Fussilət surəsi 21, 22, 26, 30, 36-cı ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Həqiqətən də: “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Yəni düz istiqamət tutdurur, Allaha bağlanır. Düz yolda gedirlər. “Düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Onların üzərinə mələklər enər və deyər ki: Qorxmayın, kədərlənməyin”. “Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. ”
İndi əgər biz bu dünyada məsələn, sürət mühərriklərini, musiqi alətlərini, avtomobilləri, vasitələri görməsək onda cənnətdə Allahdan biz nə istəyəcəyik? Nə istəyəcəyimizi bilməyəcəyik, yəni modeli bilməmiş olacağıq. Allah bizə modeli öyrətmək üçün dünyada qısa bir kurs keçirir. Məsələn insan: “Mənim sürətlə maşın sürməkdən xoşum gəlir” deyir. Bu dünyada onu bilməsə, cənnətdə də bilə bilməz. Burada öyrənəcək ki, orada onunla qarşılaşsın. Baxın Allah nə deyir: “Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır“, yəni ağlınızdan keçməsi kifayətdir. Məsələn, Allah onsuz da bu gücü bizim ruhumuza qoyub. Məsələn, biz limonu düşünürük, dərhal ağızımız sulanır. Limon ağlımıza gəlir.
Pınar Eliçe: Qoxusunu belə hiss edirsən.
ADNAN OKTAR: Qoxusunu belə hiss edirsən. İnsana belə bir güc verilmişdir. Allah cənnətdə bu gücü çoxaldıb, aydınlaşdırır.
Pınar Əliçe: Təbii elm.
ADNAN OKTAR: Bəli, bu Allahın bir elmdir. Məsələn, porsche avtomobili bir uşağın, bir gəncin xoşuna gəlir. Xəyalından keçirir. Yalnız ağlına gətirə bilir. Amma cənnətdə ağlına gətirməsi ilə arzu etdiyi şeyin hazır olması bir olur. Amma biz insanlar olaraq yalnız ağlımıza gətirə bilirik. Hətta başımızda şəhər belə meydana gəlir.
Pınar Eliçe: Çünki sonsuz və sərhədsiz bir şeydir.
ADNAN OKTAR: Bəli, yəni insanın bir dəfə ağlına gəlməsi kifayətdir. Onu anlamağımız üçün də Allah təxəyyülü yaratmışdır.
Pınar Əliçe: Xəyal çox əhəmiyyətlidir.
ADNAN OKTAR: Xəyal etdiyimizdə dərhal məsələn, bir gənc qız brilyant üzük düşünür. Dərhal ağlına gətirir.
ADNAN OKTAR: Cənnətdə də yaradılma dəqiqləşmə şəklində olur. Yəni xaricdə əsli olacaq, lakin biz xəyalını görmüş olacağıq. Elə bir xəyal, dəqiq olacaq ki, dünyadakı dəqiqlikdən daha dəqiqdir. Çünki Allah ayədə belə buyurur: “O gün görmə qabiliyyəti itidir”. Yəni bu gördüyümüz dəqiqlikdən daha dəqiqdir. Yəni cənnətin dəqiqliyi daha dəqiqdir. Çünki biz dünyada müəyyən bir şeydən sonra beynimiz yüklənib dolur. Amma cənnətdə elə deyil. Məsələn, 100 km uzağı belə çox dəqiq görərsən.
Pınar Eliçe: Və ya nəyi görmək istəyirsənsə, Allah onu göstərər.
ADNAN OKTAR: Bəli inşaAllah. “Bağışlayan və Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. Çox bağışlayan, çox əsirgəyən olması Allahın sonsuz ağıllı, sonsuz mərhəmətli olmasından qaynaqlanır. Çünki Allah sonsuz mükəmməl olduğu üçün vicdanı da çox mükəmməldir. Mərhəməti sonsuz mükəmməldir. Ona görə də Allah deyir: “Çox bağışlayan, çox əsirgəyən Allahdan bir ruzi (ziyafət) olaraq”. Məsələn, biz burada qonağa hörmət edib hər istəyini, rahatlığını təmin etdiyimiz halda, Allah da bizə axirətdə sevgi göstərərək hörmət edib hər istəyimizi, rahatlığımızı təmin edər.
Pinar Eliçe: Qonaq qarşılamaq çox önəmlidir.
