İsra surəsi, 80, 82-ci ayələrinin təfsiri
ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik”. Şeytandan Allaha sığınıram. Baxın çox əhəmiyyətlidir “. Biz Quranda möminlər üçün şəfa”, yəni fiziki və mənəvi şəfa, xəstəliklərə şəfa, Quran müalicəvidir. Allah deyir ki, dünyadakı bütün xəstəliklərin, dərdlərin, bəlaların kökünə enəndə, stressidir, gərginlikdir, qorxudur, məsuliyyətsizlikdir. Bunların hamısını Quran həll edir, inşaAllah. “Mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.
“De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver””. Quranda “yardım edən bir dəlil”, yəni sultan ver. “Və sultanla məni dəstəklə” deyir, inşaAllah. Bunu əvvəl də söyləmişdik. Mənəvi dərinliyə girərkən, mənəvi cəzbə halına girərkən birinin köməkçisi olması əhəmiyyətlidir. Bir adamın köməkçi olması əhəmiyyətlidir. Tək başına girsə bəzən çətinlik çəkə bilər. Ona görə mütləq bir köməkçi olması lazımdır, inşaAllah.
“Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqlar”. Məsələn, biz Mehdi (ə.s)-dan, Türk-İslam Birliyindən bəhs etməsək, darvinizmi, materializmi, əhəmiyyətsiz hesab etsək və desək ki, darvinizm, materializm varmı, haradadır? Onsuz da rahatıq elə bir şey yoxdur, (haşa) desək, nə olacağını Allah ayədə bildirir: “Belə olacağı təqdirdə, səni, sözsüz ki, özlərinə dost tutacaqdırlar”. “Mehdi (ə.s) gəlmədi, gəlməsin, istəmirik, İsa Məsih (ə.s) da gəlməsin” desək, adam gəlib “əziz qardaşım” deyib söhbət edəcək. Biz belə bir dostluq istəmirik.