İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (28 Avqust 2012-ci il)

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (28 Avqust 2012-ci il)

Quranda Mehdiyyətin məkanına işarə edilir. Əslində Quran diqqətlə araşdırılsa, orada həddindən  çox yer (məkan) bildirişi vardır. Məsələn, hz. Məryəmin hz. İsa (ə.s)-ı doğduğu yerin bildirilməsində, Quranda, orada bir su qaynağının olduğundan bəhs edilir. Allah, onun müstəhkəm (etibarlı) bir yerdə olduğunu, Onun qoruduğu yer olduğunu deyir. Bu Mehdiyyətin məkanına da işarə edən ifadədir.

Məsələn, səhabələrin mübarizəsini izah edir. Quranda Peyğəmbərimiz (s.ə.v)-in apardığı mübarizədən bəhs edərkən bu məqam bir hikmətlə verilir. Məsələn: “Onlar vadinin bu tərəfindəydilər“- yəni, vadinin (yerin, olduqları ərazi) uca bir yerində, “Və onlar da uzaqda, qarşı vadidə idilər, və aşağı tərəfdən də yol keçirdi,” deyilir. Burada dəqiq bir yer təsvir edilir.Vadinin uca yerində müsəlmanlar var, aşağı tərəfində yol var, qarşı tərəfində də vadinin qarşı hissəsi var.

Quranda Allah, yenə: “Bir su arxı, bir su qaynağı vardı və Müstəhkəm (etibarlı) bir yer idi”- deyir. Quran bunu niyə izah edir? Əlbətdə ki, bir hikməti var. Axır zamanın ən əhəmiyyətli hadisəsi Mehdiyyət olduğuna görə əsasən Mehdiyyətə işarə edir. Quranda buna dair çox işarələr var.

Məsələn, Əshabı-Kəhfin bir mağarada toplanması, bir yerdə olması. “Mağaranın geniş bir yerində idilər” – deyir Allah. Müsəlmanlar onsuzda otaqlara tək olaraq çəkilməzlər, yəni tək yaşamazlar, ayrı-ayrı otaqlarda qalmazlar, toplu halda, bir yerdə olarlar.

Allah Quranda, “Günəş  mağaranın bir tərəfindən çıxıb, o biri tərəfindən batır” – deyə bildirib. Burada Əshabı-Kəhfin, Mehdi tələbələrinin mövqeyi ilə, qaldıqları məkanla əlaqədar, hətta günəşə görə yerlərinin vəziyyəti ilə əlaqədar çox dəqiq məlumatlar var. Bütün ayələrdəki bu ifadələri bir yerə yığdığımızda bir yerin tərifi xəritə kimi fotoşəkil ortaya çıxır. Bir hikmətlə izah edilir. Çünki hamısında ayrı-ayrı bir izahat var.

Məsələn: “Dənizdə dağlar kimi üzən gəmiləri ”-deyir Allah. Bu ayəyə görə gərək gəmi dağ kimi böyük olsun. Hal-hazırda da bu cür böyük gəmilər vardır. Quran “iki dənizin qovuşduğu yerdən” niyə bəhs edir? Mehdinin olduğu məkandan bəhs edir, inşaAllah. Quranda keçən  “Qayalıq” ifadəsi, Mehdinin olduğu məkanın qayalıq olacağına işarə edir. Yəni, o məkanın qayalıq bir yer üstündə olduğu aydın olur.

Hədisdə: “Mehdi Şam ilə Hicaz hüduduna gələndə orada dayanacaq.” –deyilir. Yəni, Şama girmir. Başlanğıcda Məkkəyə, Mədinəyə getmir. Mehdi (ə.s)-ın məktub göndərəcəyi hədislər var.
“Mehdi zamanının ən böyük ordusunu təchiz edəcək.” Yəni, İttihadı –İslam (İslam Birliyi).

“Süfyaniyyət, vadinin düz ortasında olan bir kilsənin yanında məhv ediləcək.” Vadi nə deməkdir? Bir dərə, yəni, iki tərəfi dağlıq olan, uca olan lakin, ortası çuxur olan yer vadi adlanır. Deməli, Mehdi (ə.s) belə bir yerdə olacaq və orada da bir kilsə olacaq. Peyğəmbərimiz (s.ə.v ) təfərrüatları ilə bildirib. Hədislərdə, Mehdi (ə.s)-ın məkanı təfərrüatlı şəkildə ifadə olunur. Əslində diqqətlə baxılsa,  xəritə kimi ortaya çıxar.

Bizim millətimiz, lütf, ehsan  altındadır. Bu böyük bir nemətdir. Bu millətin taleyində bölünmə yoxdur. Taleyində birləşmələr və böyümə var. Dəmiri əymək, poladı qırmaq, dağı deşmək mümkündür, amma qədəri (taleyi) dəyişdirmək mümkün deyil. Qədərdə Türk-İslam Birliyi var, millətimizin Mehdi (ə.s)-ı görməyi var, bəzi  insanların Mehdi (ə.s)-a qarşı çırpınarlar, çıxmasın deyə əllərdən gələni edərlər.

222_223_happiness

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz