İsra surəsi, 1-15-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (peyğəmbər əleyhissəlamı) bir gecə Məscid-ül Haramdan ətrafını mübarək etdiyimiz Məscid-ül Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”. Bu, peyğəmbər (s.ə.v)-in dəqiq olan möcüzələrindən biridir. Peyğəmbərimiz (s.ə.v) axşam qısa müddətdə Qüdsə getdi. Hətta xanımı deyir ki,”qalxarkən yatağı boş idi”. Bir müddət sonra peyğəmbərimiz (s.ə.v)-in yatağında olduğunu gördü. “Biz Musaya kitab (Tövrat) verdik və “Məndən başqa heç bir vəkil tutmayın”―deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik”.
O dövrdə Allah Təala yalnız İsrailoğlullarına peyğəmbər göndərmişdir. Amma bizim peyğəmbərimiz (s.ə.v) bütün aləmlərə peyğəmbər olaraq gəlmişdir. “Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli!” Allah Təala bizlərə, bütün dünyaya səslənir. “Şübhəsiz o, şükür edən bir bəndə idi”. Dayanmadan Allaha şükür etmək lazımdır, məsələn, uşaqlarınla yemək yeyirsən dərhal şükür etmək lazımdır, elə deyilmi?
Pınar Eliçe: Əlbəttə ki, hə.
ADNAN OKTAR: “Şükür edən bir bəndə idi.” Allah İsrailoğullarının qarşılaşacağı hadisələri də ifadə edir. “Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz” – deyə xəbər verdik”, bu onların taleyidir, talelərində var. “Və şübhəsiz böyük bir azğınlıqla qürurlanıb- yüksələcəksiniz”, yəni eqoistlik edib qürurlanacaqsınız. “İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar”. Əgər insan doğru yolda olmasa, Allah qulunu quluna da müsəllət edir.
“Bu vəd artıq yerinə yetirildi”, Allah: “bu mənim taleyim idi, bunu yerinə yetirdim” deyir. “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq “. Yəni sizlərə yenidən bərəkət, bolluq verildi. “Əgər yaxşılıq etsəniz özünüzə yaxşılıq etmiş olarsınız”, yəni axirətiniz üçün, dünyanız üçün edərsiz. Çünki pislik edən özü qovrulur, özü yanır. Məsələn, kiməsə qarşı kinli olan bir insan, xəstə olar, rahatlığı pozular. Bağışlayanda insanın beyni rahatlayır. “Əgər pislik etsəniz o da sizin əleyhinizədir”. “Sonunda vəd gəldiyi zaman (Allahın vəd etdiyi zaman)” bu ayənin əbcədi 2019-cu il tarixini verir. Eyni şəkildə mehdiyyətin dövrüdür. İndi biz 2011-ci ildəyik, 2019-a az vaxt qalıb, inşaAllah.
“Pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (fars və rum padşahlarını) düşmənlərinizi üstünüzə göndərdik”. Deməli, döyüşləri də Allah yaradır. Mütləq bir səbəbi olur, əbəs yerə, özbaşına olmaz“. (Tövbə edəcəyiniz təqdirdə) Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin!”, əgər gözəl xasiyyətli olsanız sizə mərhəmət edər. “Əgər siz (yenidən yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik. “
Allah kafirləri cəhənnəmlə hədələyir. “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir”. Baxın bir tək Qurandan bəhs edir. “Bu Quran, ən doğru yola”, baxın Allah doğru yol demir, ən doğru yola deyir. Təkcə Quranla edərəm” deyir. “…ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!”. Yəni səmimi olan, özünü sıxmayan, vicdanına tam uyan möminlərə müjdə verir. “Və şübhəsisz, axirətə inanmayanlar üçün də acı bir əzab hazırlamışıq”. Axirətə inanmayanlar dünyada da acı çəkirlər. “İnsan xeyirə dua etdiyi kimi, şərə də dua edir. İnsan, çox tələskəndir”, yəni gözəllik axtarar, amma bəlasını da axtarar, inşaAllah.
Pınar Eliçe: Burada da səbir əhəmiyyətlidir, zamanın gedişinə buraxmaq lazımdır.
ADNAN OKTAR: Bəli, maşaAllah. “Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik”. Yəni Allah buyurur: “gecəni və gündüzü Mən yaradıram, öz-özünə olmur”. Çünki gecə hər yer, aləm qaranlıq olur, bir müddət keçdikdən sonra gündüz olur, hər yer işıqlanır, sonra yenə gecə, qaranlıq olur. Allah: “Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Quranda) geniş izah etdik” deyir. Quranda hər şey açıqlanıb. “Biz hər bir insanın əməlini öz boynundan asdıq.
“Allah insan taleyinin müəyyən olduğunu deyir. “Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik”. Yəni bütün həyatını içinə yığmış disk kimi bir məlumat olaraq ona təqdim ediləcək. “Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər!”. Özünə disk kimi təqdim edilən cisimdən axan məlumat ilə etdiyi səhvləri, anormallıqları görür, öz-özünü inkar edə bilmir. “Kim doğru yolla getsə, xeyri onun özünə olar”, Allahın “Hadi” adı ilə iman tapsa, səmimi olsa özünə faydası olar.
“Haqq yoldan azan da ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını daşımaz”. Necə ki, bəziləri deyirlər “günahın mənim boynuma, sən et”. Allah isə “elə bir şey olmaz” deyir. “Biz, bir elçi göndərməmiş (heç bir ümmətə) əzab vermərik”, yəni mütləq bir xəbərdar edən gələr. Ona görə də axırzamanda peyğəmbər əfəndimiz (s.ə.v)-dən sonra uzun müddət―1400 il keçdiyi üçün həm hz. Mehdi (ə.s), həm hz. İsa (ə.s) Məsih eyni dövrdə gələcəklər, inşaAllah.