Hörmətli Adnan Oktarın yeni açıqlamaları (14 Sentyabr 2012-ci il)
Peyğəmbərimiz (s.ə.v) buyurur: “Yalançı adam düz adam kimi tanınacaq, düzgün adam yalançı kimi tanınacaq“. Tam əksinə hərəkət edəcəklər. Hal-hazırda da yaxşı olan, səmimi olan müsəlmanları susdurmaq üçün edilən rüsvayçılıqları görürsünüz.
“Xainin əmin hesab edilməsi, əminin xain sayılması axirət əlamətidir.” Məsələn, biri xaindir, amma çox əmin (düz) kimi tanınır. Eləcə də əmin biri də xain kimi tanınınır. Məsələn, Mehdi (ə.s) əmin bir şəxsdir, Allah onu elə yaratmışdır, lakin münafiq və kafirlər hz. Mehdi (ə.s)-ı xain kimi biləcəklər.
“Dünyanın yararsız yerlərinin abadlaşdırılması axirət əlamətidir” Həqiqətən dünyada köhnə binalar təmir olunub abadlaşır. Əvvəllər belə şeylər yox idi. Yalnız kiçik işlər görülürdü, amma hal-hazırda dünyanın hər yerində köhnə binaların hamısı təmir edilir, abadlaşır. Yunesko və başqa yerlər, eləcə də hər kəs bu abadlaşma işlərinə köməklik edirlər. Dövlətlər rəsmi siyasət olaraq bu abadlaşmanı tətbiq edir .
“Yaltaqların, qanmazların çoxalması qiyamət əlamətlərindəndir”. Yəni dedi-qodu edən, fitnəçi, əxlaqsızlar çoxalacaq.
“Qələmin (oxuma-yazma) məşhurlaşması axirət əlamətidir.” Məsələn əvvəllər bu qədər oxuma-yazma yox idi, Peyğəmbərimiz (s.ə.v) axır zamanda oxuma-yazmanın çox inkişaf edəcəyini bildirir. Məsələn, əvvəllər Türkiyənin 10%-i, 20%-i oxumağı -yazmağı bilirdi. İslam aləmində də elə idi, oxuma-yazma nisbəti çox az idi. Amma hal-hazırda əksinə, oxuma-yazma bilməyənlər çox azdır, demək olar ki, yoxdur.
“Yalançı şahidliyin artması axirət əlamətidir.” Məhkəmələrdə, orada-burada bəzi fırıldaqçı adamlar var, bəzi insanlar pul verirlər, pul qarşılığında da müsəlmanların əleyhinə şahidlik edirlər, böhtan atırlar.
Hz. Davud da rəqs edirdi, Tövratda da var bu. Hətta, onun oynamağına həsəd aparıblar. Bir qadın da onun rəqsinə həsəd aparıb. Rəqs də, musiqi də cənnətdə olan gözəlliklərdir.
Peyğəmbərimiz (s.ə.v) deyir: “Oradakı bir qadın hz. Davudu təpədən dırnağa kimi süzdü. Qırmızı saçlı, yaraşıqlı bir gənc olduğu üçün onu alçaltmaq istədi”. (1 Samuel 17:42)
Peyğəmbərimiz (s.ə.v) buyurub: “Bu vaxt Davud və bütün İsrail xalqı da səlvi ağacından düzəldilmiş hər cür çalğılar, cəng, dəf, zınqırov və zənglər çalaraq Rəbbin qarşısında əhd sandığının gətirilməsini qeyd edirdilər”. (2 Samuel 6:5) Əyləncə mühiti çox hərəkətli olduğu bəlli olur. Yer göy inləyirdi.
“Lir çalaraq Rəbbə şükür edin. On telli cənglə Onu ilahilərlə tərifləyin.” (Məzmur 33:2)