Hörmətli Adnan Oktarın yeni şərhləri (11 Oktyabr 2012; 22:00)
Məsələn, Ümmü Həbibə yanaqlarına haluk yaxır. Haluk, o dövrdə qadınların yanaqlarını qırmızılaşdırmaları üçün istifadə edilən bir bəzək əşyasıdır. Hal-hazırda da var, satılır.
Aişə (r.ə)-dan rəvayət edildiyinə görə, Hind Mindi Utbə hz. Peyğəmbər (s.ə.v)-ə: “Ey Allahın elçisi, mənə beyət ver” demiş. Peyğəmbərimiz (s.ə.v) Utbəyə: “Bu əllərinin görünüşünü dəyişdirmədikcə səndən beyət götürməyəcəyəm” cavabını verdi. Yəni, əlini qadın əlinə bənzət, dırnaqlarını xına ilə boya, qadın əli olduğu aydın olsun, ondan sonra beyət götürəcəyəm deyir.
“Əlində Rəsulullaha məktub olan bir qadın pərdənin arxasından işarə etdi, əlini uzatdı. Rəsulullah əlini tutdu. Məktubu götürmədən çəkdi. Bu kişi əlidir, yoxsa qadın əlidir, bilmirəm. Qadın: – “Qadın əlidir” dedi. Rəsulullah (s.ə.v): “Əgər sən qadın olsaydın dırnaqlarının rəngini xına ilə dəyişdirərdin və onda əllərindən qadın əli olduğunu bilərdim” buyurdu.
Əbu Davuddan 1992. O biri hədis də Əbu Davuddan yenə 4165 nömrəli hədis:
İbn Sad Əl Tabakatda deyir ki: “Urva ibn Abdullah ibn Kuşeyr hz. Əlinin qızı Fatimənin yanına girdiyində onu hər qolunda iki qalın fil dişi bilərzik, barmaqlarında üzük və boyunda muncuqlarla bəzəkli bir boyunbağı olduğunu görərdi və bunları soruşduqda, Fatimə; “Qadın kişiyə bənzəməz” deyərək qadının bu cür bəzənə biləcəyini ifadə etmiş.
“Hz. Peyğəmbər (s.ə.v) özünü görməyə gələn qadınlara tərif deyər, onlarla yaxından maraqlanar, hal və xatirlərini soruşar, hətta bəzilərinin əyləşməsi üçün cübbəsini yerə sərdiyi ifadə edilir.” Məsələn, xanımlar gəldiyində cübbəsini çıxarır. Peyğəmbərimiz (s.ə.v) onu örtük olaraq: “Buyurun, oturun” deyərdi. Rəsulullah (s.ə.v)-də olan nəzakətə, gözəlliyə, qadınlara göstərdiyi sevgiyə, şəfqətə bax, maşaAllah.
Peyğəmbərimiz (s.ə.v) dövründə sarı saç boyasının olmadığını deyirlər. Amma qırmızı, qara, sarı, mavi, yaşıl boya da var idi. O dövrdə xalçaları, kilimləri, paltarları da rəngləyirdilər. Peyğəmbərimiz (s.ə.v) hətta sarı boya ilə öz paltarını da rəngləyərdi. Bütün rənglər var idi. Bunlardan Anadoluda hələ də istifadə edilir. Bir çox boya növü vardır. Yəni Peyğəmbərimiz (s.ə.v)-in dövründə hər cür boya istifadə edilmişdir.
Hz. Əbu Hureyrə (r.ə) izah edir; Rəsulullah (s.ə.v) buyurdu ki; “Yəhudilər və xristianlar saçlarını rəngləməzlər. Siz onlara müxalif çıxın” Bu harada yazılıb? Buxari Libas Hissəsində, Səhihi Buxaridə, Ənbiya, 50 Müslim, Səhihi Müslim Libas Hissəsi, 80 Əbu Davud Səhih Hədis Kitablarında, Süneni Əbu Davud, Teraccül Hissəsi 18. Süneni Nəsəsidə, Səhih Hədis Kitabı Zinət Hissəsi. Süneni Tirmizi Libas Hissəsi, 20.
Hz. İbn Ömər (r.ə)-dan rəvayətə görə: “Saqqalını sufra deyilən sarı boya ilə rəngləyər” Bu boya hal-hazırki dövrdə Ərəbistanda var. Eyni zamanda paltar rəngləmədə də istifadə edilir. “Saqqalını sufra deyilən sarı boya ilə rəngləyər və deyərdi ki: “Mən, Rəsulullah (s.ə.v)-i gördüm, saqqalını bununla rəngləmişdi, ən çox sevdiyi boya da bu idi. Bununla paltarını da rəngləyərdi.” Bütün bunlar harada yazılıb? Süneni Əbu Davud Libas hissəsi, 18. Teracül 19. Süneni Nəsəsi Zinət hissəsi 17.
Bir gün hz. Peyğəmbər (s.ə.v)-i qonaq dəvət etmişlər. Rəsulullah (s.ə.v) belə bir dəvətə qatılması üçün belə bir şərt qoyaraq: “Əgər xanım da olsa gələrəm” deyir. (Səhihi Müslimdə, 139.)
