Hörmətli Adnan Oktarın yeni açıqlamaları (8 Sentyabr 2012-ci il)
Əbu Hureyrədən, Naim ibn Hammadın rəvayətinə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: “Rükun və Məqam arasında (məqamını qəbul edərək ) Mehdiyə beyət edilər və Mehdinin dövründə nə yuxuda olan oyandırılar, nə də qan axıdılar.” Heç bir şəkildə qan axıdılmayacaq. Yəni, insanlara o qədər həssas davranar ki, məsələn, bir adam yatsa, deyər ki, “aman-aman, dəymə, qoy yatsın, dincəlsin, aman toxunma, kədərlənməsin, aman yormayın və s.” Hz. Mehdi (ə.s) hamıya, müsəlmanlara, xristianlara, yəhudilərə, dinsizlərə qarşı da çox şəfqətli və mehribandır.
Həmçinin, Keza Naim ibn Hammadın, ibn Abbasdan etdiyi rəvayətə əsasən, Rəsulullah (s.ə.v) belə buyurur: “İnsanların ümidsiz olduğu, “batdıq, məhv olduq və heç Mehdi filan yox imiş” dediyi bir vaxtda Allah Mehdini göndərər.“ Bir çox insan ümidsizdir, din alimlərinə də baxsanız onların da ümidsiz olduğunu görərsiniz, eləcə də mətbuatda da bunu görə bilərsiz, oxuyursunuz və görürsünüz ki, ümidsizlik çox yayılıb. Bir çoxları: “batdıq, məhv olduq, artıq bundan sonra qiyamətdir, bundan sonra daha düzəlməz, bu vətən (Allah qorusun haşa) parçalanacaq, daha bezmişik”- söhbətlər edirlər. Bir çox insan belədir. Hamı olmasa da, əksəriyyəti elədir. “İnsanların ümidsiz olduğu və “heç Mehdi filan yox imiş” dediyi bir vaxtda Mehdi çıxar
Məsələn, hal-hazırda alimlər, müəllimlər gecə-gündüz nə deyirlər? “Mehdi yoxdur” – deyirlər. Necə deyirlər? Ya “Şəxsi mənəvidir, ya da Bədiüzzaman idi gəlib keçdi, yaxud Risaleyi-Nurdur. Onların dediyinə görə Mehdi deyə biri yoxdur, ya 300 il sonra gələcək və yaxud artıq 300 il əvvəl gəldi və ya 200 il əvvəl gəlmişdi” –deyirlər. Ya da ki, tamamilə rədd etdikləri vaxt “heç Mehdi filan yoxdur” dedikləri bir vaxtda Allah Mehdini göndərər. Rəsulullah (s.ə.v )-dən soruşanda ki, hz.Mehdi nə vaxt zühur edəcək? Rəsulullah (s.ə.v) belə cavab verdi: “Mehdi yoxdur” sözlərinin ən çox deyildiyi vaxtda.
İslam tarixində 1400 ildən bəri ilk dəfədir ki, bu qədər çox “Mehdi yoxdur, Mehdi gəlməyəcək“ deyilir. On minlərlə xəbər kanalında, yüz minlərlə insan, yüz minlərlə dildə, “Mehdi yoxdur, Mehdi gəlməyəcək” deyirlər. Bu bir möcüzədir. Yəni, Peyğəmbərimiz (s.ə.v)-in möcüzəsidir. 1400 ildən bəri ilk dəfədir ki, belə hadisələr olur. Əvvəllər heç olmamışdır. Həmişə müsəlmanlar “Mehdi gələcək” demişdilər. İlk dəfədir ki, cəm halda, professorlar, alimlər bir çoxu, hətta ağlınıza gələn digər camaat, bir çox adam xor halında “Mehdi yoxdur” deyirlər. Bunu da Allah dedizdirir. Peyğəmbərimiz (s.ə.v): “Bunları dedikləri vaxt Allah, hz. Mehdin (ə.s)-ı göndərər” -deyir.
” Şam əhlindən, sayları Bədir səhabələrinin sayı qədər, 315 nəfərdir.” Şam haradır? İstanbula qədər olan bölgəyə Şam deyilir. Hicaz ayrıdır, Şam da ayrıdır. İstanbulu əhatə edən bölgəyə Şam da deyilir. “Şam əhlindən, sayları Bədir səhabələrinin sayı qədər 315 nəfərdir.”- deyir Rəsulullah. Bəzi rəvayətlərdə bunların sayı 313, bəzilərində 310, bəzilərində isə 315 nəfər olaraq keçir.
“Özü istəmədiyi halda ona beyət edərlər” – yəni – “Hz. Mehdi (ə.s) istəməz”, deyilir.
“O da onlarla birlikdə Məqamın yanında 2 rükət namaz qıldıqdan sonra minbərə çıxar.” Bu hədisdə də Mehdi (ə.s)-ın davamlı olaraq 2 rükət namaz qılacağından bəhs edilir. Hədislərdə həmişə 2 rükət olaraq keçir.
“İnsanlar Mehdini axtarar. Rəsulullah (s.ə.v)-in bayrağı haradadır deyə soruşarlar. O, Rəsulullah (s.ə.v )-in bayrağı ilə, insanların başlarına bəla üstünə bəla gəldiyi və onun çıxışından ümid kəsildiyi bir vaxtda zühur edər. İki rükət namaz qılar. Namazdan dönəndə belə deyər:” Ey insanlar, Məhəmməd Ümməti və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü və bizlər qəhr və haqsızlığa məruz qaldıq.”
“O, Rəsulullah (s.ə.v)-in bayrağı ilə, insanların başlarına bəla üstünə bəla gəldiyi”- deyilir hədisdə. Deməli, hz. Mehdi (ə.s) axtarılacaq. Bunu Peyğəmbərimiz (s.ə.v) – deyir. “İnsanlar Mehdini axtarar.”–deyilir hədisdə.
Ona görə biz də hz. Mehdi (ə.s)-ı axtarırıq. Bunu mən demirəm, Peyğəmbərimiz (s.ə.v) deyir. Bu Peyğəmbərin əmridir. “İnsanlar Mehdini axtarar. Rəsulullah (s.ə.v)-ın bayrağı haradadır deyə soruşarlar. O, Rəsulullahın (s.ə.v ) bayrağı ilə, insanların başlarına bəla üstünə bəla gəldiyi.” Hal-hazırda da hər gün bir bəla görürük. Hədisdə axtarılan şey isə Topqapıdadır. “Və onun çıxışından ümid kəsildiyi bir vaxtda” – bu ayrı bir hədisdir. Yəni, hz. Mehdi (ə.s)-dan ümidin kəsilməsi hz. Mehdi (ə.s)-ın çıxış əlamətidir. “Ümid kəsildiyi bir vaxtda zühur edər. İki rükət namaz qılar.” – deyilir hədisdə. Burada yenə də iki rükət namazdan bəhs edilir.
“Namazdan dönəndə belə deyər:” Ey insanlar, Məhəmməd ümməti və xüsusilə onun Əhli Beyti çox bəlalar gördü” Yəni, hz. Mehdi (ə.s.), nəzakətli biri olduğu üçün “Mən çox bəla gördüm, çox əziyyət çəkdim”- demir. Xüsusilə, “Rəsulullah (s.ə.v)-in Əhli Beyti” – deyir. Özü Seyyiddir, o da Əhli Beytdir. “Çox bəlalar gördü və bizlər” – burada açıq-aşkar deyir, yəni “bizlər” ifadəsi ilə özünü daxil edərək –“qəhr və haqsızlığa məruz qaldıq.”, deyir. Haqsızlıq deyəndə məhkəmələrdə, küçələrdə, mətbuatlarda, radiolarda, televiziyalarda edilən “qəhr və haqsızlığa məruz qaldıq” – deyərək hz. Mehdi (ə.s)-ın açıqlama verəcəyini bildirir Rəsulullah (s.ə.v).
