ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah: “Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, pis əməllərdən çəkinsinlər”―deyir.
“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” Yəni darvinizmə, materializmə, ateizmə, bunlara inanancağıq? Məsələn, adam ya PKK-lı olur, ya kommunist, ya da stalinist olur. “Halbuki, dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar!” Bir qismi də, bizə gəl deyirlər, döndərməyə çalışırlar. “De ki: “Heç şübhəsiz, Allahın hidayəti (islam dini) doğru yoldur.” Yəni Quran, sünnə, peyğəmbərimiz (s.ə.v)-in yaşadığı kimi səadət həyatı əsl yoldur. “Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş.” Tam mənası ilə Allaha təslim olmaq. “Məni yedirən də, içirən də, danışdıran da Allahdır, hamısı Allaha aiddir, bədənim, ruhum Allaha aiddir.” Heç bir şeyinə sahib çıxmayacaq.
“Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”. Allah, namazın əhəmiyyətini bir daha vurğulayır. Allah ayədə deyir: “Cəhənnəm əhlinə soruşular. “Sizi bura salan nədir?”, yəni cəhənnəmə niyə düşdünüz? İlk olaraq belə deyərlər: “Bizlər namaz qılanlardan deyildik” deyirlər. Məsələn, demir ki, onu edərdik, bunu edərdik, həccə getməzdik. Başqa heç bir şey demirlər. İlk olaraq namaz qılmadıqlarını söyləyirlər. Deməli, şüuraltında onun günah olduğunu çox yaxşı biliblər. Çünki ayədə hamısı istisnasız söyləyir. Onun üçün namaz nurdur. Yəni müsəlman mütləq namazını qılmalıdır, inşaAllah. Namaz fərahlıq və gözəllikdir, inşaAllah.
“Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar.” Allahın təkamülə ehtiyacı yoxdur. Allah ayədə belə deyir: “Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hökm və hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”