Hörmətli Adnan Oktarın yeni açıqlamaları (7 Oktyabr 2012-ci il, saat: 21:30)
Peyğəmbərimiz (s.ə.v) deyir: “Qadınları sevmək, peyğəmbərlərin əxlaqındandır.” (Kuleyni, Kafi, 5-ci cild, səh.320, hədis №1)
“Bir kəsin qadınlara qarşı sevgisi çoxalmadıqca, imanının artacağını düşünmürəm.” Qadın sevgisi imanla əlaqəlidir (yəni imanı olan qadını sevə bilər), inşaAllah. (Kuleyni, Kafi, 5-ci cild, səh.320, hədis № 2)
Rəsulullah (s.ə.v) hədisində belə bildirir: “Mənim göz aydınlığım namazda, həzz qaynağım da qadınlarda qərar qılındı (qərar tutar).” (Kuleyni, Kafi, 5-cicild, səh.321, hədis№7)
“Qulun qadına qarşı sevgisi çoxaldıqca fəzilət cəhətdən də imanı artar.”
“Adamın Kenz edəcəyi (əlində tutacağı, mühafizə edəcəyi sərvət) şeyin ən yaxşısını söyləyimmi?”- deyir Peyğəmbərimiz (s.ə.v). Bu: “Saleh qadındır.” – deyir.
Biz fitrətən (yaradılışdan) dini başa düşürük, bilirik. Bir Allah olduğunu, bir Yaradıcı olduğunu, bir çox şeyi bilirik. Amma təfərrüatlarını bilmirik. TƏFƏRRÜATLARI BİLMƏYİMİZ ÜÇÜN DƏ BU DÜNYANI YARADAN ALLAH, BU DÜNYANIN NECƏ İSTİFADƏ EDİLƏCƏYİNİ BİZƏ BİR YAZI İLƏ BİLDİRİR. BUNA “DİN” DEYİRİK. BİR KİTABLA BİZƏ BİLDİRİR . Yoxsa dünyanın necə istifadə olunduğunu bilmərik. QURAN, DÜNYANIN BÜTÜNLÜKLƏ NECƏ İSTİFADƏ EDİLƏCƏYİNİ BİZƏ TƏSVİR EDİR. Məsələn: “Belə etsəniz dünya məhv olar, zəhərlənərsiniz, ölərsiniz və s. amma bu cür etsəniz, hər şey nizamında olar, çox xoşbəxt olarsınız, çox sağlam olarsınız, gözəl olarsınız ” – deyir Allah “Bunun qarşılığında da, Mən də sizə gözəl cavab verərəm” – deyir Cənabı Allah.