Header

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Avqust 2012-ci il)

Aa4a

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Avqust 2012-ci il)

Bu il və gələn il də çətin illərdir. Sonra get-gedə Allah sevgisinin, qorxusunun artması ilə mütanasib olaraq bəlalar sakitləşməyə başlayacaq. Bu, Allah varlığının bir dəlilidir. Həm bərəkət artacaq, həm də iqdisadi böhran dayanacaq. İnsanlar başa düşəcək ki, Allahı sevdikcə, Allah, bərəkəti, bolluğu, gözəlliyi, nuru, işığı, fərahlığı, ədaləti, nizamı artırar. Allaha qarşı çıxanda isə, Allah bəlanı, iqtisadi böhranı, anarxiyanı, terroru, yoxsulluğu, narahatçılığı, kefsizliyi, bədbəxtliyi, insanların çirkinləşmələrini, xəstəlikləri, çətinliyi artırar.

Məsələn, Rəsulullah (s.ə.v) dövründə bərəkətsizlik, iqdisadi böhran, mübahisə, səs-küy, anarxiya, terror var idi. İnsanlar çox çirkin idi, çox pis bir mühit var idi. Rəsulullah (s.ə.v) gələndən sonra hər yer nurlandı, bərəkətlə doldu. İnsanlara, əşyalara, mala, nəbatata, heyvanlara bərəkət gəldi. İnsanlar gözəlləşdi, nurlandı. Möhtəşəm bir mühit yarandı, insanlar bir-birlərinə qardaş oldular. Allah bir ayədə: “Qardaşlar olaraq sabahladınız ” –deyir. Cəhənnəm qorxusu həmişə sevginin önündəki maneələri dəf etmək üçündür. Eqoizmi, qısqanclığı aradan qaldırır və sevgi yolu açılır. Çünki, qısqanclıq sevgiyə ziddir. Sevgiyə hücum edən bir xəstəlikdir. Allah o xəstəliyi Allah qorxusuyla aradan qaldırar. Qısqanclıq, həsəd yox olduqda fərahlıq olar, sevgi olar. Allah insanlara sevgi üçün müxtəlif yollar, cürbəcür yollar, tövsiyələr təqdim edir.

Peyğəmbərləri göndərir. Namazın məqsədi Allah sevgisidir. Məsələn, səcdəyə qapanaraq, rükuya əyilərək, qiyamda duraraq Allaha olan sevgini, etibarını göstərirsən. Allahı zikr edirsən, insan sevdiyini çox anar. Məsələn, sevgilisi olanda tez-tez xatırlayar, elə deyilmi? Allahı da tez-tez andıqda sevdiyini göstərirsən. Davamlı ”Allahu Əkbər, Sübhanallah, Əlhəmdülillah, Əstəğfirullah”– deyirsən. “Əstəğfirullah, yəni Ya rəbbim məni bağışla, günahlarımı bağışla” – deyər və bu, ona fərahlıq verər. “Sübhanallah, Münəzzəhsən Ya Rəbbim.”-deyər və bununla sevgisini ifadə edər. İnsan sevdiyini gözündə böyüdər, ucaldar, dəyərləndirər. Dəyər verdiyi halda onu sevdiyini anlayar. Dəyər vermədiyi halda isə heç vaxt sevə bilməz. Dəyərsiz, layiqsiz görsə sevə bilməz. Yalnız dəyər verdiyi halda sevə bilər.

Dünyada ən çox sevgiyə hücum edilir. İnternetdə, facebookda, filmlərdə həmişə sevgiyə qarşı çıxırlar, mane olurlar. Məsələn, lağ etmək, nifrət və zorakılıq filmləri sevgini öldürmək üçündür. Döyüşdə, terrorda, ateizmdə, kommunizmdə, faşizmdə sevgi ölər. Ancaq islamda sevgi çoxalar. Bu vaxt Allah nur verər. Bitkilər, insanlar, heyvanlar nurlanar. Məsələn, heyvanlar daha sağlam, bitkilər daha gözəl olar. Allah: “Pis şəhərin bitkisi leş kimi olar” -deyir. Həqiqətən küfrün hakim olduğu yerlər leş kimi olur. O şəhərlərdə bir soyuqluq, bərəkətsizlik və bir pislik olar. Pis, çirkin insanlar əmələ gələr. İnsan, üzünə belə baxmaq istəmir. İmanın hakim olduğu yerlərdə bir bərəkət və nur olar. İnsanların üzünə bir şirinlik, xoşluq, işıq gələr. İnsana baxmaqla, sevməklə doymaq olmur.

47_flying

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313