Rəsulullah (s.ə.v ) buyurdu: “Mehdi şam vaxtında, Rəsulullah (s.ə.v)-in bayrağı, köynəyi və qılıncı, nur və bəyan kimi daha bir çox əlamətlərin yanında olduğu halda zühur edər.” İndi nə vaxtıdır? Şam vaxtıdır. Hz. Mehdi (ə.s)-ın hədisdə keçən Rəsulullah (s.ə.v)-in bayrağını Topqapıdan çıxaracaq inşaAllah. “Köynəyi” – deyilir hədisdə, Rəsulullah (s.ə.v)-in köynəyi düzəldildi, köynək artıq hazırdır. “Və qılıncı” – deyilir, Qılınc da Topqapıdadır. Sonra:“Nur və bəyan kimi daha bir çox əlamətlər”– deyilir, burada gizli olan əlamətlər də var, ama hələ bilinmir, insanlar onu da görəcəklər. “Bir çox əlamətlərin yanında olduğu halda” – yəni, şəxsən yanında- “zühur edər”. “Şam namazını qıldıqdan sonra ən yüksək səslə belə xitab edər: “Ey insanlar, Mən sizə Allahı xatırladıram.”
Yəni, hz.Mehdi (ə.s) əvvəlcə Allahın varlığından, birliyindən bəhs edəcək. İlk olaraq bundan başlayacaq. “Sabah məhşər günündə Allahın hüzurunda yerinizin nə olacağını xəbər verirəm.”– yəni cənnətdən, cəhənnəmdən bəhs edir. “Allahu Təala sizə bir çox dəlillər və peyğəmbərlər göndərib” – burada deyilən dəlillər Darvinizm, materializm ilə əlaqədar olan hər cür dəlillər, eləcə də qalıqlar (canlıların daşlaşmış qalıqları yəni fosillər), paleontoloji dəlillərdir. “Və peyğəmbərlər göndərib”- deyilir, burada isə Quranda açıqlanan bütün peyğəmbərlər nəzərdə tutulur. “Quran nazil edilib”- bu ifadə isə hz.Mehdi (ə.s)-a və Qurana diqqət çəkir. “Və sizə belə əmr etmişdir: Allaha heç bir şeyi şərik qoşmayın”- deyərək, Rəsulullah (s.ə.v) şirkə qarşı, müşrik və münafiq komandasına ilk zərbəni endirir.
Hz. Mehdi (ə.s), münafiq, azğın komandasına mənəvi zərbə vurur. “Allaha və Rəsuluna olan itaəti qoruyun.”- deyir, yəni Qurana və Quranı gətirən elçiyə tabe olun. Nəyə üstünlük verir, nədən bəhs edir? Qurandan bəhs edir və həmişə Qurana diqqət çəkir Rəsulullah. “Qadağaları da qadağan edin”- yəni Qurandakı hökmlər nədirsə, onları tətbiq edin deyir. “Və siz Mehdiyə kömək edin və dəstək olun.”. Allah, müsəlmanların Onun Peyğəmbəri (s.ə.v)-ə, yəni (Hz.Mehdi (ə.s)-a) kömək etmələrinin vacib olduğunu deyir. “Mehdiyə kömək edin və dəstək olun.”– deyir. Yəni kənardan seyr etməyin, “Hz. Mehdi (ə.s) etsin, biz də seyr edək” -deməyin. “Çünki, dünyanın pisləşməsi və məhv olması yaxınlaşmışdır.” -burada qiyamətin yaxın olduğunu deyir. Nə qədər?
Hz. Mehdi (ə.s) qiyamətin 1545-ci ildə qopacağını bildirərək, qiyamətin çox yaxın olduğunu deyir. “Və bu qətidir.” –deyə bildirir. Yəni qəti bir hökmdür. “Mən sizə Onun kitabıyla əmr edirəm” – yəni uydurma xurafatlarla deyil –“Onun kitabıyla əməl etməyə”, onu tətbiq etməyə dəvət edir. Yəni:“Batili (dəccaliyyəti) məhv edib, sünnəti tətbiq etməyə dəvət edirəm.”- deyəcək. Rəsulullah (s.ə.v)-in sünnəti nə idi? Hz. Aişə anamızdan soruşurlar: “Rəsulullah (s.ə.v)-in sünnəti nə idi? “
Bir dənə cavab verir: “Quran idi “ -deyir. Xurafatlar deyil. “Bu xitabdan sonra yanında payız buludları kimi bir-birindən xəbərsiz toplanan, Bədir əhlinin sayı qədər, 313 nəfərlə birlikdə zühur edər.” Bu hədisə görə çox güman ki, payızda zühur edəcək. Sonra Rəsulullah buyurur:“Allah, Mehdi üçün Hicaz torpağını fəth edərək” – yəni, Məkkə və Mədinə müşriklərin əlindən çıxacaq və “Həbsdəki Haşimilərin” yəni, Peyğəmbər soyundan və həbsdə olan şəxslərin “hamısını da qurtarar.” Hz. Mehdi (ə.s)-ın bir xüsusiyyəti də həbsxanaları boşaltmasıdır. Yəni, günahları olmadan haqsız yerə tutulan insanların hamısını azad edəcək. Həbsxanaları da boşaltdıracaqdır. Təbii ki, əgər qul günahkardırsa, cinayət törətmişdirsə bu ayrı məsələdir artıq.
“Mehdi, tələbələrini hər tərəfə göndərər.”- yəni Amerikaya, İngiltərəyə, Avropaya, Çinə hər yerə göndərər. “Zülmü və zalımların hamısını yox edər.” Zülm nədir? Qurandan kənar olan hər şey zülmdür. Məsələn, Darvinizm, materializm. Terrorizmi, anarxiyanı, hamısını fikirlə yox edər (yəni sistemlərini məhv edər). “(Bütün) diyarlar onun əmrinin altına girər.” –yəni Bütün dünya onun əmrinə tabe olar. “Allahu Təala onun əlindəki İstanbulun fəthini nəsib edər.” Burada, “onun əlində” yəni hz. Mehdi (ə.s)-ın əlindəki İstanbul, deyir. Burada Allahın mənəvi fəthini nəsib edəcəyini bildirir Rəsulullah. Yer olaraq haranı deyir? İstanbulu. Bunu kim deyir? Peyğəmbərimiz (s.ə.v ) deyir. Nə vaxt deyib? 1400 il əvvəl.
Hz. Əli (r.a)-dan Hz. Mehdi (ə.s)-ı soruşdular: O da, “dərhal əliylə doqquz işarəsi edir.” Məndən soruşurlar ki, TV-kanalın adı niyə A9-dur? Babam (Hz. Əli (r.a)): “Əliylə bir doqquz işarəsi etdi və sonra da o (hz.Mehdi (ə.s.)), axır zamanda insanlara “Allahdan qorx, Allahdan qorx” deyildiyi vaxtda çıxar.”– dedi. Bu nə deməkdir? İnsanların Allahdan qorxularının azaldığı, aradan qalxdığı dövrdə çıxacağı deməkdir. “Buludların səmada toplandığı kimi, Allah onun ətrafında bir qövm toplayar.” Yəni, tələbələri. “Onların qəlblərini yaxınlaşdırar, birləşdirər.”- yəni, əvvəllər onların qəlblərində ziddiyyət, tərslik var idi və sevgisiz idilər. Allah sonra, onların qəlblərini yaxınlaşdırır və uzlaşdırır.
