Hörmətli Adnan Oktarın yeni açıqlamaları (27 Sentyabr 2012-ci il)
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) haqqında “nə üçün Muntəzirdir?” deyiləndə, “Uzun illər gizli olacaq”- dedi.Yəni, insanlar bilməyəcəklər, həmişə gözləniləcək. “İxlas sahibi olan kəslər onun ortaya çıxmasını gözləyəcəklər .” Yəni, səmimi müsəlmanlar onun çıxmasını gözləyəcəklər. “Şübhəyə düşənlər onun zühurunu inkar edəcəklər.” Bədiüzzaman da bunu deyirdi. Hal-hazırda da elədir. Şübhəyə düşənlər zühurunu inkar edirlər. Amma müxtəlif üsullar fikirləşiblər. “Şəxsi mənəvidir və ya artıq gəlib keçmişdir, ya da 300 il sonra gələcək” – deyirlər. “Münkər kəslər də onun adını lağa qoyacaqlar.“ – yəni, Mehdi (ə.s)-ı, Mehdiyyəti lağa qoyacaqlar, həqiqətən də hal-hazırda elədir, özünüz də görürsünüz.
Quran, Tövrat, Zəbur və İncildə hz. Mehdi (ə.s)-ın adını oxuyuram:
Tövratda Mehdinin adı Şiloh, yəni “Allahın göndərdiyi hədiyyə” mənasını verir. Bir başqa adı Yinnon yəni “adı, dünyanın sonuna qədər yaşayan (adı qiyamətə qədər bilinən, tanınan)“. Haninah- “İnayət, lütf, Allah tərəfindən müqəddəs hesab edilən, müqəddəsləşən“. Bir başqa adı Menahem – “rahatlaşdırıcı, təsəlli edən”, yəni dünyanı rahatlaşdıran, dünyanı təsəlli edən. Anarxiyanı, terroru aradan qaldırıb insanlara rahatlıq verən. İnsanların ağrılarını və dərdlərini ortadan qaldıran, onları daşıyan mənasını verir.
“Şilohun dövründə bütün dünyanın tək məşğuliyyəti Allahı dərk edib tanımaq olacaq.” (Kralların Qanunları, 12/5)
“İnsanların üzlərində əbədi sevinc olacaq. Coşğu və sevinc onların olacaq, kədər və inilti olmayacaq.” (Yeşaya, 51/11)
“Yinnonun dövründə insanlar batını (gizli) həqiqətləri qavrayacaqlar və insanın beyninin, ağlının qavrayacaqları qədər Yaradıcının ağlını dərk edəcəklər. Çünki belə yazılmışdır: “Yer üzü suyun dənizi örtməsi kimi Allahın elmi ilə dolacağına görə …” (Maimonides, Mişna Tora, Kralların Qanunları 12/5)
“Xalq xalqa artıq qılınc qaldırmayacaq, döyüş təhsili verməyəcəklər.” (Yeşaya, 2/2-4; Mika, 4/1-3)
Yəni, Tövratda hərbi yolla tətbiqlərin edilməyəcəyi bildirilir .
“… Yığdıqları silahları yandıracaqlar. Kiçik, böyük qalxanları, oxatanları, oxları, çubuqları atəşə atacaqlar … odun əvəzi silahları işlədəcəklər …” (Yezekel, 39/9-10)
Yəni, silah qalmayacaq.
“Səhrada sular fışqıracaq, çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq bulağa çevriləcək …” (Yeşaya, 35/6-7)
Burada:“Səhrada sular fışqıracaq, çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq bulağa çevriləcək …”- deyir Allah. Məsələn, Səudiyyə Ərəbistanda qızğın qumların üstündə ucsuz-bucaqsız hovuzlar var. Böyük üzmək üçün hovuzlar, bəzək hovuzların olduğuna işarə edir.
Buğdaya səslənəcəm və onu çoxaldacağam … ağacların meyvəsini, tarlaların məhsulunu çoxaldacağam. (Yezekel, 36/29-30)
Allah: “… Buğdaya səslənəcək və onu çoxaldacam.”– deyir. Burada buğdanın çoxalmasını, ağacların meyvəsini, tarlaların məhsulunu “Mən yaradacam, çoxaldacam.”-deyir Allah.
“Şilohun dövründə (yəni hz. Mehdi (ə.s)-ın dövründə), nə qıtlıq, nə döyüş olacaq, nə qısqanclıq, nə də rəqabət olacaq. Çünki yaxşı olan şeylər bol olacaq və bütün məmnunedici şeylərə toz kimi rahat nail olunacaqdır (yəni çox asanlıqla əldə edilə biləcək). (Maimonides, Mişna Tora, Kralların Qanunları 12/5)
“Şilohun dövründə nə qıtlıq, nə də müharibə olacaq” – burada, iqtisadi böhranın, müharibələrin olmayacağını bildirir Allah. Sonra: “Nə qısqanclıq, nə də rəqabət olacaq.”-deyilir, yəni həsəd də olmayacaq, məsələn, qadınların qısqanclığı, insanların qısqanclığı, rəqabət artıq olmayacaq. “Çünki yaxşı olan şeylər bol olacaq” – yəni hər şey həddindən artıq bol olacaq. Eyni ilə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi “bütün məmnunedici şeylərə toz qədər rahat nail olunacaqdır (yəni çox asanlıqla əldə edilə biləcək).
“Yol boyu bəslənəcək, hər çılpaq təpədə otlaqlar olacaq. Acmayacaqlar, susamayacaqlar …” (Yeşaya, 49/9-10)
Burada Allah: “Yol boyu bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaqlar.” – deyərək, hər yerin yaşıllıq olacağını bildirir. “Yol boyu bəslənəcək” ifadəsi isə, yollarda, stansiyalarda yeməklərin, restoranların və s. olacağını bildirir, yəni heç kim “acmayacaq, susamayacaq.”