Hörmətli Adnan Oktarın yeni açıqlamaları (10 Sentyabr 2012-ci il)

“Mehdi malı bərabər şəkildə insanlara paylayacaq.” Əvvəllər necə idi? Kapitalizm var idi. Vəhşi kapitalizmdə bərabərlik olmayıb. Bərabərlik olsaydı, bərabərliyə yenidən bərabərlik gətirilməzdi. Deməli, bir natarazlıq, uçurum olacaq, kasıblarla varlılar arasında böyük bir uçurum (fərq) olacaq. Bəs, hz. Mehdi (ə.s) nə edəcək? İnsanlara malı bərabər şəkildə paylayacaq.

“Məhəmməd ümmətinin qəlbi zənginliklə dolacaq.” Deməli, əvvəllər insanların qəlbi zəngin olmayacaq. Acgöz, ehtiraslı olacaqlar. Bir çox insanlar var ki, gözü doymaq bilmir. Hətta insanlar belələrinə “Gözün doysun” deyərlər. Hz. Mehdi (ə.s) dövründə qəlblər zənginliklə dolacaq. Yəni, həm maddi cəhətdən zənginləşəcək, həm də qəlbi (mənəvi cəhətdən) zəngin olacaq. Qəlbi zəngin olacaqlarına görə də paylayan, comərdlikdən (əliaçıqlıqdan) zövq alan bir ruh içində olacaqlar.

“Onun ədaləti hər yeri bürüyəcək.” Bu hədisdən başa düşülür ki, ədalət hər yerdə eyni olmayacaq. Bəzi yerlərdə çox, bəzi yerlərdə az olacaq. Hz. Mehdi (ə.s) nə edəcək?  Ədaləti hər yeri əhatə edəcək şəkildə yayacaq.

“İnsanlar hz. Peyğəmbər (s.ə.v)-in sünnə-i səniyyəsiylə (sünnəti ilə) rəftar edəcək.” Yəni, Rəsulullah (s.ə.v) nə edirdi? Vəhyə tabe olurdu, Qurana tabe olurdu. O nə edəcək? O da, Quranla insanlara tətbiqini, üsulunu göstərəcək.

“Hətta birindən, mala ehtiyacı olan kim varsa, çağırmağını istəyəcək” “Mehdinin sözünü yerinə  yetirəndə yalnız bir adam gələcək. Ehtiyacı olan varmı soruşulduqda, Hamı: “Yox, lazım deyil, Allah razı olsun, bol- bol aldıq” – deyəcək. Amma bir adam gələcək: “Mənim ehtiyacım var” -deyəcək. Görəcəklər ki, bu adam ehtiyacı olmadığı halda, zəngin olduğu halda yenə istəyir. Yəni, nəfsi üstün gəlir. Gözü doymamışdır, qəlbi doymamışdır.

Ona zəngin olduğu halda yenə mal verir. Amma o mal verildikdə Allah o anda ürəyini açar və belə deyər: “Məhəmməd ümmətinin ən acgözü mənəm?.” Utanar, “Allah məni bağışlasın”- deyər, malı geri qaytarmaq istəyər. Hz. Mehdi (ə.s) da belə buyurar: “Biz sədəqə etdiyimiz malı geri almarıq.”Bu şəxsin geri qaytarmaq istədiyi malı geri almazlar. Bu axır zamanın hadisələrindən bir dənəsidir. Bu da olacaq, İnşaAllah.

“Zühurundan əvvəl, bir xəlifənin ölümündə ixtilaf olacaq (yəni mübahisə yaranacaq). Peyğəmbərimiz (s.ə.v), xəlifənin ölümündən sonra ixtilaflar olacağını deyir. Döyüşlər, fitnələr, fücurlar (üsyanlar) baş verəcək. Gördüyümüz kimi də, xəlifənin ölümündən sonra fitnələr lap çoxalıb.
“Şamdan” yəni,  Suriyadan,”Hz. Mehdinin üstünə bir ordu göndəriləcək.” Yəni, Şam  Mehdiyyətə qarşı mübarizə aparacaq. Hansı ordularla? Gizli ordularla, fitnə ordularıyla. Məsələn, PKK-ya kömək edərlər, agent göndərərlər, azmış vəhşi adamları göndərərlər. Hədisdən Mehdiyyəti dayandırmağı məqsəd qoyan bir rəhbərliyin Şamda olacağını anlayırıq. Yəni, anti Mehdi bir hərəkatın Şamda, yəni, Suriyada baş verəcəyi hədisdən aydın olur. Lakin bu ordunun yerin dibinə batırılacağı da deyilir. Bu ordu məhv olacaq.