Yəni, bu hədislərə çox diqqət etmək lazımdır. “Onlar içlərindən (öz aralarından olan) şəhid düşənə kədərlənməzlər”- deyilir hədisdə. Hz. Mehdi (ə.s) nə deyəcək?: “Şəhid olana kədərlənməyin, şəhidə sevinin, bu bir nemətdir, gözəllikdir. Allah bizlərə də nəsib etsin” -deyəcək. Bizim vətəndaşlarımızdan şəhid düşənlər, canlarımız, bizim qardaşlarımızdır. Kədərlənmək haram olduğuna görə hz. Mehdi (ə.s): “Əsla kədərlənməyin”- deyəcək. “Onlara qoşulanlara da sevinməzlər. Sayları Bədir səhabələri qədərdir.” Bədir səhabələri nə qədər idi? 313 nəfər olub. “Əvvəlkilər onları keçə bilmədiyi kimi”- deyilir, əvvəlkilər kimlərdir? Səhabələrdir, hz. Musanın tələbələridir, hz. İbrahimin, hz. Nuhun, hz. İshaqın, hz. Yaqubun, ta hz. Adəmə qədər olanlarlardır. “Əvvəlkilər onları keçə bilmədiyi kimi”- yəni, hz.Mehdi (ə.s)-ın tələbələri səhabə olma cəhətdən əvvəlkilərdən daha üstündürlər. “Əvvəlkilər onları keçə bilmədiyi kimi, sonrakılar da onlara çata bilməz.”
Hədisdən göründüyü kimi onlardan sonrakılar da onlara çata bilmirlər. Onların sayında pozulma olacaq. Peyğəmbərimiz (s.ə.v):“Onların sayları”- deyə bir daha vurğulayır. Amma bu dəfə başqa cür şərh edir. “Talut ilə çayı keçənlər qədərdir.” –deyir. Onlar neçə nəfər idilər? Onlar da 313 nəfər idilər.
İbn Cərir, Təhzibil – Asarın da etdiyi rəvayətə görə Rəsulullah (s.ə.v) belə buyurur: “Məhəmməd ümmətinin ən xeyirlisi Mehdidir” 1400 ildən bəri Məhəmməd ümmətinin ən xeyirlisi, bütün səhabələr, hər kəs daxil bütün ümmətin ən xeyirlisi kimdir? “Mehdidir və sizin çətinlikləri aradan qaldıran vəlinizdir” – deyir Rəsulullah. Çətinlikləri necə aradan qaldırır? Terrora çarə, anarxiyaya, Darvinizmə, materializmə, hər şeyə çarə tapmağa çalışar. Məsələn, aclığın, haqsızlığın qarşısını almağa çalışar.
Peyğəmbərimiz (s.ə.v): “Və sizin çətinlikləri aradan qaldıran vəliniz olan kəsə qoşulun. O Mehdidir” – deyir. “Şam üləmaları (din alimləri), və şərqin öndə gedənləri ona qoşular” Yəni, alimlər, üləmalar. Bədiüzzaman nə deyir?: “Bütün üləma və alimlər bu vəzifəyə qatılmaq üçün çalışar” – deyir. “Onların qəlbləri dəmir kimidir və onlar gündüzləri aslan, gecələri də abiddirlər.” Gündüzlər aslan kimi davamlı olaraq elmlə, irfanla, sevgiylə şəhərbəşəhər, ölkəbəölkə gəzərlər. “Gecə də abiddirlər.” – yəni, davamlı olaraq dindən, Allahdan, Kitabdan bəhs edərlər.
