İçeriğe geç

İsra surəsi, 7-ci ayəsinin təfsiri

İsra surəsi, 7-ci ayəsinin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Allah Təala deyir: “Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız”. Yəni yaxşılıq etsəniz yalnız özünüzə yaxşılıq etmiş olarsınız. Taleyinizdədir və axirətiniz üçün, özünüz üçün xeyirli olar.  “Əgər pislik etsəniz o da sizin əleyhinizədir”, yəni pislik onu edəni əhatə edir, çünki psixoloji olaraq çökər, Allah içinə çətinlik salar, canını yandırar, axirətdə pərişan edər, üzərindən bərəkət gedər, iztirab çəkər. İndi Allah həlli söyləyir: “Sonda vəd gəldiyi zaman” sonda, son nədir? Zamanın sonu, axırzamanda. “Vəd”  Allahın vədi, yəni Mehdi (ə.s) gəldiyi vaxt, inşaAllah. Bunu qiyamət olaraq da axırzaman əlaməti, hz. İsa Məsih (ə.s)-ın enişi, Mehdi (ə.s)-ın zühuru olaraq da qəbul edə bilərik. “Üzlərinizi qara etsinlər”. Darvinizm, materializm, küfr yıxılınca buna deyir “üzlərinizi qara etsinlər”. Adamın üzü necə olur ? İztirab əlamətləri olur. Mehdi (ə.s) çıxdı, Mehdi (ə.s) gəldi desən, adamda nə olar? Mehdi (ə.s) düşmənidirsə, Mehdi (ə.s)-a ziddirsə, ağzı-burnu əyilir. Özlərinə görə pis xəbərdir. Nə oldu deyə soruşarsan, halsızlaşar, qanı qaralar. Bax ayədə deyir ki: “Sonda vəd gəldiyi zaman üzünüzü qara (sizi xəcil) etmək”.  Mehdi (ə.s)-ın edəcəyi budur. Onların (inkarçıların) Mehdi (ə.s) müjdəsindən, İsa Məsih (ə.s)-ın gəlişindən qanları qaralar.“Birincisində girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçərdiklərini darmadağın edərək məhv etsinlər”, ələ keçirdikləri nədir? Din düşməni, İslam düşməni, Allah düşməni nə varsa. Darvinist- materialist işlər, müqəddəsata edilən təhqirləri təşkil edən nə varsa, Allahın varlığına, birliyinə aid nə varsa hamısını darmadağın edəcəyini söyləyir Allah Təala. Hal-hazırda edilən nədir? Darmadağın etmə əməliyyatı davam edir. Bədiüzzaman  deyir:“Doqquz düşmən tayfasının doqquz cəbhəsinə göndəriləcək, onları yarım əsr sonra darmadağın edəcəklər”  Bədiüzzaman bunları, Mehdi (ə.s) üçün söyləyir, inşaAllah.

images (5)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz