Hörmətli Adnan Oktarın yeni açıqlamaları (19 Sentyabr 2012-ci il)
Hammad ibn Nuaym bəzi səhabələrdən belə nəql edir: “Dəccal insan deyil şeytandır.” Yəni, şeytan kimi insandır. “Bir adada zəncirə vurulmuşdur.” – yəni həbs edilmişdir –“zühuru yaxınlaşdıqca Allah, hər il o zəncirin halqalarından birini qıracaq …” Yəni, getdikcə azğınlaşacaq, quduracaq. Həbs olunması kafi deyil. Yəni, adamlarının, ətrafının azacağına işarə edir hədis.
Dəccal bütün millətlərə, bütün insanlığa bir cadu etdi. İnsanlıq o cadunun təsiri altındadır. Ona görə bütün insanlarda bir ağırlıq var. Yoldakı insanlara baxanda da bunu görmək olur. Yəni, ümumi bir hipnoz halı baş verir. Bu, bir çox narahatlığa səbəb olur. Qəzaların baş verməyinə, diqqətin dağınıq olmağına səbəb olur, insanlar oxuduğunu başa düşmür, diqqətini cəmləyə bilmir, şənlənə bilmir, qəlbən Allaha bağlana bilmir. Şeytan o caduyla insanları Allahdan uzaqlaşdırmağa çalışır. Bu Dəccalın bir xüsusiyyətidir, Dəccalın bir sifətidir. Cadunu dünyada şeytanlarla etdiyi üçün, onlara çox asanlıqla təsir edə bilir. Çünki, şeytanlar da, məsələn, üç- beş şeytan çağırır, “insanlara bu cadunu çatdırın ” deyir. O da gedir o biri şeytanlara deyir, o da bir başqa şeytalara deyir, beləliklə, o buna, o birisi digərinə çatdırırlar.
Beləcə, şeytanlar bütün dünyaya yayılıb insanlara o cadunu tətbiq edirlər. Hədislərdə də bu var: “Dəccal şeytanları çağırar, təlimat verər” – deyilir. Hal-hazırda da şeytanlara təlimat verir. Onun nəticəsində də ümumi bir yorğunluq, halsızlıq, konsentrasiya pozğunluğu, sevgisizlik, kefsizlik hakimdir. Belə olanda da özünə qapanmalar olur. Darvinizm və materializmin təsiriylə insanların bir qismi dəlisov halına gəlirlər. Məsələn, Amerika ordusunda az qala hər gün intihar baş verir. Bir gün içində dəfələrlə intihar hadisələri olur. Özlərini öldürürlər. Dəccal tərəfindən sevgi qaldırıldığı üçün, mərhəmət, gözəllik, eşq, ehtiras əllərindən alındığı üçün bu vaxt insan həyatın məqsədinin, mənasının olmadığını düşünür.
“Artıq mənim həyatımın mənası yoxdur” -deyir. Sevgi, mərhəmət, şəfqət, dostluq, yoldaşlıq yoxdur. Kiminlə danışsan ya pis söz deyir ya da əxlaqsız cavablar verir. Uzaq başı “özümü öldürərəm “ -deyir. Bununla da daha da böyük bəlanın içinə girir. Şeytan ona belə vəsvəsə verir: “özünü öldür” –deyir. Bununla şeytan cadu edir. Əvvəl müqavimət göstərir insan, sonra: “yox, öldürməyəcəm özümü” – deyir. Yəni əvvəl, Şeytan deyir: “Öldür! Öldür!”. İnsan isə “yox, öldürməyəcəm” –deyə müqavimət göstərir. Şeytan yenə: “Öldür! Öldür” – deyir. Sonunda isə: “Yaxşı, öldürüm özümü” – deyir. Ən sonunda şeytana təslim olur.
Şeytan da onunla birlikdə cəhənnəmə gedir. Orada şeytan: “mən sadəcə səni dəvət etdim, mən Allahdan qorxuram, mən səni məcbur etdim?” – deyir. İnsan isə: “Yox, məcbur etmədin” – deyir. Onunla cəhənnəmdə danışır. Şeytan: “mən yalnız təklif etdim, elə deyilmi?”- deyir. İnsan da: “Bəli” – deyir. “Sən özün bəlanı tapdın” – deyir, “Mən Allahdan qorxuram” – deyir. Diqqət yetirsəniz orada da özünü təqvalı aparır. Yenə də qürurlanır. Yəni, şeytan cəhənnəmdə də qürurlanır. Şeytan Allaha qarşı haşa təkəbbürlü olduğuna görə dəli, pozğun bir ruha sahibdir. Bəzən namərd kişilər və qadınlara rast gəlinir hansı ki, onlarda da belə bir ruh halı var. Dəlicəsinə bir qürur və eqoizm hissi olur onlarda. Şeytan bütünlüklə namərd ruha sahibdir. Onu cəhənnəmə düçar etdikdən sonra: “Mən Allahdan qorxuram” -deyir