Hörmətli Adnan Oktarın yeni açıqlaması, (6 Oktyabr 2012-ci il, saat: 16:00)
İman gətirib yaxşı işlər görənlər üçün Rəhman olan Allah qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi / 96)
“İman gətirənlər və yaxşı işlər görənlər” – yəni səmimi olanları bildirir Allah. “Rəhman (olan Allah), onlar üçün” – yəni müsəlmanlar üçün xüsusi olaraq – “bir sevgi yaradacaq”. Allah, qeyri-adi, insanların bilmədiyi çox güclü, dərin bir sevgi verəcəyəni bildirir. Bizim sevgimizin səbəbi də məhz budur. İman edirik və səmimi əməllər edirik. Cənabı Allah da bizə lütf edir, ürəyimizi inanılmaz bir sevgi ilə doldurur və nəticədə bizlərdə möcüzəvi bu sevgi yaranır.
“İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (Şura surəsi / 23)
“ İman gətirib yaxşı işlər görən“- deyir Allah. Bu ifadəyə nəzər yetirsəniz görərsiniz ki, Allah həmişə əvvəlcə “iman gətirib” deyir. Çünki azğın təbəqələrdə, səmimiyyət olmur. Həmişə saxtakar və fırıldaqçı olarlar. Allah, qullarına belə müjdə verir: “De ki, ” Mən sizdən bunun müqabilində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Peyğəmbərimiz (s.ə.v) də: “sizdən heç bir mükafat istəmirəm.” – deyir. Yəni, Peyğəmbərimiz (s.ə.v) təbliğ edərkən, İslamı yayarkən, izah edərkən “nə istəyirsən bizdən, yəni məqsədin nədir?” deyirdilər. O isə: “mən sizdən yalnız sevgi istəyirəm”- deyirdi. Allahın təcəllisi olaraq məni, möminlərin də bir-birlərini sevmələrinin səbəbi Allah rizasıdır, yəni bir-birlərini yalnız Allah rizası üçün sevməlidirlər.
Dərgahımızdan (qatımızdan) ona bir sevgi hissi (həssaslığı) və təmizlik bəxş etdik . O, müttəqi idi. (Məryəm surəsi, 13)
“Biz həm də ona bir sevgi hissi (həssaslığı) və təmizlik bəxş etdik.” – deyilir ayədə. Ayədən anladığımıza görə müsəlmanda həm sevgi həssaslığı, həm də təmizlik vardır. Sevgi həssaslığı nə deməkdir? Sevgidə həssaslığın mövcudluğu deməkdir. Allah ona, çox gözəl bir sevgi hissi yükləyir. Yəni çox böyük bir həssaslıq yaradır. Mömin həm sevilmək, həm sevmək istəyir. Allah bu gücü peyğəmbərlərə verir. İmanda iki əlamət vardır: birincisi, mömin çox təmiz olar, ikincisi də sevgi ilə dolu olar. Burada Allah iki xüsusiyyətə diqqət çəkib.
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərimin qabağında boya-başa çatdırılasan deyə, qatımdan sənə məhəbbət bəxş etdim. ( Taha surəsi 39)
Burada Cənabı Allah hz. Musanın anasına vəhy edir: “Onu” – yəni hz. Musanı – “sandığın içinə qoy.”deyir. Bu sandıq sonradan müqəddəs sandıq olmuşdur, inşaAllah. Ayədə: “Suya burax ki, çay onu sahilə atsın”– deyilir. Cənab Allah, Mehdi (ə.s)-ı də sahilə buraxır. Sonra: “həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün.” –deyir. Yəni, Mehdi (ə.s) dəccaliyyətin hücumları arasında, dəccaliyyətin gözü qabağında böyüyəcək, inkişaf edəcək. Quran hz. Musa (ə.s)-dan bəhs edərkən eyni zamanda Mehdiyə də işarə edir.
