Məryəm surəsi, 77-84, 94-95-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ayələrimizi inkar edib: mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı gördünmü? “ Həm Allahı inkar edir, həm də mən mal qazanacağam, uşaqlarım da olacaq, dünya mənim olacaq deyir. “Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vəd almışdır?! Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq”. Allah əzabının artması üçün onlara imkan verəcəyik deyir, inşaAllah. “Onun dediyi şeylər Bizə qalacaq”, yəni onun ifadəsini Biz alacağıq deyir Allah. “hüzurumuza tək-tənha gələcəkdir”.
Yəni malını -mülkünü, uşağını hamısını buraxacaq, hesab vermək üçün Mənə tək başına gələcəklər, deyir Allah. “Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar”. Budur, məsələn, bir şəxsi ilah hesab edir, hər hansı qrup özünü ilah hesab edir, darvinizmi ilah hesab edir.“ Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar”. Məsələn, Darvin axirətdə onların sözünü qəbul etməyəcək. Hamısı pərişan olurlar, o dəhşət anını yaşayırlar və “ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar” deyir Allah. Yəni bir-biriləri ilə ziddiyyət təşkil edəcəklər. İnkarçıların dediklərini qəbul etməyəcəklər. “Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?”
Darvinistlərə, materialistlərə, ateistlərə şeytanlar müsəllət olacaqlar. Axırzamanda dəccaliyyətin törətdiyi hadisə budur. Lakin Allah: “Mən etdirirəm” deyir. Dəccalı Allah vəsilə edir. Allahu Təala buyurur: “Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinizmi?” milyardlarla şeytanlar bədənlərinə, adbaad, tək-tək gəlirlər. “Onları yoldan çıxarıb günaha sövq edən şeytanları görmədinizmi?”
Dayanmadan anarxiyaya, terrora, qan tökməyə, zülmə, müsəlmanları parçalamağa, Mehdi (ə.s), İsa (ə.s) gəlməyəcək dedizdirir. Kimisinə “maddə ilahdır” deyir, “maddə öz-özünə yaratmışdır, təsadüflər nəticəsində dünya meydana gəlmişdir deyir”. Allah Təlala buyurur ki,bunları onlara şeytan dedizdirəcək. “Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq. “.
“ Allah onları hesablamış və bir-bir saymışdır”. Baxın Allah, bütün kafirlərin hamısını əhatə etdiyini söyləyir. Ruhlarının, bədənlərinin Onun idarəsində olduğunu bildirir.” Təkrar-təkrar saymışdır“. Allah hamısının sayını bildiyini deyir. Yerlərini, nə etdiklərini, nə edəcəklərini hamısı Onun qatında məlumdur. İnsanlar elə zənn edir ki, təsadüfən edir.
Elə bir şey yoxdur. Hamısı Allahın idarəsindədir. “Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək.” Orada qrup halında şüarla çıxış etmək, qışqırıb-çığırmaq imkanları yoxdur. Artistlik, qoçuluq da edə bilməzlər. Allah Təala deyir ki, onlar ikiqat və sürünərək, gözləri gömgöy halda gələcəklər. Yəni gözünün bəbəyi bənövşəyi rəngində olar. “Əvvəl görürdüm, amma indi görə bilmirəm” deyir. Allah deyir ki, kor olaraq toplayacağıq, inşaAllah.