“Rəsulullah (s.ə.v) buyurdu ki: (Ağaran saç və saqqallarınızı rəngləmədə) istifadə etdiyiniz ən yaxşı boya qaradır, yəni “ ketam və xına.” Çünki qara boya qadınlarınızda daha çox rəğbət qazandırar. Qadınların çoxu qara boyanı bəyənirlər. Müxalifləriniz içində də haqqınızda daha çox çəkinməyə vəsilədir. Yəni onlara qarşı daha güclü görünərsiniz. Qara saç müxaliflərinizi narahat edər.
Hz. Ənəs (r.ə) izah edir: “Rəsulullahın gözəl şorba bişirən İranlı bir qonşusu vardı. Bu şəxs bir gün Rəsulullah (s.ə.v) üçün yemək hazırladı və sonra gedib özünü dəvət etdi. Rəsulullah (s.ə.v) Aişəyə işarə edərək, “Aişəni də qonaq dəvət etmisən?” deyə soruşdu:
– Xeyr, dedi:
– Rəsulullah (s.ə.v): “elə isə mən də gəlmirəm” dedi.
Daha sonra o adam Peyğəmbəri dəvət etmək üçün yenidən gəldi. Rəsulullah (s.ə.v) yenə Aişənin də gələcəyini soruşdu. Adam yenə xeyr deyincə Rəsulullah (s.ə.v) də yox cavabını verdi. Sonra adam dönüb təkrar dəvət etdi. Rəsulullah (s.ə.v) eyni şəkildə Aişənin gələcəyini soruşdu.
Adam üçüncü səfərdə ‘bəli’ dedi. Bundan sonra Rəsulullah (s.ə.v) ilə Aişə bərabər qalxıb o şəxsin evinə getdilər.” (Müslim, 6/116)
Oradakı şəxs niyə belə bir müxalif rəftar göstərir? Çünki onlarda xristian və yəhudi ənənəsinin təsiri qaldığı üçün xanımları çağırmaq istəmir. Həqiqətən mühafizəkar yəhudilərdə və mühafizəkar xristianlarda belədir. Peyğəmbərimiz (s.ə.v) də o ənənəni, o məntiqi hərəkəti sünnəsi ilə pozmuş olur.
Ənəs (r.ə) izah edir: “Rəsulullah (s.ə.v) qadınların və uşaqların da toya gəldiyini göründükdə ayağa qalxdı və buyurdu: “Allah şahidim olsun ki, siz mənə insanların ən sevimlisisiniz.” Bu sözü üç dəfə təkrarladı.” (Buxari, 8/114. Müslim, 7/174)
Şeytandan Allaha sığınaram, ” De ki: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De ki: “Bunlar, dünya həyatında iman gətirənlər üçündür, qiyamət günü isə yalnız onlarındır.” Bilən bir birlik üçün ayələri belə müfəssəl izah edirik.” (Əraf surəsi, 32)
Hər cür bəzək, saç rəngləmədən tutmuş boyunbağılar, bilərziklər, paltarlar, gözə sürülən sürmə, xanımların istifadə etdiyi dodaq boyaları, insanları gözəlləşdirən hər şeyi və təmiz ruziləri kim haram etmişdir?
Allah bunlar dünya həyatında iman edənlər üçündür, qiyamət günü isə yalnız onların, yalnız möminlərindir, deyir. Bu dünyada Allaha inanmayanlar da istifadə edə bilərlər, amma əslində müsəlmanlarındır. Lakin axirətdə Allaha inanmayanlar istifadə edə bilməyəcək, yalnız müsəlmanlar istifadə edəcək. “Bilən bir birlik üçün ayələri belə müfəssəl izah edirik.” (Əraf surəsi, 32)
İlluminatı insanları seçərək yaxınlaşar. Ümumiyyətlə ustad massonlardan seçilər İlluminatı üzvləri dünyanı idarə edənlər templiyerlərdən seçilirlər. Təxminən üç üz şəxs bir qrupdur, birlikdir. İlluminatı birliyi islama qərar verdi. İllüminatdan üç qərar çıxdı. Birincisi, Mehdini təyin etdilər, “Mehdi budur” dedilər. İkincisi, İsa Məsih budur dedilər. Üçüncüsü isə islamın dünyaya hakim olmasına qərar verdilər. Üç qərar alındı.
Cəhənnəmi biz hamımız görəcəyik. Müsəlmanlar cəhənnəm ərazisinə girərlər, amma iztirab çəkərək deyil, heyrətlə, Allah sevgisi ilə, coşğuyla girərlər. Xilas olacaqlarını bilərək sevinclə gedərlər. Küfr edənlər də oradan cəhənnəm qapılarından içəri salınarlar. Möminlər isə oradan geri dönər, cənnətə aparılarlar. Amma oranı bir dəfə görmələri lazımdır. Çünki Allah Quranda ondan bəhs edib. Təbii ki, görmələri lazımdır. Onsuz da müsəlmanlar maraqlanarlar. Bir dəfə də olsa cəhənnəm ərazisini görərlər. Amma cəhənnəmin içinə girməzlər, ərazisinə girərlər.