Hörmətli Adnan Oktarın yeni açıqlamaları (20 Sentyabr 2012-ci il)
“Mehdi (ə.s)-ın ədaləti hər yeri bürüyəcək.” Yəni tək İslam aləmini deyil, Avropanı, Amerikanı, Rusiyanı, Çini deyil, hər yeri əhatə edəcək. Ədalət yayacaq. Ədaləti yayana nə deyilir? Hakim deyilir. Bədiüzzaman nə deyirdi? O da: “həm ən böyük hakim, həm Mehdi (ə.s.), həm mürşid, həm də qütbü-əzəm olacaq” -deyirdi.
“Şərqdən qara bayraqlı bir qövm çıxacaq.” İslam aləmində indi çox məşhurlaşaraq qara bayraq istifadə edilməyə başlanıb. Həmişə qara bayraq istifadə edirlər. Əvvəllər isə belə bir şey yox idi.
“Xorasandan Mehdiyə köməkçi olan insanlar çıxacaq.” Türklərin yurdudur ora, Anadoluya gəldikləri yer. Türklərin o dövrdəki yerini bildirir Rəsulullah .
“Mehdi, Kara kəndindən çıxacaq” – deyir Peyğəmbərimiz. O dövrlər Ankara bir kənd idi. Peyğəmbərimiz (s.ə.v) dövründə ora kənd olub. O dövrdəki adı Ankara deyildi, Anquru, Anqara, Kara adlanırdı. Sonradan “Ankara” adı verildi. “Mədinədən” – yəni, böyük bir şəhərdən dediyi üçün mən Ankaranı təxmin edirəm. Çünki bu hədis başqa bir yerə uyğun gəlmir. Böyük bir şəhər, Mədinədir. Mədinənin mənası böyük şəhər deməkdir. Birincisi, böyük şəhər olmağı lazımdır. İkincisi, adı da tam uyğun gəlir “Kara”. Üçüncüsü də, o dövrdə Ankara kənd olub. Gəliş istiqaməti cəhətdən də tam uyğun gəlir. Hədisdə: “Artıq doğulacaq, oradan gələcək, Mehdi qərbə doğru gələcək”– deyilir. Həm də: “Dənizdən quru bir yoldan keçəcək” – deyir, yəni Boğaz Körpüsü, quru yol Boğaz Körpüsünə işarə edir. Yoxsa başqa cür necə keçilə bilər?
“İraqda Mehdi əleyhinə bir ordu olacaq.”
“Suriyada Mehdi əleyhinə bir ordu olacaq.”
“Heç bir tərəfin ondan məhfuz (gizli) qalmayacağı bir fitnə zühur edəcək.” –deyir Rəsulullah. Yəni, bütün İslam aləminin hər yerində fitnə olacaq. Sonra: “Bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq.”- deyir. Məsələn, bir gün orada bomba partlayır, o biri tərəfdə bir sui-qəsd edilir. Yəni, fitnə eyni yerdə qalmır, davamlı olaraq hər yerə sıçrayır, yayılır. Bir gün orada, bir gün burada, bu şəkildə fitnə olacağı bildirilir.
“Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsız, pislik etsəniz öz əleyhinizə etmiş olarsız. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (qüdsdəki Məscidi Əqsa) məscidə girdikləri kimi (yenə də) ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).” (İsra surəsi, 7)
İnsan yaxşılıq edəndə Allah ona yaxşılıq, bərəkət, gözəllik verər. Etdiyi yaxşılıq öz lehinə olar, ruhən və bədənlə rahatlaşar. Cənnətdə də Allah onu nemətlərlə mükafatlandırar. Allah: “Əgər pislik etsəniz, o da (öz) əleyhinizədir.”– deyir. Yəni, etdiyi pis işlər də onun canını sıxar, böhrana salar, işlərini uğursuz hala gətirər, başını bəlaya salar, axirətdə də əzab çəkər. “Sonuncu vədin vaxtı gələndə” – yəni qiyamətə işarə etməyi ilə yanaşı Mehdi (ə.s)-a işarə edə bilər. Sonra Allah: “Üzünüzü qara etsinlər, birinci dəfə (qüdsdəki Məscidi Əqsa) məscidə girdikləri kimi (yenə də) ora girsinlər” – deyə bildirir. Yəni, məsələn, hal-hazırda Fələstində böyük bir anarxiya var. Tez-tez qarışıqlıqlar baş verir və qan tökülür. İnsanların üzü gülmür. İnsanların üzləri ağrı-acı içindədir. Ayənin sonunda Allah: “və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).”- deyir. Bir qarışıqlıq və ağrılı-acılı dövrün olacağına da işarə edilir burada.
“Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir həbsxana etdik..” (İsra surəsi, 8) Burada yəhudilərə qarşı bir təhdidən bəhs edilir. Allah “fitnəyə girməyin, gözəl əxlaqlı olun, zülm etməyin, əgər təxribatçılığa yönəlsəniz, Mən də sizi cəzalandırmağa başlayaram” –deyir.
“Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (başçılarına) əmr edirdik. Onlar isə orada günah işlər görürdülər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz həqiqət oldu və Biz onu yerlə yeksan edərik. ” (İsra surəsi, 16) Yəni, fitnəyə, rüsvayçılığa, anarxiyaya, terrora qapı açarlar, təşviq edərlər, puluyla, imkanıyla dəstəkləyərlər. Hal-hazırda da terroru dəstəkləyənlərin bir çoxu sərmayəçi insanlardır. Bütün sərmayəçilərə aid deyil, Quran bir hissəsinə işarə edir. “ Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.” Allah burada böyük bir bəla göndərəcəyini bildirir.