əlaqədar hədislər

Mehdi ilə əlaqədar hədislərin doğru olduğunu açıqlayan əhli-sünnə alimləri

Əhli-sünnə inancındakı 4 əsas məzhəb olan Hənəfi, Hənbəli, Maliki və Şafi məzhəbləri, hz. İsanın ikinci dəfə gəlişi və hz. Mehdinin ortaya çıxışı mövzusunda tam olaraq ittifaq halındadırlar. Şiə inancında da hz. Mehdinin gəlişinə inanmaq əsas bir mövzu olaraq ələ alınan bir etiqad məsələsidir. Müsəlmanların  98 %-ni təşkil edən əhli-sünnə və şiə inancında, yəni iki böyük məzhəb olan şiə və sünni məzhəblərində, hz. İsanın və hz. Mehdinin gəlişinin doğruluğu və qətiyyəti mövzusunda heç bir tərəddüd yoxdur.

Hz. Mehdi ilə əlaqədar hədislərin sayı o qədər çoxdur ki, həm şiə, həm də əhli-sünnə qaynaqları olmaq üzrə; iki İslami təriqətin nəql etdiyi hədislər içərisində çox az mövzu bu qədər çox saya çatmışdır. Şiələrdə Peyğəmbərimiz (s.ə.v.)-dən və Əhli-beyt imamlarının hamısından hz. Mehdi haqqında hədislər köçürülmüşdür.

A0066

Əhli-sünnənin də Rəsulullah (s.ə.v)-dən bu mövzuda köçürdükləri hədislər mütəvatir olub, onların başda olanların böyük bir hissəsi də buna şahidlik etmişlər:

Hafiz Əskalani “ət-Təhzib” cild 9, səh. 144-də (Heydər Abad bas.) deyir ki: “Hz. Mehdi və onun Əhli-beytdən olduğu yeddi il hökumət edəcəyi, yer üzünü ədalətlə dolduracağı, hz. İsanın onunla birlikdə zühur edəcəyi, dəccalı (fikirlə) öldürəcəyi, ümmətə imamət edəcəyi və İsanın onun arxasında namaz qılacağına dair Mustafa səllallahu əleyhi və alihdən… ardı...