Hörmətli Adnan Oktarın yeni aşıqlamaları (5 Sentyabr 2012-ci il)
İbn Əbu Şeybə, Mücahiddən etdiyi rəvayətə görə, Peyğəmbərin (s.ə.v) səhabələrindən bir nəfər ona belə buyurur: “Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz.” Bu terrordur. “Günahsızlar öldürülür, onları öldürənlərə yer və göy əhli nifrət edərlər.” Əxlaqsızlıqla, vicdansızlıqla zülm etdikləri üçün bütün Türk Milləti də nifrət edir. Yer əhli, yəni insanlar terrorist anarxist komandasına nifrət etdiyi kimi, göy əhli də (mələklər) onlara nifrət edirlər.
“Mehdi insanların yanına gələndə, onu eşq və məhəbbətlə alqışlayarlar.” Bu hədisin ifadəsinə görə, əvvəllər terror, ölümlər yox idi, terror, anarxiya sonra başlayıb.
“O yer üzünü haqq-ədalətlə və gözəlliklə doldurar.” Deməli, dünyada əvvəlllər haqq-ədalət və gözəllik yox idi.
“Ərz nəbatını çıxardar” Yəni, hz. Mehdi (ə.s) dövründən əvvəl gözəl bitkilər çox qalmayacaq. Meşələr yanacaq, quraqlıq olan sahələr olacaq, yaşıllıq çox olmayacaq. Hz. Mehdi (ə.s) çıxdıqdan sonra olacaq. “Göy də yağışını yağdırar.”– deyilir hədisdə. Yəni yağış, hz.Mehdi (ə.s)-ın zühurundan əvvəl az yağacaq (quraqlıqlar olacaq), zühurundan sonra isə çoxalacaq.
“Ümmətim əvvəllər heç görünməmiş şəkildə nemətlənər.” Deməli, əvvəllər insanlarda kasıbçılıq çoxluq təşkil edəcək. Hal-hazırda, bütün İslam aləmi kasıbdır. Ümmətin kasıb olmağı hz. Mehdi (ə.s)-ın çıxış əlamətidir.
“Günahsız insanlar qətl edildiyi zaman səmadan bir münadi” – göydən bir səs, yəni radio, televiziya, internet – “əmrin filankəsdir.” – deyər. Yəni, lideriniz filankəsdir, artıq açıq-aşkar “filankəs” deyə ifadə ediləcək. “Bu, yer üzünü ədalətlə dolduracaq olan Mehdidir” – deyə nida edər. Bütün dünyanı ədalətlə doldurar. Əvvəllər ədalət olmayacaq, insanlar dünyanın hər tərəfində, “ədalət yoxdur, ədalət yoxdur”- deyə şikayət edərlər. Türkiyənin də, dünyanın da bir çox yerində insanlar ədalətin olmamağından, yaxud əksik olduğundan şikayətlənirlər.
Naim ibn Hammad Abdullah ibn Əmrdən rəvayət etdiyinə görə belə buyurdu: “İnsanlar başlarında bir imam olmadan Həcc edərlər.” Nə vaxt? Hz. Mehdi (ə.s) dövründə. İlk dəfədir ki, hal-hazırda xəlifənin olmadığı dövrdə yaşayırıq. 1400 ildən bəri həmişə müsəlmanların lideri olub. Mütləq bir xəlifə olub. Xəlifəsiz bir dövr heç olmamışdır. İlk dəfədir ki, bu əsrdə xəlifə yoxdur . Niyə? Çünki hz. Mehdi (ə.s) gəldiyi üçün. Hz. Mehdi (ə.s)-a: “Gəl, sənə beyət edək.” –deyərlər. Hz. Mehdi (ə.s) isə:
“Təəssüflər sizə (ayıb olsun sizə) ki, siz sözü pozdunuz.” –deyər. Yəni, Peyğəmbərimiz (s.ə.v)-in hədislərini pozub, Quran ayələrini səhv şərh edirlər. Hz. Mehdi (ə.s)-ın etdiyi tənqid sözlərin pozulmasından irəli gələr. Çünki, xurafatçıların kökü, mənşəyi hədisləri dəyişdirmələrindən, Quran ayələrini dəyişdirmələrindən, Quranın mənasını pozmalarından qaynaqlanır. Hz. Mehdi (ə.s) nə deyir? “Təəssüflər sizə” – deyərək, onları tənqid edir. “Nə qədər söz pozdunuz, nə qədər qan tökdünüz.” – deyir. Xurafatçılar, azğınlar, kommunistlər qan tökər. “Nə qədər qan tökdünüz.” – deyərək şikayət etdiyi mövzu qan tökülməsidir. Bu söz iki mövzunun üstündə dayanır. Birinci, sözü pozmaları, Allahın sözünü və Rəsulullah (s.ə.v)-in sözünü pozmalarını (yəni hədisləri dəyişmələrini, uydurmalarını, səhv izah etmələrini, eləcə də Quran ayələrini səhv şərh etmələrini) bildirir. İkincisi, qan tökmələrini bildirir.