Naim ibn Hammad, Kaabdan gələn rəvayətə görə Rəsulullah (s.ə.v)-in belə buyurduğunu dedi: “Mehdi insanların ən yaxşısıdır.” Yəni, peyğəmbərlərdən başqa insanların ən yaxşısıdır. Peyğəmbərimiz (s.ə.v) deyir ki, hz.Mehdi (ə.s) hətta, bəzi peyğəmbərlərdən də üstündür. “Onun köməkçiləri və Ona beyət edənlər, Kufə, Yəmən və Şam üləmalarından olacaq.” Yəni, bütün Yaxın Şərq, Türkiyə də daxil hər yer ona kömək edəcək. “Cəbrayıl onların qarşısında” – yəni, hz. Mehdi (ə.s)-ın tələbələrinin qarşısında, Cəbrayıl onlara kömək edər – “Mikayıl da kürəklərində (arxalarında) olar.” “O, məxluqat arasında sevilər.” Hz. Mehdi (ə.s)-ı bütün məxluqat sevər, tanıyar.
Hz. Mehdi (ə.s)-ı göyərçinlər, kəpənəklər, quşlar, dovşanlar, pişiklər, hamısı sevər, tanıyar.“Allah, kor fitnələri onun vasitəsilə söndürər “- yəni, anarxiyanı, terroru onun vasitəsi ilə məhv edər. Hz.Mehdi (ə.s) vasitəsilə fitnələr bitər. Başqa həll yolu olsaydı Peyğəmbərimiz (s.ə.v) deyərdi. Amma, Rəsulullah (s.ə.v), fitnələrin yalnız hz. Mehdi (ə.s.) vasitəsiylə sönəcəyini bildirir. “Hər yer əmin bir hala gələr.” Əmin nə deməkdir? Terror, anarxiya olmayacaq. “Bir qadın yanında heç bir kişi olmadan (əri, qardaşı, atası) beş qadın yoldaşıyla birlikdə Allahdan başqa heç kimə ehtiyac duymadan rahatlıqla gəzər və Həccə də gedər.” Burada, qadınların necə rahat, azad olacağı deyilir, görürsünüzmü? “Yanında heç bir kişi olmadan”- deyir. Kişi qoruması olmadan, tək başına yoldaşlarıyla gəzər, Həccə gedər. Kişi suverenliyi artıq ləğv olar. Yanında kişi olmadan tək başına gecə də, gündüz də istədiyi yerə, dünyanın hər tərəfinə gedər, Həccə də gedər.
“Onun zamanında yer və göy bərəkət yağdıracaq.” Möhtəşəm bir zənginlik olacaq. Rəsulullah (s.ə.v) sənayedə, iqtisadiyyatda, hər şeydə möhtəşəm bir bərəkət olacağını deyir.
İbn Səidin və Əbu Şeybənin, İbn Ömərdən etdiyi rəvayətdə, Rəsulullah (s.ə.v)-in belə buyurduğu bildirilir: “Siz, Mehdi səbəbiylə insanların ən xoşbəxtisiniz.” Yəni, Allah Hz. Mehdi (ə.s)-ı insanların çox xoşbəxt olmaqlarına səbəb olacağını deyir. Allah, səbəb yaradır.
Həmçinin N.ibn Hammadın Kaabdan etdiyi rəvayətə görə, Rəsulullah (s.ə.v) belə buyurdu: “Mehdinin çıxış əlamətlərindən biri də Qərbdən Kinde qəbiləsindən topal bir adamın başçılıq etdiyi, bayraqlıların çıxmasıdır.” – yəni topal bir adam bayraqlıları ətrafına yığacaq. Digər hədisdə, Peyğəmbərimiz (s.ə.v ) buyurur: “Mehdi dövründə Mehdiyə, Mehdiyyətə qarşı çıxan, yəni Darvinizmi, materializmi müdafiə edən və ətrafında da çoxlu sayda bayraqlı adamlar yığan və hz. Mehdi (ə.s)-a qarşı mübarizə aparan bir adam çıxacaq.” Ayağının topal olduğunu, yəni axsayaraq yeriyəcəyini deyir. İkinci əlaməti də ətrafında çoxlu sayda bayraqlı adamların olmağıdır. Yəni bir yerə yığılanda, aldadıcı olaraq əllərində bayraqlar olacaq. Xalqı aldatmaq üçün əllərində bayraqlar tutacaqlar.