ADNAN OKTAR: Təbii ki, saleh əməllər edib, yaxşı işlər görməliyik. “İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?! Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et!“. Qışqıraraq, çığıraraq, baş-göz yararaq, qəzəblə deyil. Allah deyir ki, gözəlliklə, sevgi ilə uzaqlaşdır. “O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar! “. Məsələn, adam küfr edir, o biri də küfr edir. Nəyə lazımdır? Ayə ilə cavab ver, sevgi ilə cavab ver, belə olduqda qarşındakı utanar və “mən nə edirəm? nə qədər vəhşiyəm?” deyər, elə deyilmi? “Qarşımdakı insan nə qədər mərifətli, xoş xasiyyətlidir, nə gözəl” deyər.
Dərhal nümunə götürər. Quran buna diqqət çəkir. Mehriban və bağışlayan olmaq çox əhəmiyyətli bir xüsusiyyətdir. “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur!”. Böyük bir qismət təbii ki, Allahın rəhməti, razılığı, cənnətidir, inşaAllah. “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O eşidəndir, biləndir.” Məsələn, hər hansı bir şeyi özü həll etməyə çalışır. Halbuki, “Ya Rəbbim, məni qoru” desə, Allaha sığınsa, özünü Allaha təslim etsə ağırlıq, üzüntü üstündən götürülər. “Kafirlər: “Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz” – dedilər”. Bəzən kommunistlər xeyirli yığıncaqda gəlir qışqırır, çığırır, qalmaqal salırlar. Bəzi tiplərin qışqırıb-çığırmaq xüsusiyyətidir.
Pınar Eliçe: Onsuz da həmişə sistemə qarşıdırlar.
ADNAN OKTAR: Bəli, hökmən çığırsın, toplu şəkildə qışqırsın. Quranda Allah bu xarakterin, üslubun çirkinliyinə diqqət çəkir. “Öz dərilərinə dedilər ki…” deyir. Axirətdə öz dəriləri danışır. “Niyə əleyhimizdə şahidlik etdiniz?” Çünki doğru, dürüst danışmırlar. Allah bir şey soruşarkən öz dərisi cavab verir. “Dedilər ki: “Hər şeyə nitqi verib-danışdıran Allah, bizi danışdırdı”. Hər şeyi danışdıran, məsələn, bizi də danışdıran, səni də danışdıran Allahdır.
“Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılırsınız! Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir”. Yəni gizli qalacağını zənn edirdiniz. Halbuki, baxın, Allah deyir ki: “Qulaqlarınızın, gözlərinizin və dərilərinizin”, bir dəfə qulağa deyir ki, “sən eşitdin” Qulaq danışır. Adam da “mən eşitmədim, mənə söyləmədilər” deyir. Qulaqda deyir ki, yox, sən eşitdin. Bu gündə, bu saatda eşitdin və eşitdiyin səs də bu idi, xatırladır. Adam “Mən görmədim” deyir. Gözü deyir ki, gördün, budur görüntüsü, inşaAllah.
Pınar Əliçe: Əslində hər şeyi bir cür yaşayırıq, elə deyilmi?
ADNAN OKTAR: Təbii ki. Adam belə deyir: “Mən toxunmadım”. Dəri isə toxunduğu şeyi göstərir və “toxundun” deyir. Təbii ki, axirətdə yalan danışacaq halları qalmaz. Bu möminlərin ürəyini rahatlaşdırır. Çünki müsəlmanlar haqqın, ədalətin yerinə gəlməsinin tərəfdarlarıdırlar. Ürəklərində bir rahatlıq olar. Lakin necə sübut edəcəklərini düşünürlər. Çünki dünyada bir çox şey sübut oluna bilmir. Amma axirətdə Allah elə mükəmməl sübut edir ki, müsəlmanlar bundan əla zövq alır. Məsələn, gözü ilə göstərilir, qulağı ilə, dərisi ilə göstərilir. Hər kəsin alacağı haqq, haqq olaraq təslim edilmiş olur və bu möminlər üçün bir sevinc vəsiləsi olur. Məsələn, bir haqsızlıq ediləndə, ədalət yerinə gələndə, insanlar necə sevinirlər, elə deyilmi? Bir sevinc, nemət olmuş olur. Axirətdə də Allah bir nemət olaraq bunu təqdim edir, inşaAllah.