“Mehdi dövründə ümmətin istər yaxşıları, istərsə də pisləri bir çox nemətlərə sahib olacaqlar.”
  Burada pis dedikdə, yəni dinsiz, imansız olanlar nəzərdə tutulur. Məsələn, kommunistin biri  Peyğəmbərimiz (s.ə.v)-in ümmətindən ola bilər. Yəni, dinsiz, Allahsız da Peyğəmbərimiz (s.ə.v)-in ümmətindən ola bilər, amma belələri iman etməmişlər. Müsəlmanlar iman edən ümmətdirlər. Ama dinsizlər də ümmətdən olmaqlarına baxmayaraq iman etməmişlər. Belələri iman etməyən ümmət sayılırlar. Yəni, iman edən ümmət və iman etməyən ümmət var, daha aydın desək iman etməyənlər kommunistlər və dinsizlərdir.

“Mehdi dövründə ümmətin istər yaxşıları, istərsə də pisləri misli görünməmiş bir çox nemətlərə sahib olacaqlar.” Yəni, heç bir dövrdə görünməmiş nemətlərə sahib olacaqlar. Hz. Adəm  dövründən tutmuş Peyğəmbərlərin dövrünə qədər heç bir dövrdə olmayan bir çox nemətlərə yiyələnəcəklər. Mal-pul zibil kimi çox olacaq, hər cür naz-nemət olacaq. Yemək, içmək, texniki alət, avadanlıq, avtomobil, ev və s., bir sözlə, hər şey bol olacaq.

 

“Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək” – yəni, sel olacaq dərəcədə yağış yağmasına baxmayaraq “bir damlası belə boşa getməyəcək.” Hal-hazırda boşa gedirmi?  Gedir. Sel olur, evləri-ocaqları dağıdır, tarlaları silib süpürür. Suyun çoxluğu zərər verir. Hz. Mehdi (ə.s) dövründə isə suyun bir damlası belə boşa getməyəcək. Hamısı fayda verəcək. Bu, hz. Mehdi (ə.s) -ın ağıllı davranışından irəli gələcək. Yağan yağışın hamısını bərəkətli və faydalı olaraq istifadə edəcək. Bu hz. Mehdi (ə.s)-ın  möcüzələrindən biridir.

 

“Torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq.” Yəni, məsələn, bəzi yerləri  yaşıllaşdırmaq istəyərsən, toxum əkərsən, qulluq edərsən, amma çox vaxt tutmaz. Çəmən əkməyə çalışarsan, həmişə alınmaz. Hz. Mehdi (ə.s.) dövründə buna ehtiyac qalmayacaq. Torpaq özbaşına çiçəklənəcək, hər yer yamyaşıl və məhsuldar olacaq.

 

“Şərq tərəfdən bir sıra insanlar çıxıb hz. Mehdinin səltənətini hazırlayarlar. Bununla əlaqədar Bədiüzzamanın sözlərinə nəzər saldıqda: “Mən hz. Mehdi (ə.s)-ın pişdar bir nəfəri, qabaqcıl bir əsgəriyəm. Hz. Mehdi (ə.s)-a yer izhar edirəm, yəni, mühit hazırlayıram”- dediyini görürük. Peyğəmbərimiz (s.ə.v ) nə deyir?: “Şərq tərəfdən bir sıra insanlar çıxıb“- yəni Nur tələbələri və digər müsəlmanlar, istər Nəqşibəndilər olsun, istər Qadirilər, istərsə də Süleymanlı qardaşlarımız, hamısı hz. Mehdi (ə.s)-ın səltənətini hazırlayırlar.

“Mehdi insanlara payladığı malı  və əşyanı saymadan, bol-bol verəcək.” Hədisdən göründüyü kimi əşya da paylayacaq. Məsələn, soyuducu, paltaryuyan maşın, şkaf, nə varsa paylacaq. Mal da paylayacaq, məsələn, düyü, şəkər, buğda, nə istəyirlərsə hamısını paylayacaq. İndi, məsələn, mal, əşya sayılarkən dəftərə yazılar, yəni qeyd edilər və mal verilən şəxsin adı, soyadı, yaxud şəxsiyyət vəsiqəsi soruşular. Amma hz. Mehdi (ə.s) dövründə elə olmayacaq. Saymaqla deyil, göz qərarıyla veriləcək. Zibil kimi, bol- bol veriləcək və qeyd də edilməyəcək. Hər rast gələnə, bol- bol paylanacaq.

