Hörmətli Adnan Oktarın yeni açıqlamaları (2 Oktyabr 2012-ci il, saat 14:00)
Hədisdə Peyğəmbərimiz (s.ə.v ) belə buyurur:
“Mehdi ailəsindən və qohumlarından ayrılacaq”. Sübhanallah. Çünki, qohumlarıyla görüşməyə vaxtı olmayacaq. “Məmləkətindən uzağa gedəcək” –deyilir. Yəni, əsl doğulduğu şəhərdən çıxıb, mübarizə aparacağı yerə gedəcək. Bunu mən demirəm, Peyğəmbərimiz (s.ə.v) deyir. Məmləkətindən uzağa gedəcəyini, ailəsindən və qohumlarından ayrılacağını deyir. “Evindən uzaqda yaşayacaq.” – deyir hədisdə, yəni, öz əsl evindən, doğulduğu evdən uzaqda yaşayacaq. Bu dəqiq belədir.
Hz. Əli Kərəmullahi vəch, Rəsulullah (s.ə.v )-in belə fərman buyurduğunu nəql edir:
“İbadətlərin ən üstünü Mehdinin zühurunu gözləməkdir“. Çünki İttihadı İslam (İslam Birliyi) olduğu üçün İttihadı-İslamı istəmək, Mehdinin zühurunu gözləmək ibadətlərin ən üstünü, ən böyüyüdür. Bədiüzzaman nə deyir? “İttihadı-İslam ən böyük fərz olan vəzifəsidir”. Rəsulullah (s.ə.v ) də eyni şeyi bildirir.