Maidə surəsi, 52-56-cı ayələrinin təfsiri
ADNAN OKTAR: Ya Allah bismillah. İndi hər hansı bir səhifə açaq. Maidə surəsi, 56-cı ayə: “Kim Allahı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutsa” Deməli, Allahı, rəsulunu və iman edənləri sevəcəyik. “Şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır (firqəsidir)”. Bu da 2007-ci il tarixini verir. Baxın, Allah “Şübhəsiz ki” deyir, şübhə etməyin, “Şübhəsiz ki, qalib gələnlər” yəni dünyaya hakim olanlar “Allah tərəfdarlarıdır”, Allahı sevənlər müsəlmanlardır. 2007-ci il tarixini verir.
“Ola bilsin ki, Allah, bir zəfər və ya Qatından bir əmr versin” (Maidə surəsi, 52). Yəni bir lider, bir Mehdi (ə.s)-ı gətirəcək, əbcədi 1996-cı il tarixini verir. Hər kəs baxa bilər. Yəni əbcədi bilən qardaşlarımız araşdırsınlar.