Header

Taha surəsi, 90-91, 93, 97-ci ayələrinin təfsiri

Aa4a

Taha surəsi, 90-91, 93, 97-ci ayələrinin təfsiri

ADNAN OKTAR: “Bundan əvvəl (Musa Tur dağından qayıtmamışdan) Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin! Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər”. Yəni qlobal inanclar, insanların yaratdığı inanclar, “biz bunlara bağlı olacağıq” deyirlər. Bax, hz. Musa (ə.s) qardaşına deyir ki: “Niyə arxamca gəlmədin? Niyə əmrimdən çıxdın?”. “Dedi ki: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma”. Buradan aydın olur ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun olub. Saqqallının, saçının uzun olduğu aydın olur.

“Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum”― baxın “İsrailoğulları arasında ayrılıq saldın”, İsrailoğulları kimlərdir? O dövrün müsəlmanları idi. Ayrılıq çıxarmaması üçün nə qədər də ciddi yanaşır, görürsənmi? “Sözümə baxmadın!” – deyəcəyindən qorxdum. Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”. “Dedi ki: “Mən onların görmədiklərini gördüm”. “Müsəlmanların görmədiklərini gördüm” deyir. “O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum).”

Yəni Allahın hökmünü dəyişdirir. (Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət qurmayıb tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Yəni indiki Darvinizm, materializm. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq!” Burada bildirilən qızılın toz halına gətirilməsi ayrı bir elmdir. Xüsusi bir elmdir, inşaAllah.

images (5)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313