əziyyət

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Münafiqun surəsi, 7 “Onlar ki: “Allahın Elçisi yanında olanlara heç bir infaq (xərc) etmirlər” deyirlər müsəlmanlara. Öz xərclədiyi də ona qəribə təsir edər münafiqə, çox sıxar. Münafiqin ən əziyyət çəkdiyi mövzu, Allah yolunda bir şey xərcləmiş olmasıdır. Yəni ömrünün sonuna qədər onun əziyyətini çəkər. Xərcləyənlərə də bütün gücüylə etiraz edər. “İsraf olur, lazımsız xərc olur, əsla verməyin. Siz özünüzə baxın, yığın, öz ehtiyaclarınıza istifadə edin, əsla verməyin” deyər. Bax, “Allahın Elçisi yanında olanlara heç bir infaq (xərc) etməyin, sonunda dağılıb getsinlər.” Əsil məqsədi də budur. Müsəlmanın dağılmasını istəyər münafiq, “dağılıb getsinlər. Halbuki, göylərin və yerin xəzinələri Allahındır. Ancaq münafiqlər qavramırlar” deyir. Allah verir onsuz da xəzinəni. O da, təsadüfi yəni Peyğəmbərimiz (s.ə.v)-in xüsusi qabiliyyətinə görə təsadüfən olduğunu zənn edir. Halbuki, o malları verən Allahdır.
bankoboev-ru_koran_svyaschennaya_kniga_musulman