Hörmətli Adnan Oktarın yeni açıqlamaları (23 Avqust 2012-ci il)
Allah Quranda ödəniş almadan təbliğ edənlərdən bəhs edir. Quranda müsəlmanların xüsusiyyətləri həmişə bu şəkildə keçir. Sizlər də, haqqa dəvət müqabilində heç bir şəkildə ödəniş almırsınız. Fisəbilillah, Allah rizası üçün edirsiniz, buna görə də, Allah bir müvəffəqiyyət, nur və gözəllik verir. Allah yolunda xidmət edərkən qarşılıq olaraq pul alınması haramdır. Bu səbəbdən havayı, hətta öz cibindən xərcləyərək kitab alıb paylayar, öz pulu ilə insanlara imkan təmin edər.
“Sizdən (haqqa dəvət müqabilində) bir muzd istəməyənlərə tabe olun” (Yasin surəsi, 21)
Allah ayədə: “Onların izah etdiklərini dinləyin, onlar bunun müqabilində sizlərdən heç bir ödəniş istəməzlər” -deyir. “Onlar hidayət tapmış kəslərdir” Yəni, Allah yolunda etdikləri təbliğata görə heç bir ödəniş istəməmək hidayət tapmağın əlamətidir. Ona görə mənim qardaşlarımın heç biri ödəniş qarşılığında xidmət göstərməz. Əksinə özləri üstündə pul verərək İslama xidmət edərlər.
Xasiyyət gözəl olduqda insan hər gözəl şeyi sevər. Sevdiyi hər şeyi gözəl görər. Gözəl gözlə baxan çirkin olan şeyi görməz. Sadəcə gözəl görmək qabiliyyəti olar. Allah ona həmişə gözəlliyi göstərər. Bədiüzzaman Həzrətləri belə buyurub: “Gözəl baxan gözəl görər. Gözəl görən gözəl düşünər, gözəl düşünən də həyatından ləzzət alar”, maşaAllah. Allah belə bir nemət yaratmış.
Heç narahat olmayın, Mehdiyyət artıq hərəkətə keçib. Allah, Türkiyəni, Orta Şərqi Mehdiyyət üçün dizayn edir. İnsanlar fəlakət olduğunu zənn edirlər. Əslində heç bir fəlakət deyil sadəcə bir dizayndır, hansı ki, bu təmizlənmə Mehdiyyət üçündür. Ürküdücü görünməyi sizi aldatmasın. Allah, hz. İsa Məsih (ə.s)-ın, hz. Musa (ə.s)-ın, hz. İbrahim (ə.s)-ın dövründə də bir dizayn qurmuşdu. Amma dünyanın ən böyük dizaynı hal-hazırda aparılır. Hz. Adəm (ə.s)-dan bəri ən böyük dünya səviyyəsində olan dizayn indi həyata keçirilir. Dəccaliyyət xüsusi olaraq yaradıldı. İndi dəccaliyyət Allah tərəfindən məhv edilir. Dəccalı İraqa, Suriyaya Allah gətirdi və dəccalı oradan aparanda Allahdır. Mehdiyyətin qapıları açılır.
Mehdiyyətin 70 qapısı vardır. Bağlı olan 70 qapı bir-bir açılır. Bütün qapılar açılanda Mehdiyyət ortaya çıxacaq. Şeytandan Allaha sığınıram, Allah Quranda bir ayədə belə buyurur: “Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” (Mudəssir surəsi, 1-2) Örtüyə bürünən Mehdi zühur edəcək inşaAllah. Bu, örtüyün qalxmasıdır. Örtük qalxdığı vaxt əzab-əziyyət meydana gələr. Necə ki, uşaq doğularkən qadın əziyyət çəkir. Amma sonunda doğuş olur. Hal-hazırda hər yerdə doğuş sancısı vardır, səbir edən böyük savab qazanacaq. Allah, müqəddəs əmanətləri yüz illərlə bundan əvvəl Mehdi üçün hazırladı. Mehdi çıxacaq deyə, İstanbulu 1453-cü ildə Türklərə təslim etdi.
Dünya xüsusi olaraq dizayn edilib. Eləcə də İstanbulda xüsusi olaraq Səlatin məscidləri tikildi. Osmanlı alimləri, padşahları Mehdinin çıxacağını bildikləri üçün İstanbulu saraylarla, məscidlərlə bəzədilər. İngilislər də İstanbulu işğal etmişdi, Allah onları geri çıxartdırdı. Çünki, Mehdi oradan çıxacaq deyə İstanbul türklərə qalmalı idi. Yoxsa İstanbul çoxdan işğal olunardı, amma heç cürə işğal edilə bilmədi. Allahın yazdığı qədərini heç kim dəyişdirə bilməz. PKK hərəkatı Mehdinin çıxmağına səbəb olacaq. İslam Hakimiyyətini coşdurur, çünki insanlarda Allaha, Qurana yaxınlaşmaq hissi çox böyükdür.