Hörmətli Adnan Oktarın yeni açıqlamaları (13 Sentyabr 2012-ci il)
Tampliyerlərin lideri olan qardaşımızla danışıram, onlar: “Mehdi (ə.s) çıxmadan biz Müqəddəs əmanətləri vermərik. Mehdi (ə.s)-a təslim edəcəyik. İslam dünyaya hakim olacaq. Biz də onun köməkçiləriyik, ona kömək edəcəyik. Bizim vəzifəmiz budur, Allah bizi bu məsələ ilə vəzifələndirdi. İsa Məsih (ə.s)-ı gözləyirik, onun zühurunu gözləyirik. Bizim həmsöhbət ola biləcəyimiz insanlar İsa Məsih (ə.s) və Mehdi (ə.s)-dır, bir çox Müqəddəs Əmanətlər var, onların hamısını təslim edəcəyik onlara” –deyirlər. Tampliyerlər min illərdən bəri müqəddəs əmanətləri gizlədirlər, qoruyurlar. Onların vəzifəsi budur. Məsələn, Zoharın orijinalı da onlardadır.
“Mehdinin çıxışından əvvəl Şam və Misir məlikləri öldürüləcək və Şam əhli, Misir qəbilələri əsir düşəcək.” Bildiyimiz kimi, misirlilər hal-hazırda Suriyada döyüşürlər. Həqiqətən əsir alınırlar. Suriyada döyüşən misirli əsgərləri çoxdur. Onların da əsir düşəcəkləri bildirilir. Eyniylə o da olacaq.
“Mehdi çıxmamışdan əvvəl Şam və Misir məlikləri öldürüləcək.” Burada bəhs olunan öldürülmə təbii ki, mütləq fiziki öldürülmə demək deyil, təsirsiz hala gətirməkdir. Çünki, hədislərdə qatil sözü keçmir. Mənəvi olaraq təsirsiz hala gətirmək deməkdir. Çünki, Dəccal da elədir. Amma insanlar arasında Dəccalın birbaşa öldürüləcəyi kimi bir anlayış var. Halbuki, Bədiüzzaman: “Onun şəxsini bir mikrob, bir soyuqdəymə belə öldürər”– deyir. Yəni, hz. İsanın onları ayağının altına alıb döyməsi, asıb-kəsməsi, öldürməsi kimi bir mövzu yoxdur. Onu mənəvi cəhətdən öldürəcək. Buna əsaslanaraq Şam və Misir məlikləri də mənəvi olaraq öldürüləcəklər. Mənəvi öldürüləcək dedikdə, yəni, təsirsiz hala gətiriləcəyi, sistemləri əllərindən alınacağı, fikir sistemləri yıxılacağı və bundan sonra artıq əvvəlki kimi zülm edə bilməyəcəkləri nəzərdə tutulur.
“Ondan əvvəl Afrikada bir əmir (məlik) olacaq.” Məsələn, bu da Qəddafidir Allahualəm. Bu hədis ona işarə edə bilər. O da, bildiyimiz kimi, uzun müddət vəzifə başında oldu, onu faciəvi şəkildə öldürdülər. Misirdə rejim dəyişdi, amma hal-hazırda adamlar mühakimə olunurlar. Lakin onun sistemi öldü, yıxıldı. Bu, reallaşdı artıq. Şamda da adamın (Bəşər Əsədin) rejimi artıq sağlam vəziyyətdə deyil, sanki hal-hazırda komadadır. Yəni tam ölməyib hələ, komadadır.
“Mehdinin çıxış əlamətlərindən biri də Bəni Abbas (Abbasi oğullarının) dəyirmanının dönməsidir (fırlanması).” Bu, bir un dəyirmanı və onun fırlanması mənasında deyil. Yəni, onun sisteminin artıq hərəkətə keçməyi, onun faydalı xidmətlərinin başlamağıdır. Bəni Abbas nə deməkdir? Peyğəmbərimiz (s.ə.v)-in nəslidir və onların hərəkətə keçməsidir. Yəni onun faktor olaraq ortaya çıxmasıdır.