“ Gözlərimin qabağında boya-başa çatdırılasan deyə “-buyurur Allah. Yəni, hər kəsin gözü qabağında olacaq mənasını verir. “qatımdan sənə məhəbbət bəxş etdim.”- deyir Allah. Yəni hz. Musa (ə.s)-a: “sən seviləcəksən” – deyir. “Qatımdan sənə məhəbbət bəxş etdim.” – deyərkən Mehdi (ə.s)-ın da insanlar tərəfindən tədricən daha da çox seviləcəyinə işarə edir. Amma əvvəlcə azğın, haqq olan dəlilləri inkar edən, alçaq təbəqələrdən nifrət hissi görəcək. Müşriklərdən nifrət görəcək, amma o nifrət təbliğatı bir müddət sonra sevginin ən yüksək zirvələrində özünü göstərəcək, inşaAllah.
Rəsulullah (s.ə.v) deyir ki, Müslimdə həqiqi hədis budur. Mən həqiqi, düzgün hədislə saxta hədisi çox yaxşı ayırd edirəm. Əgər Qurana uyğun gəlmirsə deməli bir oyundur, yalandır. Qurana uyğundursa, deməli düzgündür. Bu isə Qurana uyğun olan bir hədisdir:
“İman etməyən cənnətə girə bilməyəcək”– bu düzgündür, çünki Qurana uyğundur. “Allah üçün bir-birini sevməyən də iman etmiş olmaz.” – bu da düzgündür. Nə üçün sevəcəyik? Allah üçün sevəcəyik. Azğınlar, inkarçılar nə üçün sevər? Malına-puluna, dolanışığa görə sevər. Azğınlarda sevgi olmaz, əksinə onlarda sevgisizlik hakimdir.
Rəsulullah buyurur: “Musafaha edin ki (bir-birinizin boynuna sarılın ki), qəlblərinizdəki kin getsin” Yəni bir vəsilə olsun. Qucaqlaşıb, bir-birinin boynuna sarılanda düşmən belə olsa, ürəyindəki kin dərhal zail olar. “Hədiyyələr verin ki, bir-birinizə qarşı sevgi doğsun və aradakı düşmənçilik bitsin”
“Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların öz aralarında gizli-gizli danışıb: “Siz ancaq ovsunlanmış bir adama uyursunuz!” – dediklərini də bilirik.” (İsra surəsi, 47)
“Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini” – burada o dövrün müşriklərinin, Peyğəmbərimiz (s.ə.v)-i dinlədiklərini, izlədiklərini, nəzarət etdiklərini, onunla əlaqədar bütün xəbərlərlə maraqlandıqlarını bildirir Allah. O dövrdə müşriklər çox narahat idilər və çox nifrət edirdilər. Peyğəmbərimiz (s.ə.v)-ə çox həsəd aparırdılar. Alçaqlar öz aralarında plan, tələlər qururdular. Ayədə “gizli-gizli danışıb” deyərkən azğınların həmişə gizli danışıqlarını, əsl alçaqlıq etdiklərini bildirir Allah. Öz mənfəətlərini itirməsinlər deyə xalq arasında çox danışmazlar, nifrətlərini gizləyərlər. Ancaq qiyabi olaraq bildirərlər. Ayədəki “zalımların” ifadəsi ilə Allah, azğınlara işarə edir, yəni azğınlara “zalım” deyir. “Siz ancaq ovsunlanmış bir adama uyursunuz” dediklərini çox gözəl bilirik” – deyir Allah. Bildiyimiz kimi həmişə peyğəmbərlərə cadugər, sehrbaz deyilmişdir. Müsəlmanların da həmişə cadunun təsirində olduğu deyilmişdir. Həmişə belə sözlər deyiblər. Hz. Musa (ə.s)-a də cadugər deyiblər. Misir yazılarında, papiruslarda həmişə hz. Musa (ə.s) haqqında “ey sehrbaz” deyilir.