Rəvayətdə belə deyilir:
“Allah tərəfindən Mehdi (ə.s)-ın sağ qoluna (qolun çiyinlə dirsək arasındakı hissə) bu iki ayə yazılmışdır: Birinci ayə: “De ki, Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur. (İsra Surəsi, 81)” İkinci ayə: “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.. (Ənam surəsi, 115)”
Peyğəmbərimiz (s.ə.v) belə buyurur:
“Mehdi (ə.s)-ın sinəsi geniş (enli) və açıqdır.”
“Mehdi (ə.s)-ın üzü parlaq ağdır, qızılı rəngdədir, lap xalis qızıl kimidir, bəzən də rəngi qızılı qırmızıya çalar.“
“Mehdi (ə.s)-ın üzünün nuru saç və saqqalının qaralığını örtəcək qədər parlaqdır.” Deməli, bu mübarək insanın ta ki, vəfatına kimi saçları qara olacaq, yəni elə görünəcək. “Üzünün nuru saç və saqqalının…“- buradan başa düşülür ki, hz. Mehdinin saqqalı olacaq və Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ın saqqalının rəngini bildirir. Saqqalının olmasına heç bir şübhə yoxdur. “Saqqalının qaralığını örtəcək qədər parlaqdır.”– yəni üzü nurludur deyir Peyğəmbərimiz.
Peyğəmbərimiz: “Mehdi (ə.s)-ın göz qapaqları da parlaqdır”– deyir. Mən bunu ilk dəfədir ki, eşidirəm.
“Mehdinin ayaqları genişdir (enlidir)” – deyir, bunu da ilk dəfə gördüm.
Peyğəmbərimiz (s.ə.v) təsfirində belə bildirir:
Şeytandan Allaha sığınıram. “Açılıb ağardığı vaxt gündüzə and olsun” – yəni, Günəş doğulduğu vaxta, gündüzün işıqlığına, o nura and içir Allah. “Buradakı məqsəd Mehdi (ə.s)-dir” -deyir. Yəni, ona işarə edir.
“Onlar özləri də hiss etmədən o saatın qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?“ (Zuxruf surəsi, 66) Bu haqda Peyğəmbərimiz (s.ə.v) təfsirində bildirir ki, burada Mehdi (ə.s)-ı gözləyirlər. Nəzərdə tutulan şey qaim Mehdi (ə.s)-ın zühur vaxtıdır ki, onlara qəfildən gələcəkdir. Yəni ayənin mənası bunu kəsb edir. Bunu, Əbu Cəfər Məhəmməd Baqir (ə.s) Peyğəmbərimiz (s.ə.v)-dən belə nəql etmişdir.
“ …Allah batili məhv edər və haqqı Öz sözləri ilə reallaşdırar. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.“ ( Şura surəsi, 24)
“Allah, batili məhv edər” – yəni darvinizmi, materializmi, ateizmi məğlub edər. “Öz sözləri ilə”- dedikdə, məsələn, bizim bütün söhbətlərimizi kim yaradır? Allah yaradır. Yazıları kim yaradır? Allah yaradır. Yəni bunlar Allahın sözləridir və “ Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir.”
Təfsiril-Qummidə atam, İbn Əbu Nəcran vasitəsilə Məhəmməd ibn Müslimdən, Əbu Cəfər Məhəmməd Baqir (ə.s)-ın belə buyurduğunu rəvayət etdi: “Ayədə keçən “Allah batili məhv edər” ifadəsi,“aradan qaldırar deməkdir.” Yəni, bütün küfr sistemi, dinsiz, ateist sistemi fikirlə, mənəvi olaraq məğlub edərlər. “Haqqı Öz sözləri ilə həyata keçirər.”– deyir Allah. Buradakı sözləri ilə “ifadəsində nəzərdə tutulan hz. Məhəmməd (s.ə.v )-in soyundan gələn əl qaim Məhəmməd Mehdi (ə.s)-dır. “ (Məclisi Biharul Ənvar, Beyrut nəşri, 24-cü cild, səh. 176.)
“(İmam Mehdinin) elmi inkişaf etmiş və hilmi əksiksizdir (mülayim xasiyyətlidir).” Gözəl bir elmə malikdir. “İmamlığı, liderliyi güclüdür, siyasətdə müdrikdir. Xızırın üsullarından istifadə edər. Mehdi (ə.s)-a itaət etmək fərzdir. O, Allah azzə və cəllənin əmri ilə bu vəzifəyə gəlmişdir. ” Allah bu vəzifəyə gətirmişdir.” Allahın qullarına nəsihət edər, Allahın dininin qoruyucusudur. “ (İman və Küfr Kitabı / Üsul-U Kafi (əl-Üsul Min Əl-Kafi) / Əl-Kuleyni, 1-ci cild.)