Zumər surəsi, 22-38-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Baxın, açdığım səhifə Zumər surəsi çıxdı.
Allah buyurur: “Məgər Allahın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi?”. Bu ayənin əbcədi şəddəsiz 1990-cı il, şəddəli 2022-ci il tarixini verir. “Lakin Allahın zikrinə qarşı ürəkləri sərt olanların vay halına”. Yəni eqoizm, lovğalıq hissinə qapılıb: “Mən çox mədəniyəm, marksist fəlsəfəni, başqa fəlsəfələri, darvinizmi, materializmi bilirəm, buna görə hər şeyə təpədən baxıram” deyənlərin vay halına. Allah Təala nə deyir? “Lakin Allahın zikrinə qarşı ürəkləri sərt olanların vay halına. Məhz onlar açıq-aydın azmışlar”, yəni ictimai və açıq pozğunluq içindədirlər“. Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi.”
Yəni Quranı mükəmməl endirdi. “Rəbbindən qorxanların ondan dəriləri ürpəşər”. Yəni əgər Allahdan qorxursa, Quran oxuyarkən onların dəriləri ürpəşər. Qeyri-adi dərəcədə həyəcanlanarlar, çox təsirlənərlər. “Allahın zikrindən sonra dəriləri və ürəkləri yumşalar, sakitləşər”. “Allahın zikrindən sonra”, həyəcanlandıqları vücudlarında da hiss edilər, bundan əlavə “qəlbləri” deyilir. Sevimli, mehriban, lovğalıq hissindən təmizlənmiş, şəfqətli, hadisələrə sağlam fikirlə baxan bir insan şəklinə düşərlər. Baxın, “dəriləri və ürəkləri yumşalar, sakitləşər”. Ürəyin yumşalması ilə sakitləşməsi fərqli şeylərdir. Ürək yumşalıb sakitləşəndə insan mülayim olar. Məqbul və mehriban bir insan olar. O zaman Allahı qəbul etmək, Ona səcdə etmək ona çətin gəlməz. Təkəbbür hissinə qapılmaz. Allaha qul olmağa (haşa) alçaldıcı baxmaz“.
Allahın zikrindən sonra dəriləri və ürəkləri yumşalar, sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar”. Allah Quranla dilədiyini hidayətə çatdırar. “Allahın dəlalətə saldığı şəxsə isə yol göstərən olmaz!”. “Qiyamət günü o pis əzabdan özünü kim qoruya biləcək?”. Orada dialektika fəlsəfəsini izah edərək, marksist şərhlərlə, ucadan danışaraq özünü qurtara bilməz. “Zalımlara: “Qazandığınızı dadın!” – deyilər”. Dünyada nə qazandısa, necə bir vicdansızlıq etdisə, etdiklərinizin cəzasını dadın deyilir. Çünki bütün meyvələrin, tərəvəzlərin, gözəl yeməklərin hamısının təsadüfən olacağına inanır, bu zülmdür. Gözəl insanların, mənzərələrin, yeməklərin, gözəl dadların, gözəl qoxuların, hamısının təsadüfən olduğuna inanır. Halbuki, Allah istəsə bütün qoxuları çox iyrənc yaradardı. Amma gözəl qoxularla çiçəkləri bəzəmişdir.
Allah insanların xoşlarına gəlsin deyə ətirlər yaradıb. Yeməkləri bir-birindən gözəl yaratmışdır. Portağallar, narlar, üzümlər qoyulmuş süfrədə marksistlər oturub böyük bir iştahla, sevinclə o yeməkləri yeyirlər. Allahın yetişdirdiyi o tərəvəzləri, meyvələri böyük bir iştahla yeyirlər. Yaxşı, bəs kim yaratdı deyirsən? “Təsadüfən oldu” deyir. Portağal? Alma? Armud? Üzüm? Təsadüfdür. Bananlar, albalılar, əncirlər, narlar hamısı təsadüfən özbaşına yaranıb, deyirlər. Bu bir zülm deyilmi? Təsadüfən yaranan meyvələrdə bu qədər gözəl qoxu olarmı? Bu qədər faydalı halda olarmı? Bütün vitaminlər var. Bu cür nemətləri kimin yaratdığını düşünməlidir. Düşünmürsə öz nəfsinə zülm etmiş olar.