Dinsizlərə də, Darvinist kommunistlərə də bu cür şikayət edəcək. “Qan tökməyi dayandırın,”- deyəcək, “Və sonra hz. Mehdi (ə.s.) istəmədiyi halda” ondan bir tələb olmadığı halda “beyətlərini qəbul edər.” Yəni, Mehdilik iddiasını qəbul etmir. Amma Məhəmməd ümmətinin çətin vəziyyətdə olduğuna görə, məcbur qalıb qəbul edər. Rəsulullah (s.ə.v) belə buyurur: “Əgər siz ona yetişsəniz” – yəni, onun vaxtına çatsanız –“Ona beyət edin.” Yəni Ona qoşulun, bağlanın. Əlhəmdülillah biz onun vaxtına yetişdik.“Çünki o yerdə də, göydə də Mehdidir.”-yəni mələklərin də onu hz. Mehdi (ə.s ) olaraq tanıdıqlarını deyir. Allahdan başqa göylərdə də, yerdə də hamısı ona tabedirlər. Yəni yer əhli, göy əhli ona tabedir. Ona görə “ona beyət edin, ona qoşulun” deyir.
“Çox kədərli hallar və acınacaqlı mənzərələr görünər.” Hal-hazırda bunlarla görünürmü? Hər gün görünür. Kədərli nə deməkdir? İnsanları ağlamağa vadar edən , qəmləndirən deməkdir. “Və acınacaqlı mənzərələr” – deyir. Yəni, dəhşətli, məsələn, müsəlmanlar qətlə yetirilir, uşaqlar qətlə yetirilir. Qanlar, uçulmuş binalar, cəsədlər. Eyni zamanda “acınacaqlı mənzərələr” deyir Rəsulullah. Burada mənzərəyə də diqqət çəkir. Yəni, uzaqdan çəkilmiş şəkillər, görüntülər.
“Fitnələr ardı kəsilmədən davam edər.” Ardı kəsilməyən xəbərlərdən görürsünüz. Bütün dünyada fitnələr davam edir, heç bitmək bilmir.
Quranda, yalnız bir yerdə Ali-İmran surəsi, 39-cu ayədə “Seyid” sözü keçir. Mehdi (ə.s) bilirsiniz ki, Seyiddir (Seyid Məhəmməd Mehdi). Hər kəsin bildiyi, məşhur bir mövzudur. Risaleyi-Nurda da, hər yerdə keçir bu. Quranda da “Seyid “sözü Ali İmran surəsi, 39-cu ayədə keçir. Cənabı Allah, “Seyid” sözünü hz. Yəhya üçün deyir: Ərəbcəsində: “Bi kəlimətin minallah və seyyidən və hasuran və nəbiyyən minəs salehin” Hz. Yəhya (ə.s)-ın saleh olduğunu deyir Cənabı Allah. Yəni, “əməlisaleh olanlardandır” – deyir Allah.
“O, Allahdan olan bir sözü (İsanı) təsdiq edən” – yəni, onun nüzulunu, onun edəcəyi vəzifəni, hz. İsa (ə.s) ilə əlaqədar məlumatların hamısını təsdiq edəndir. İnsanlara öyrədən, eşitdirən, yəni Seyid olan, iffətli və səmimi olan bir elçidir deyir. “Zəkəriyyə mehrabda namaz qılarkən mələklər ona səsləndi. Allahdan olan bir sözü (İsanı) təsdiq edən,” – yəni, gəlişini, nüzulunu, hamısını təsdiq edən və bir Seyid olan, nəfsinə hakim, iffətli və yaxşılardan, salehlərdən olan – “Yəhyanı sənə müjdə verir.” Ərəbcəsi: “ məlaikətu və huvə qaimun” Qaim, qaimun, hz. Mehdi (ə.s)-ın xüsusiyyətlərindədir.