Ənam surəsi 59

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir… (Ənam surəsi, 59)

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

 

Allah ayəsində qeyb məlumatının tək Özünə aid olduğunu, Onun məlumatı xaricində heç kimin bu məlumatlardan xəbərdar ola bilməyəcəyini  bildirir. Allah zamandan və məkandan münəzzəh olan, əzəli və əbədi olandır. Allah görünən və görünməyən hər şeyin məlumatına sahib olan, qeybi biləndir.

 

Qeyb, “insanın duyğuları  vasitəsi ilə qəbul edə bilmədiyi, görünməyən, bilinməyən, şahid olunmayan məlumatlar, gələcəyə və keçmişə dair hadisələr” mənasını verər. İnsanlar üçün Allahın icazə verdiyi ölçüdə məlumatına çatdığı, gördüyü, duyduğu və anladıqlarının xaricində olan hər şey qeybə aiddir. Hər hadisənin iç üzünü, əsl həqiqətini, bütün incəlikləriylə, dərininə, hər istiqamətiylə bilən və bunların hamısına hər an hakim olan Uca Allahdır. Allahın xaricində isə heç bir varlıq Allahın icazə verdiyi qədəri xaricində hər hansı bir məlumatdan xəbərdar ola bilməz.

 

Ayədə kainatdakı canlı-cansız bütün varlıqların Allahın idarəsi altında olduğu bildirilir. Yer üzündəki milyonlarla insanın həyatlarının hər anı başlarına gələn hadisələrdən,… ardı...