Məsələn, beynimizin içində hər şeyi rəngli, üçölçülü görürük. Gərginliyi çox aşağı olan bir elektrik cərəyanını, beynimizin içindən keçən elektrik cərəyanını, üçölçülü, dəqiq, keyfiyyətli bir görünüş olaraq görürük. Soruşuruq ki, bütün bunları hansı gözlə görürük? Bu gözün harada olduğundan xəbərləri yoxdur. Ən keyfiyyətli şəkildə səsi eşidirik. Məsələn, hal-hazırda danışdıqlarımı qardaşlarımız televiziyalarda eşidir, internetdən də eşidirlər və eyni anda evin içindəki digər insanların danışıqlarını da eşidirlər. Çox kefiyyətli üçölçülü bir duyğudur. “Bu necə oldu?” soruşuruq. “Təsadüfən oldu” deyir. “Kim görür?” soruşuruq. “Kimin gördüyünü bilmirəm, amma təsadüfən oldu” deyir. “Eşidən kimdir?” deyə soruşuruq.
“Kimin eşitdiyini bilmirəm, amma otaq təsadüfən oldu” deyir. İndi bu zülm deyilmi? Allah da: “Madam ki, görməyin, eşitməyin təsadüfən yarandığını deyirsən, o zaman kor və kar olaraq toplayacağam”. “Onlardan əvvəlkilərdə yalanladı”. Yəni ilk dəfə siz inkar etmədiniz. Tarixin ən keçmiş dövrlərindən bəri hz. Musa (ə.s) dövründə Firon yalan hesab edir. Hz.İbrahim (ə.s) dövründə Nəmrud yalan sayır. Hər peyğəmbərin dövründə yalan sayanlar olub. Qəbul edənlər, iman edənlər də var, yalan sayıb, inanmayanlar da var. Dünya tarixi həmişə belə keçmişdir və qiyamətə qədər də belə olacaq. “əzab da onlara gözləmədikləri yerdən gəldi”.
Ya bir ürək infaktından ölür heç təxmin etmir, ya xərçəngdən ölür, ya qəza ilə ölür və yaxud böyük fəlakət gəlir onunla ölür, yəni toplu bir fəlakət gəlir. “Allah rüsvayçılığı onlara dünyada daddırdı”. Yəni dünyada öz-özlərini xor görürlər. Özünü alçaq, meymun olaraq görür. Özünü primitiv bir məxluq olaraq görür. Yəni təsadüfən meydana gəlmiş, canlı bir orqanizmi zülal yığını olaraq görür. Həm öz-özünü, həm ətrafındakıları alçaldır. Buna görə öz-özünü xor görür və alçaldır. Yəni özünü belə primitiv məxluq olaraq gördüyü üçün, uşağını da primitiv bir məxluq olaraq görür, onları da alçaldır.
“Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər!”. Allah ayədə orada daha çox xor görülüb alçaldılacaqlarını deyir. Daha çox, uzun, dayanmadan və daha çox acı-ağrı çəkəcəklərini deyir. “And olsun” deyir Allah Təala and içir. “Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, öyüd-nəsihət alalar!”. Haradan? Qurandan. Mən hara diqqət çəkdim? Qurana. Allah Təala deyir: “Biz Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət alalar!”. Yəni oxuyub, düşünüb, çəkinərlər. Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir misal çəkir: “Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir”.
Yəni tək Allaha təslim olmaq insanlar üçün qurtuluşdur. Çox yerə təslim olsanız, müxtəlif ilahlara, bütlərə təslim olsanız iztirab çəkərsiniz. Dünyada xoşbəxt ola bilməzsiniz, həmişəlik acı-ağrı çəkərsiniz. “Həqiqət budur ki, sən də öləcəksən onlar da öləcəklər”. Əhməd Altan, Mehmet Altan hər ikisi də mədəni, bilikli gənclərdir. Lakin ataları Çetin Altan marksist olduğu üçün, uşaqları materialist yetişdirdi. İkisini də darvinist və materialist yetişdirdi. Uşaqlar neçə illərdir bunun çətinliyini çəkirlər. Az qala yazılarında dindən uzaq olmağın ağrısını, ondan çəkdikləri məşəqqətləri, iztirabları ifadə edələr. Və ölümü dayanmadan gündəmə gətirirlər, izah edirlər. Ayədə də Allah Təala deyir ki, şeytandan Allaha sığınıram.