“Hz. Mehdi çıxarkən başı sarıqlı olan bir münadi səslənərək: “bu Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun”-  deyəcək.” Hədisdən də göründüyü kimi səslənən, xitab edənin başında sarıq var. “Bu Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun”– deyəcək. Bu başı sarıqlılar kimlərdir? Şeyx Nazim Həzrətləridir, Şeyx Əhməd Yasin Həzrətləridir. Buradan hz.Mehdi (ə.s)-ın açıq-aşkar zühur etdiyini görürük.

“İraqdan və Şamdan bir çox dərvişlər, hz. Mehdiyə tabe olanlar gələcək.” Deməli, Şam və İraq kommunistlərdən, Allahsız ateistlərdən xilas olunacaq ki, Rəsulullah (s.ə.v) buna diqqət çəkib.   Şam, yəni Suriya və İraq deməkdir. Şam və İraqın əvvəllər bərbad bir mövqedə olacaqları və hər iki tərəfin alimləri hz. Mehdi (ə.s)-ın yanına gələcəkləri və sonra xilas olacaqları hədislərdə bildirilir.  Hal-hazırda iki yerdə (Şamda və İraqda) onsuz da cəmləşmə var. Peyğəmbərimiz (s.ə.v), Şamdan başqa bir ordunun ona qarşı göndəriləcəyini, amma bu ordunun batacağını deyir. Hal-hazırda da bu ordu batır. Yəni, Şamdakı, Suriyadakı ordu artıq məhv olur.

“Axır zamanda ümmətimdən bir xəlifə çıxacaq, malı sayıb hesalamadan bol- bol insanlara verəcək.” Bildiyimiz kimi, dünyanın hər yerində mal, siyahıya alınır, qeyd edilir, hesabı aparılandan sonra paylanılır. İndiyə kimi həmişə belə olmuşdur. Mütləq hesabatı tutulmalı idi. Yalnız, hz. Mehdi (ə.s) dövründə hesab-dəftər tutulmayacaq. Bu, hz. Mehdi (ə.s)-ın  sürətli, tez qərara gələn, hücuma keçən siyasətindən qaynaqlanacaq. Çünki  Peyğəmbərimiz (s.ə.v ): “Sizin 20 ildə edəcəyinizi o, 1 ildə edər” -deyib. Bütün İslam aləmini sürətlə canlandırır. İslam aləmi qısa müddət ərzində cənnət kimi olacaq. Bu, onun praktik iş görməyindən və işi uzatmamağından qaynaqlanır. Yəni, dövlətlə əlaqədar olan işlərdə lazımsız qayda-qanunlara girişmədiyini hədislərdən başa düşürük. Qeydlər aparmaq, dəftər tutmaq, möhürlənməsi, imzalanması və s. kimi işlərə girişməz… Rəsmi sənədləşmə, rəsmləşdirilmə işləri olmayacaq. Hz. Mehdi (ə.s) dövründə bu cür işlərə son qoyulacaq.

 

“Ümmətimdən Mehdi çıxacaq. Allahu Təala Həzrətləri  insanları zəngin etmək üçün onu göndərəcək.” Bütün insanlar zəngin olacaq. Dünya tarixində, həmişə insanlar arasında varlı- kasıb ayrıseçkiliyi olmuşdur. Hz. Mehdi (ə.s) dövründə isə hamı, bütün dünya zənginlik içində olacaq. “O zaman ümmətim nemətlənəcək, heyvanlar da bolluq içində olacaq“- deyir Rəsulullah. Yəni, heyvanlar da bol-bol yeyib-içəcək. Göyərçinlər, pişiklər, dovşanlar, qoyunlar, hamısı bol- bol yeyib-içəcəklər. “Ərzin nəbatı çox olacaq”- deyilir hədisdə. Yəni, hər yer yaşıllıq olacaq. Hədisdə həm də:

“Hz. Mehdi, malı insanlar arasında  bərabər şəkildə bol- bol paylayacaq.”- deyilir. Dinsizlərə də, hindulara da, xristianlara da, yəhudilərə də eyni şəkildə mal paylanacaq. Hz. Mehdi (ə.s) ilk öncə İsa Məsih gələnə qədər xristianlara İncilin əsli ilə, yəhudilərə də Tövratın əsli ilə hökm edəcək. İsa Məsih gəldikdə isə bütün dünya müsəlman olacaq.
Peyğəmbərimiz (s.ə.v ) belə buyurur: “Allaha and içirəm ki, Mehdinin atası Qureyşdəndir.” Qureyş qövmündəndir. Yəni, hz. Mehdi (ə.s)-ın soyu Qureyş qövmünə gedib çıxır. Peyğəmbərimiz (s.ə.v): “Əgər lazım olsaydı, onu ən son cəddinə qədər sayardıq.” –deyir. Yəni, soyu sona kimi davam edəcək. Çünki hz. Mehdi İslamın sonu olacaq.

 

Hədisdə: “Axır zamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr “- deyilir. Yəni, dövlət adamlarından, baş nazirdən, prezidentdən, dövlət başçısından. Məsələn, Səddam nə etdi? İraqı məhv etdi. Şamdakı Əsəd də bütün Suriyalı müsəlmanları məhv edir. Rəsulullah (s.ə.v): “Yaşadıqları yerlər müsəlmanlara dar gələr”- deyir. Həqiqətən də hal-hazırda qaçacaq yer axtarırlar. Qonşu ölkələrə sığınırlar. Dar gəlir nə deməkdir? Yəni artıq öz yurdunda yaşaya bilmir. Yaşaya bilməyəcək vəziyyətə gələcəklər.

 

Peyğəmbərimiz (s.ə.v) belə buyurur:
“Dünya hərc-mərclik  içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəzilər- bəzilərinə hücum edəndə, böyük kiçiyə mərhəmət etməyəndə Allah bu vaxt onlardan ədavət kökünü qazıyaraq dəlalət qalalarını fəth edəcək olan  və əvvəlcə mən necə dini yaşatmışamsa axır zamanda dini o cür yaşadan, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduran birini göndərəcək.”
“Dünya hərc-mərclik içində qalanda”
– burada, dünyanın anarxiya və terror içində olduğu nəzərdə tutulur.

“Fitnələr zühur edəndə” – yəni hal-hazırda hər yerdə fitnə var.
“Yollar kəsiləndə” – burada PKK-ya işarə edilir, çünki onlar da yolları kəsir. Bir tərəfdən Suriyada terrorlar təşkil edən kommunist əsgərlər yol kəsir, digər tərəfdən İraqda bir başqaları yol kəsir, eləcə də Livanda, Liviyada, Pakistanda, Əfqanıstanda, demək olar ki, hər yerdə yolları kəsirlər. Ona görə də hədisdə “yollar kəsiləndə” ifadəsi işlədilir. Deməli, axır zamanda yol kəsmələr çox olacaq. Bu hz. Mehdi (ə.s)-ın çıxış əlamətidir. Əvvəllər çox nadir hallarda, müəyyən nöqtələrdə yol kəsirdilər. Amma hz. Mehdi (ə.s) dövründə yolların kəsilməsi çox yayılıb.

“Bəziləri bəzisinə hücum edəndə” burada bir ölkənin başqa bir ölkəyə, eləcə də insanların bir-birlərinə hücum edəcəyi bildirilir. “Böyük kiçiyə mərhəmət etmədiyi”- deyilir hədisdə. Məsələn, balaca uşaqlara mərhəmət etməzlər, alçaldarlar, təhqir edərlər, vurarlar. Dünyanın hər yerində balaca uşaqlar çox zərər çəkmiş vəziyyətdədir. Qayda-qanun çıxarılır, amma uşaqlar yenə də zərər çəkirlər. “Allah, bu vaxt onlardan ədavət kökünü qazıyaraq”– dedikdə, yəni bunun kökünü qazıyır. Kökü nədir? Darvinizm, materializmdir. “Dəlalət qalalarını fəth edən”- deyilir, burada dəlalət qalası nə deməkdir? Materialist, Darvinist məktəbləri, tədris ocaqları, universitetlər ola bilər, yaxud  fikir sistemləri, klublar, dərnəklər ola bilər. “Dəlalət qalalarını”- dedikdə, bu ifadə eyni zamanda darvinist, materialist sistemin qalalarına da işarə edə bilər. Hədisin sonunda Rəsulullah: “fəth edəcək və əvvəlcə mən necə dini yaşatmışamsa  axır zamanda dini o cür yaşadan, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduran birini göndərəcək.”-deyir, yəni, hz. Mehdi (ə.s)-ı.

5