Hörmətli Adnan Oktarın yeni açıqlamaları (22 Sentyabr 2012-ci il)
Rəsulullah (s.ə.v): “Mehdi (ə.s) axır zamanda, eynilə Peyğəmbər (s.ə.v ) kimi dinin zərurətlərini yerinə yetirəcək. Mən necə etdimsə, hz. Mehdi (ə.s) da dinin zərurətlərini yerinə yetirəcək” -deyir.
Rəsulullah (s.ə.v) deyir: “Hz. Mehdi (ə.s), dövründəki müsəlmanlardan alınan hər şeyi geri qaytaracaq.” Onlardan nə qədər alınan şey varsa, torpaq, mal, nə varsa hamısını geri qaytaracaq, həm də “işğal edilən bütün yerlər geri alınacaq.”
“Yer üzü zülm, işgəncə yerinə“- burada artıq onun dövründə zülm və işgəncənin qalmayacağı bidirilir, halbuki hal-hazırda dünya işgəncəni dayandıra bilmir. Ancaq hz. Mehdi (ə.s) dövründə zülm və işgəncə aradan qalxacaq – “Dünyadakı zülm və işgəncəni dayandıracaq və yerini ədalətlə dolduracaq” – deyir Rəsulullah.
“Beləliklə yer və göy sakinləri ondan razı qalacaqlar.” – yəni mələklər, cinlər, insanlar hamısı ondan razı qalacaqlar.
“Havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar da razı qalacaqlar” – deyir Rəsulullah. Hz.Mehdi (ə.s)-dan quşlar, “meşədəki yırtıcı heyvanlar” şir, pələng, canavar, nə varsa hamısı çox razı qalacaqlar. Onlar da xoşbəxt olacaqlar. Çünki, Mehdi (ə.s) onların da yeməyini, içkisini, hamısını təmin edəcək və müsəlmanlar onları sevəcək. Tox olduqları üçün hücum etməyəcəklər. Heyvanlar ac olduqlarına görə hücum edərlər. Əgər şirləri doydursan, pişikləri oxşadığın kimi şirləri də oxşaya bilərsən. Canavar da doysa özünü sevdirər inşaAllah. “Dənizdəki balıqlar belə məmnun olacaqlar” -deyilir. Mehdi (ə.s)-ın olduğu yerə tərəf gələcəklər, onu tanıyacaqlar, inşaAllah.
“Mehdi (ə.s.) bütün xəzinəni tapacaq.” – yəni bütün xəzinələrin hamısını üzə çıxaracaq, tapılmayan xəzinə qalmayacaq.
“Bütün ölkələr ona qapılarını açacaqlar.”– yəni, nə qədər ölkə varsa hamısı, Malayziya, Çin və s..
“Hind kralları bütün xəzinələri gətirəcəklər.” Yəni, Qüdsə gətirəcəkləri deyilir.
“Arıların hər tərəfdən yuvalarına gəlib sığındıqları kimi ona gəlib sığınacaqlar.” Məsələn, arılar yuvalarına uçaraq necə gəlirlərsə, insanlar da təyyarələrlə hz.Mehdi (ə.s)-ın yanına gəlib ona sığınacaqlar.
“Onun dövründə canavarla qoyun bir yerdə otlayacaq.” Canavar tox olduğu üçün qoyunu incitməyəcək, yeməyəcək. Heyvanlar ac qalmayacaqlar.