Hörmətli Adnan Oktarın yeni açıqlamaları (18 Sentyabr 2012-ci il)
“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!.” (Ənbiya surəsi, 18) Yəni, Allah, mehdiyyəti dəccaliyyətin üstünə atar “O da onun beynini darmadağın edər.” “Beynini darmadağın” dedikdə dəccaliyyətin fikir sistemini, düşüncəsini darmadağın etmək nəzərdə tutulur. Yəni orada beynin özünü, quruluşunu deyil, fikrini darmadağın edəcəyi bildirilir. Allah, burada beyinə xüsusilə diqqət çəkmişdir. Sonra: “Bir də baxarsan ki, o, yox olub getmişdir.” – deyir Allah. Yəni, dəccaliyyət, darvinizm, materializm məhv olar. “(Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!” Burada, uydurma şərhlərlə xalqı səhv məlumatlandırdıqlarına görə “vay halınıza” -deyir Cənabı Allah.
“Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.” (Ənbiya surəsi, 19) Bu ayədə, Allah Mələklərin yorulmadan həmişə, davamlı olaraq rukuda, səcdədə, qiyamda olduqlarını bildirir. Allah sonrakı ayədə bunu açıq şəkildə birdirir: Gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şəninə təriflər deyərlər.” (Ənbiya surəsi, 20)
“Yoxsa (müşriklər) özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?” (Ənbiya surəsi, 21) Yəni, Allah: “onların qəbul etdikləri tanrıların ölü olan palçığı, ölü olan maddəni dirildə biləcəklərmi?” -deyir. Bu ayə Darvinistlərə aid olan ayədir. Çünki, onların dediyinə görə, guya, ölü olan palçıqlı su bir araya gəlib zülalları əmələ gətirib, zülallar da hüceyrəni əmələ gətirib, sonra ona bir can verilib, dirilib və ayağa qalxıb insan olub. Xülasə, onlar bunları izah edirlər. Sonra Allah ayədə: “Yoxsa (müşriklər) özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?”- deyir. Burada isə Allah: “Həddindən artıq çox olan atomların, bir-bir, ayrı-ayrı İlahi xüsusiyyətlərimi var, onlarmı maddələri canlandıracaqlar?” –deyə bildirir.
“Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Ənbiya surəsi, 22) Bu ayədə, Cənab Allah: “əgər çox ilahlar olsaydı həmişə bir-biri ilə ixtilafda olardı. Həm də o qədər atomların hamısı ağıllı olsaydı, haşa İlahi xüsusiyyətə malik olsaydı, canlı olaraq yaratmaq qabiliyyəti olsaydı bir-birlərini qırardılar, məhv edədirlər.”– deyir. “Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”- yəni Allah, darvinist, materialist uydurmalarından ucadır.
“(Allah) gördüyü işlər barədə sorğu-sual olunmaz, onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual olunacaqlar.” (Ənbiya surəsi, 23) Ayədən məlum olur ki, Cənab Allahın gördüyü işlər barədə sorğu-sual olunmaz, haşa,“niyə belə etdi” deyilməz. “Onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual olunacaqlar.” –yəni, Allah deyir ki, – “Mən onları sorğuya çəkərəm, amma Məni sorğu-sual edə bilməzsiniz.”
“ Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa ilahlar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Quran), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!” (Ənbiya surəsi, 24)
“Yoxsa Ondan başqa ilahlar qəbul etdilər?” Burada, Cənab Allah yenə eyni mövzuya toxunur. Bildiyimiz kimi, bunlar atomları ilah olaraq qəbul edirlər. Allah da ayədə: “De :” dəliliniziı gətirin.”- yəni, zülallardan, fosillərdən, haradan olursa olsun dəlil gətirmələrini istəyir. “Bu mənimlə onların (ümmətimin) Kitabı (Quran), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)!. Xeyr, onların əksəriyyəti haqqı bilməz, buna görə də üz döndərər.“ Allah, bununla onların həqiqəti qavraya bilmədikləri üçün üz döndərdiklərini bildirir. Qəti sübutunuzu gətirin nə deməkdir? Deməli, adamların əlində heç bir vaxt bir dəlil olmayıb. Hal-hazırda da bunu görürük.
Bəqərə surəsi, 65 -66-cı ayələr:
“Əslində siz bilirsiniz ki, aranızdan bəzi kəslər şənbə günü haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.” (Bəqərə surəsi 65) Allah bu ayə ilə, həm o dövrdəki insanlara, həm də sonra gələcək olanlara “ibrət verici bir cəza”, təqva sahibləri üçün də bir öyüd-nəsihət verir.
Hal-hazırda da meymun olduğunu iddia edən insanlar mənəvi cəhətdən meymun kimi olurlar. “Atam da meymundur, özüm də meymunam” -deyir. Buna görə də meymun kimi olur. Bu bəla o dövrdə də var idi, ta şumerlərdən bəri var. Köhnə bir fitnə olduğuna görə, iddiaları da həmişə o cür olduğuna görə, “Atalarımız meymundur” dedikləri üçün o dövrdəki yəhudiləri Allah mənəvi cəhətdən meymuna döndərmişdi. Yəni meymunlaşmış insandırlar. Meymunlar kimi təcavüzkar, bir-birlərinə əzab verir, eqoist və heyvan xüsusiyyətləri göstərməyə başlamışlar. Quranın tərif etdiyi, bəhs etdiyi budur. Yoxsa insanın meymuna dönməsi və ya meymunun insana dönməsi, yəni təkamülləşmə mənasında bir hadisə yoxdur. Allahualəm, ayənin ifadə etdiyi məna, mənəvi cəhətdən meymuna dönməkdir, yəni özlərini meymun hesab etdiklərinə görə o dövrdə Allah onların xarakterlərindən şəxsiyyətlərini pozub meymunlaşdırmışdır. Çünki meymunun göstərdiyi klassik xüsusiyyətləri göstərdilər. Quran ona işarə edir inşaAllah. Cənab Allah Quranda bu mövzuya diqqət çəkir, inşaAllah.
İNŞALLAH HZ. MEHDİ (Ə.S) MÜQƏDDƏS ƏMANƏTLƏRİ İSA MƏSİH (Ə.S)-A TƏQDİM EDƏCƏK.