Hörmətli Adnan Oktarın yeni açıqlamaları (7 Sentyabr 2012-ci il)
“Dünyadan bir gün belə qalsa, Allahu Təala o günü uzadar.” Yəni, qiyamət gəlmiş olsa belə Allah qiyaməti gecikdirər. “Ta ki, bu ümmətin ümid etdiyi olana qədər.” Deməli, ümmət 1400 ildən bəri dünya hakimiyyətini ümid edir. “Ancaq ondan əvvəl fitnələr görünəcək.”
Rəsulullah (s.ə.v): “Adam səhər qalxanda kafir olaraq qalxar” – deyir. Hal-hazırda imansızlıq fitnəsi var. Axır zamanın, hz. Mehdi dövrünün ən böyük problemi imansızlıq fitnəsidir. İnsanlar, Darvinist, materialist inancın təsiri ilə küfrə düşürlər. Mömin olaraq yatıb, kafir olaraq oyanarlar. Ya da kafir olaraq oyanır, axşama isə mömin olur. İmanı tez-tez gedib-gəlir. Televiziyanın təsiri, radionun təsiri, yoldaşlarının təsiri, məktəblərin təsiri, Darvinist, materialist təhsilin ən başda böyük dağıdıcı təsiriylə imanları gedib-gəlir. Hz. Mehdi (ə.s) da həmişə iman həqiqətlərinə üstünlük verdiyi üçün, bu xəstəliyi aradan qaldırar. Yəni, insanlarda böyük bir iman sarsıntısı olan bu bəlanı aradan qaldırar.