“Heç şübhəsiz səndə öləcəksən onlarda öləcəklər. Sonra şübhəsiz sizlər, qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz“. “Mən izah etmişdim, anlamışdın?” deyə soruşur. “İzah etmişdin, anlamışdım” deyə cavab verir. Yaxşı bəs niyə qəbul etmədin? Mübahisə edəcəklər, inşaAllah. Şeytandan Allaha sığınıram. “Allaha qarşı yalan uydurub söyləyən, özünə gələn həqiqəti təkzib edən kimsədən daha zalım kim ola bilər”. Allaha qarşı yalan danışanlar kimlərdir? Xurafatçıların (haqq dəlilləri inkar edən), azğınların böhtanlarıdır. Soruşanda ki, bunu haradan çıxardın? Vəhy ilə bildirildi deyir, xurafatı vəhy olaraq göstərir. “Allaha qarşı yalan uydurub söyləyən, özünə gələn həqiqəti təkzib edən kimsədən daha zalım kim ola bilər”. Quranın da hökmlərini dil əyib-bükərək rədd edir. Mürtəcelərdə, xurafatçılarda şərh olduqca çox inkişaf etmişdir.
Məsələn, insan deyərsən, onu qapıya çevirər. Qapı deyərsən, günəşə çevirər. Ağıla, xəyala gəlməyəcək dəyişikliklər edər. Xurafatçılarda şərh sənəti çox əhəmiyyətli bir sənətdir. Bu onlarda şeytanı bir üsuldur. “Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!“ (Əlbəttə, vardır!) deyir Allah. Onların hamısının yeri hazırdır, deyir Allah. Allah qorxudur ki, düşünsünlər. “Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur!” Yəni Allah dürüst, səmimi, vicdanlı, eqoist, qürurlu olmayan, lovğalıq etməyən, səmimi şəkildə Allaha təslim olanlarda fərahlıq, gözəllik və yaxşılıq meydana gətirəcəyəm deyir.
“Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır”. Çünki dünyada daha əvvəl cinayət törətmiş ola bilər, günaha girmiş ola bilər. Allah onları təmizləyib aradan qaldıracağam, deyir. Yəni yox edəcəyəm deyir. Onlar onu xatırlamayacaqlar. Yəni etdikləri bu hərəkətlər onların başına qaxılmayacaq, xatırladılmayacaq, onlar üçün bir dərd olmayacaq. “Etdikləri günahlarını örtəcəyəm” deyir. “Etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir. Allah quluna yetərli deyilmi?”. Hər qul üçün Allah kifayətdir. “Səni Ondan başqaları ilə qorxudurlar”. Məsələn, səni məhkəməyə verərik, asarıq, kəsərik, döyərik, söyərik deyə onunla qorxudurlar. “Allah kimi azdırırsa, artıq Ondan başqa bir yol göstərici yoxdur. Allah kimi hidayətə çatdırarsa”―yəni Allah Hadi adı ilə təcəlli etsə “Onun üçün yoldan çıxaran yoxdur. Allah intiqam sahibi, güclü və üstün olan deyilmi?”.
“And olsun, onlara: “Göyləri və yeri kim yaratdı? deyə soruşsan, əlbəttə “Allah” deyəcəklər”. Doğu Ergildə “yeri göyü Allah yaratdı” deyir. Yaxşı, davam et, deyirik, “bu qədər, Allah daha sonra maraqlanmadı” deyir.”Yaratdı sonra buraxdı” deyir. Yəni stəkan var, stəkanın məqsədi yoxdur, qələm var, qələmin məqsədi yoxdur, kitab var, kitabın məqsədi yoxdur. Məsələn,deyir ki, bu lampaların bir məqsədi yoxdur. Kürsünün də məqsədi yoxdur, belə bir məntiq istifadə edirlər. Halbuki, hər şeyin bir məqsədi vardır, insanların da bir məqsədi var, dünyanın da bir məqsədi var.
“And olsun, onlara: “Göyləri və yeri kim yaratdı?”―deyə soruşsan, əlbəttə, “Allah” deyəcəklər. De ki: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”. Təvəkkül, dünyada Allahın müsəlmanlara verdiyi ən əhəmiyyətli nemətlərdən biridir.
Təvəkkül etməyən hər insanda ruhi pozğunluq olar, psixoloji pozuğunluqlar yaranar və bədənlərində narahatlıqlar başlayar. Təvəkkül edən insanlar çox sağlam olarlar, çox rahat olarlar. Hər şeyi Allaha həvalə edər. Amma təvəkkül etməyən insan: “buradan necə gedəcəyəm, burada nə olacaq, sabah nə edəcəyəm, nə danışacağam, xəstələnsəm necə müalicə olacağam? Ürəyimdə bir az ağrı var, görəsən xərçəngəm, yoxsa ürək xəstəsimi oldum, qiyamətmi qopacaq, zəlzələmi olacaq? Atam, əmimmi öləcək, özümmü öləcəyəm?” kimi müxtəlif vəsvəsənin içində çırpına-çırpına ömrünü sürünməklə keçirər. Allaha təvəkkül edənin də dünyası xoş, rahat, dinc və gözəl olar, inşaAllah.