Header

Məryəm surəsi, 52-64-cü ayələrinin təfsiri

Aa4a

Məryəm surəsi, 52-64-cü ayələrinin təfsiri

ADNAN OKTAR: “Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və onu (özü ilə) gizlicə danışmaq üçün yaxınlaşdırdıq”. “Tur dağının sağ tərəfindən çağırdıq” baxın, sağ tərəfdən. Burada xüsusi bir ayrıntı var. “Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik. (Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi. O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. Biz onu yüksək bir məqama (cənnətə) qaldırdıq. Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yaqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir.

Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yaqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yaqubun nəslindən olan peyğəmbərlərdəndir. Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi”. Burada axırzamana, dəccaliyyətin dövrünə işarə edilir. Baxın: “Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Bunlar azğınlıqlarına görə cəzalandırılacaqlar”. Şəhvət sırf cinsi əlaqə deyil. Şəhvət Qurana zidd olaraq edilən, Quran xarici hər cür eqoist istək və hərəkətlər, Quranın, Allahın qadağan etdiyi, istəmədiyi rəftarları etmək deməkdir.

“Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən cənnətə daxil olacaqlar. Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir. Orada boş bir söz eşitməzlər, ancaq salam eşidərlər.” Deməli, boş söz insanı sıxır. Dünyada hara getsək boş söz eşidərik. Çayxanaya gedirsən, küçəyə çıxırsan, televiziyanı açırsan boş sözlər danışılır. Çoxu boşdur. Boş sözdən də insanlar sıxılar. “Səhər axşam, onların ruziləri oradadır”. Davamlı yeməkləri var. “Bu, həmin o cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik. Biz (elçilər) ancaq Rəbbinizin əmri ilə enirik”. Bu ayədə Cəbrayıl (ə.s)-dan bəhs edir. “Önümüzdə, arxamızda və bunlar arasında olan hər şey Onundur. Sənin Rəbbin qətiliklə unudan deyil”. Allahın nəyisə unutması mümkün deyil. Bütün hadisələr Allah qatında sonsuz qısa zaman olan tək bir an içərisində olub bitmişdir və hamısı Allahın hifzindədir. İnsan unutqandır. Bu insana verilmiş bir acizlikdir.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313