Rad surəsi, 1-2-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Bismillahir-Rəhmanir-Rəhim. Şeytandan Allaha sığınıram. “Əlif, Lam, Mim, Ra.” Bunlar şifrədir. Bunlar hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) dövründə ortaya çıxacaq. Bir çox dərinliklərini biləcəyik. Bir qismini izah edə bilərik. Amma hələ vaxtı deyil, inşaAllah Allahualəm. “Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) həqiqətdir”―yəni Quran qəti olaraq doğrudur. “Ancaq insanların çoxu iman etməzlər”. İnsanların çoxu iman etməyəcək ki, imanlı və ağıllı olanların dəyəri bilinsin. Yəni hər kəs imanlı və hər kəs ağıllı olsa, o zaman onlar itərlər. Yəni ağıllılar, ağlı və imanı zəif olanların içərisində dəyərli olur.“Allah Odur ki, göyləri dirəksiz olaraq yüksəltdi”. Normal halda buludlar aşağıya çökər. Dirəksiz, asılı vəziyyətdə qalması qeyri-mümkündür. Bir yerdə tüstü olanda tüstü məhəlləni bürüyür. Normal halda səmada dirəksiz olaraq qala bilməz.“Allah Odur ki, göyləri dirəksiz olaraq yüksəltdi; onları görürsünüz. Sonra ərşi yaradıb hökmü altına alan”, yəni hər yer Onun idarəsi altındadır.“Günəşi və ayı əmrinə tabe edən Allahdır”. Məsələn, Günəş Allahın əmri ilə fırlanır. İndi məsələn, günəş batdı, səhər bir də baxırsınız dərhal şirin-şirin çıxır. Yavaş-yavaş hər yeri işıqlandırır. Heç bir çətinlik yaratmır. Halbuki, Günəş qaynayan bir atəş yığınıdır. Normal halda dağılıb, partlayıb, çox böyük fəlakətlər çıxarmalıdır. Elə bir atəş yığımının bir yerdə dayanması, dağılmaması çox böyük bir möcüzədir.