atəşə çağıran

Adnan Oktarın Tv Kayseridəki canlı reportajı (13 fevral 2011)

 

Adnan Oktar: Qəsas surəsi, 37, şeytandan Allaha sığınıram; “Musa dedi ki: “Rəbbim, kimin Özündən bir hidayətlə gəldiyini və bu (dünya) yurdun(un) nəticəsinin kimə aid olacağını daha yaxşı bilər.” Yəni dünyanın son hakiminin kim olacağını daha yaxşı bilər. “Həqiqətən, zülm edənlər, nicat tapmazlar.” Dəccallar nicat tapmazlar. “Amma dünya yurdunun nəticəsinin kimə aid olacağını daha yaxşı bilər.” İnşaAllah, hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a aid olacaq, Allahın icazəsiylə. “Rəbbim, kimin Özündən bir hidayətlə gəldiyini,” hidayətlə gələn kimdir? Mehdi (ə.s)-dır, inşaAllah. Bir çox mənası var, bir çox işarəsi var. Biz Axırzamana, Mehdi (ə.s)-a işarəsini təfsir edirik, açıqlayırıq.

“Firon dedi ki: “Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm.” Dəccallıq edir, dəccallığını elan edir. Yəni, haşa “Allah yoxdur” deyir. O zamanın darvinist, materialisti, o zamanın Darvini firondur. Firon dövrün Darvinidir. Çünki “Onlara Nilin palçıqlarından meydana gəldiniz” deyir. Nilin palçığından. “Bütün heyvanlar, bitkilər, hamısı Nilin palçıqlarından təsadüfən meydana gəldi” deyir. O dövrün darvinist, materialistidir. “Ey öndə gələnlər, sizin üçün məndən başqa ilah olduğunu bilmirəm. Ey Haman, palçığın üstündə bir atəş yandır, mənə yüksək bir qüllə tik.”

Təbii ki, burada həqiqətən, bir palçıq nəzərdə tutur. Amma biz üçüncü, dördüncü, beşinci dərəcədə təfsir… ardı...