ilə, imanın nuru ilə və İslamiyyətin şərəfiylə bəslənən, inkişaf edən Peyğəmbərimiz (s.ə.v)-in xalqı, ümməti, ƏLBƏTTƏ AXIR ZAMANDA, İSLAM DİNİNİN, QURANI KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASIYLA, ELANI İLƏ, HÖKMLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ İLƏ, BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN QÜSURSUZ ƏDALƏTİNİ VƏ HAQQA UYĞUNLUĞUNU DÜNYAYA GÖSTƏRMƏLƏRİ ÇOX MƏQBUL OLMAQLA BƏRABƏR, ÇOX LAZIM VƏ LAZIMLI VƏ İCTİMAİ HƏYATDAKI PRİNSİPLƏRİN GƏRƏYİDİR. (Şüalar, 510)
HƏR İNSAN QRUPUNUN BİR BAŞÇISININ OLMASI
Hər insan qrupunu imamları ilə (rəhbərlərilə) çağıracağımız gün artıq kimin kitabı sağ əlinə verilsə, onlar kitablarını oxuyacaqlar və onlar bir xurma çəyirdəyindəki lif qədər belə haqsızlığa uğradılmayacaqlar. (İsra surəsi, 71)
HZ. İBRAHİMİN İNSANLARA BAŞÇI TƏYİN EDİLMƏSİ
Rəbbi İbrahimi bəzi sözlərlə sınamışdı. O da (lazım olanı) tam olaraq yerinə yetirmişdi. (O zaman Allah İbrahimə): “Səni şübhəsiz insanlara başçı edəcəm” dedi. (Bəqərə surəsi, 124)
ƏMR SAHİBLƏRİ
Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də…(Nisa surəsi, 59)
Özlərinə güvən və ya qorxu xəbəri gəldiyində onu yayarlar. Halbuki, bunu peyğəmbərə və özlərindən olan əmr sahiblərinə xəbər versəydilər, ondan nəticə çıxara bilənlər o xəbəri bilərdilər. … (Nisa Surəsi, 83)
BİLİKLİ İDARƏÇİLƏR
Şübhəsiz ki, biz Tövratı içində bir hidayət və nur olaraq endirdik. Təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Bilikli idarəçilər və yüksək bilik sahibləri (Əhbar) Allahın kitabını qorumaqla vəzifəli olanlar və onun üzərinə şahidlər olduqları üçün (onunla hökm edərdilər). Elə isə insanlardan qorxmayın məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın. Kim Allahın endirdiyi ilə hökm etməzsə məhz onlar kafir olanlardır. (Maidə surəsi, 44)
QURANDA MÜSƏLMANLAR TƏQVA SAHİBLƏRİNƏ ÖNDƏR OLMAQ ÜÇÜN DUA EDİRLƏR
Onlar:… ardı...