Hörmətli Adnan Oktarın yeni açıqlamaları (31 Avqust 2012-ci il)
Səudiyyə Ərəbistanın da milləti xurafatçılardan (inkarçılardan) iyrənib. Rüsvayedici azğınlıqlar o qədərdir ki, artıq özlərini ateizmin içərsinə atırlar. Hal-hazırdakı azğınlığın riski budur. Elə onun üçün biz, Darvinizmin, materializmin yerlə bir edilməsinin əhəmiyyətli olduğunu deyirik.
Birləşmiş Millətlər Təşkilatı kommunist ölkələrlə doludur. Onlar, Suriyadakı kommunist rejimindən razıdırlar. BMT heç vaxt müsəlmanların oraya hakim olmağını istəməz. Müsəlmanları əzən bir sistem var. Adam daha nə istəsin? Niyə elə bir şey istəsin? BMT-dən xeyir, fayda gözləməyə ehtiyac yoxdur. Fayda İttihadi-İslamdadır, Türk- İslam Birliyindədir. BMT tamamilə fərqli ağılda olan adamlardan ibarətdir. Onlardan: “Sosialist kommunist sistemi olsun, yoxsa, müsəlmanlar oranı idarə etsin?” –soruşursan. Onlar: “Kommunistlər idarə etsin” – deyə cavab verirlər. Müsəlman deyiləndə Səudiyyə Ərəbistandakı, Əfqanıstandakı, Avropadakı bəzi xurafatçılar (haqq dəlilləri inkar edən azğınlar) ağıllarına gəlir. Çünki, həqiqi müsəlmanların sevgi dolu, müasir, sənətə və elmə qiymət verən, demokratiyanı müdafiə edən insanlar olduğunu bilmirlər. Bilmədiklərinə görə də nifrət edirlər. Əgər diqqət etsəniz, bəzilərinin ölkələrdə afişalar asdıqlarını görərsiz. Müsəlmanları terrorçu kimi göstərirlər. Terrorist kimi göstərəndə də “niyə belə deyirsən?” deyirlər. Xurafatçılar terrorist deyilmi? Onlar düz deyir. Çünki onlar xurafatçıları nəzərdə tutaraq deyir. Belələri hətta öz qardaşına qarşı terror törədir. Bu əxlaqsızları, xurafatçıları ön cəbhədən alıb onların yerinə müasir, sevgi dolu müsəlmanları qoymaq lazımdır. Belə olduğu halda Avropa rahatlayacaq.