İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (23 Sentyabr 2012-ci il)

Hörmətli Adnan Oktarın yeni açıqlamaları (23 Sentyabr 2012-ci il)

“İmam Cəfər Sadiq (ə.s) belə buyurdu: “İmam Mehdiyə izn veriləndə Allah onu İvrit adı ilə çağıracaq.”  Yəni, zühur edəndə, ortalığa çıxanda Allah onu Moşiyah, Kral Məsih adıyla çağıracaq. “Və səhabələri onun üçün hazırlanacaqlar.”- yəni, tələbələri köməyə hazır olacaq – “eynilə payız buludları kimi dağınıq halda 313 adam olacaqlar.” Deməli, hz. Mehdi (ə.s)-a Moşiyah, Şiloh deyə də xitab ediləcək. Bunu kim deyib? İmam Cəfər Sadiq. Kimdən eşidib? Rəsulullah (s.ə.v)-dən.

İmam Səccad deyir: “İmam Mehdidə hz. Nuhun mizacı (oxşarlığı) var və bu da, ömrünün uzun olacağını bildirir. Hz. Nuh kimi uzunömürlü, səbirli, qərarlı və əzmli olacaq.“
İmam Sadiqdən belə rəvayət edilir: “Qaimimiz (Mehdi) çıxanda, hər kəs  Mehdi (ə.s)-ın əleyhinə  çıxmaq üçün Allahın kitabından səbəblər gətirər. Məsələn: “Allah hicabı əmr edir” – və buna bənzər bir çox şeylər deyərlər. “Sən niyə belə düşünürsən“ – deyərək  onun (Hz.Mehdi (ə.s)-ın) əleyhinə danışıqlar aparacaqlarını, Quran ilə ona qarşı çıxacaqlarını bildirir. “Mehdi (ə.s) şərhlər edərək Allahın kitabını onlara açıqlayar..Siz səhv bilirsiniz düzgün olanı budur” – deyəcək. Hz.Mehdi (ə.s)-a: “sən Qurana uymursan, Quran belə deyir”– deyəcəklər. Mehdi (ə.s) da çıxıb belə cavab verər: “Siz Quranı səhv başa düşürsünüz, Quranın doğrusu (düz mənası) budur. Sizin bildiyiniz səhvdir”. Bunu kim deyir? Peyğəmbərimiz (s.ə.v) deyir.
Peyğəmbərimiz (s.ə.v) belə buyurur: “Övladım hz. Mehdi (ə.s)-ı  təkzib edənləri (yalan hesab edənləri), onun (Hz.Mehdinin) haqqında olan sözlərimi inkar edənləri və ümmətimi azdıranları Allah nəzdində şikayət edəcəyəm. Məhz: “Hz. Mehdi (ə.s)-ı təkzib edənləri (yalan hesab edənləri)  onun (Hz. Mehdinin) haqqında sözlərimi inkar edənləri, yəni, “belə bir hədis yoxdur deyib inkar edənləri və ümmətimi  azdıranları” məsələn, “Mehdi (ə.s) artıq çıxmışdır, yaxud çıxacaq, hələ  gəlməmişdir, 300 il sonra çıxacaq, mənəvi şəxs halında olacaq və ya ölüb, basdırılmışdır“  kimi fikirlərlə ümmətimi azdıranları Allah nəzdində şikayət edəcəyəm.” -deyir Peyğəmbərimiz (s.ə.v ).

19

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz