Əhzab surəsi 45

Adnan Oktarın 26 fevral 2011 Kocaeli Tv və Aba Tv-dəki  canlı söhbətindən

ADNAN OKTAR: Əhzab surəsi, şeytandan Allaha sığınıram. 45-ci ayə “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdaredici olaraq göndərdik.” Ayənin əbcədi 2034 tarixini verir. “Və Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran və nur saçan bir çıraq olaraq (göndərdik).” “Öz izniylə (Allahın icazəsiylə) Allaha çağıran“, daima təbliğ edən, insanları İslama, Qurana çağıran, “və nur saçan” İslamı izah etdikcə, insanlarda bir rahatlıq, aydınlanma, hadisələrdə, dünyada bir işıqlanma, rahatlıq olduğu üçün, Allah onu o şəkildə ifadə edir, “nur saçan bir çıraq olaraq (göndərdik).

” Bir işıqlıq, rahatlıq qaynağı olaraq göndərdik.“Möminlərə müjdə ver; həqiqətən, onlar üçün Allahdan böyük bir fəzl vardır.” Bir əbcəd verir, 2005 tarixini verir. “Kafirlərə və münafiqlərə itaət etmə, əziyyətlərinə fikir vermə” Deməli, kafirlər və münafiqlər, itaət etməyimiz üçün bizə təzyiq edəcəklər, biz nə edəcəyik? İtaət etməyəcəyik, “əziyyətlərinə fikir vermə” deməli, biz itaət etmədiyimizdə nə edəcəklər? Əziyyət edəcəklər, əziyyətlərinə də fikir verməyəcəyik, “və Allaha təvəkkül et.”

Bunlardan narahat olmayacağıq, küfr bizə nə edər, insanlar bizə nə edər deməyəcəyik, təvəkkül edib, içimizdə bir rahatlıq olacaq. “Vəkil olaraq Allah yetər.”Yəni özünü heç sıxmağına ehtiyac… ardı...

 

(Adnan Oktarın 6 dekabr 2010 tarixli Kahramanmaraş Aksu TV-dəki reportajından)

ADNAN OKTAR: Əhzab surəsi, açdığımda o hissəsi gəldi. “Ey Peyğəmbər, həqiqətən, Biz səni bir şahid, bir müjdə verici və bir xəbərdar edən olaraq göndərdik.”  Allah hansı hadisələrlə göndərdiyini Peyğəmbərimiz (s.ə.v)-a söyləyir. Şeytandan Allaha sığınıram. Bax “Biz səni bir şahid”, hər hadisəyə, insanlara hər şeyə şahid olur, Peyğəmbərimiz (s.ə.v). “Və bir müjdə verici”, müsəlman nə edəcək? Müjdə verəcək. İslam Birliyinin müjdəsini verəcək, müsəlmanların birləşməsi, gözəl günlərin müjdəsini verəcək, cənnət müjdəsi verəcək, Allah sevgisi müjdəsi verəcək, sevinc müjdələrinin önü arxası olmayacaq və bu müjdələri də şəxsən müsəlmanlar özləri, bir-bir görəcək. Məsələn, biz indi  İslam birliyinin müjdəsini veririk. Bunu müsəlmanlar görəcəklər. Mehdi (ə.s)-ı görmə müjdəsi verirəm, bunu görəcəklər. İsa Məsihi görmə müjdəsi verirəm, bunu görəcəklər. İslam əxlaqı bütün dünyanı işıqlandıracaq. Hər yeri nuru ilə bürüyəcək bunu görəcəklər. Barış və qardaşlıq hər yerə hakim olacaq, hər yeri nuru ilə əhatə edəcək, bunu görəcəklər. Bu müjdələrin verilməsi müsəlmanlığın şərtidir. Quranın hökmüdür, inşaAllah. “Və bir xəbərdar edən”, aman anarxiyaya girməyin, terrora girməyin, dəlalətə girməyin. Darvinizm, materializm bir yalandır, bir oyundur. Bunlara qarşı insanları xəbərdar edirik, inşaAllah. “Xəbərdar edən olaraq göndərdik” əbcədi 1997. Şəddəli 2034-cü il tarixini verir. Hər ikisi də dəqiq Mehdiyyətin tarixidir. Bax, ikisi də 1997-ci il mehdiyyətin əhəmiyyətli bir dövrüdür ki, 97-ci illərdə bilirsiniz 28 fevral oldu, deyilmi?

yasanan_hicbir_an_kaybolmaz