Səba surəsi, 18-ci ayəsinin təfsiri
ADNAN OKTAR: “Onların yurdu ilə bərəkət verdiyimiz məmləkətlər arasında (biri digərindən) görünə bilən şəhərlər yaratdıq, orada gediş-gəliş imkanı yaratmışdıq. Onlara belə dedik: “Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolaşın!”. Əbcədi 2023-cü il tarixini verir, bu ayə İstanbula işarə edir, Allahualəm. Çünki bir şəhərdən digər şəhərin göründüyü yer İstanbuldur. Çünki İstanbulun hər mahalı bir şəhərdir. Hamısı bir şəhərdir. “Orada gediş-gəliş yaratmışdıq”. Yəni geniş prospektlər, yollar salınmışdı. “Gecələri-gündüzləri orada arxayın gəzib-dolaşın” (dedik).” Bu, 2023-cü ildə olacaq, inşaAllah.