Yusuf surəsi, 19-cu ayə
“Quyunun yaxınlığına bir yolçu karvanı gəldi və suçularını su dalınca göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə!. Burada bir oğlan uşağı vardır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!”
“bir yolçu karvanı gəldi,” Bu Mehdi (ə.s)-ı axtaracaq karvana işarədir. Hədisdə, müxtəlif ölkələrdən çıxan alimlərin Mehdi (ə.s)-ı axtaracağı deyilir. “suçularını su dalınca göndərdilər. (Suçu) qabını suya salan kimi” “Müjdə! Burada bir oğlan uşağı vardır.” 12-ci surənin 19-cu ayəsi Mehdi (ə.s)-a işarə edir, inşaAllah. Biz ayənin ikinci işarə olunan mənasını söyləyirik. “Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!”
Yusuf surəsi, 20-ci ayə
“Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər.”
Mehdi (ə.s)-a da əhəmiyyət verməyəcəklər. Uşaqlığında, gəncliyində, fəaliyyətinin ilk başlanğıcında heç bir fərqi görə bilməyəcəklər. Fəaliyyətinin gənclik və uşaqlıq illərinə əhəmiyyət verməyəcəklər. Onu tanıya bilməyəcəklər. Bunlar hədislərdə də açıq şəkildə var.
Yusuf surəsi, 21-ci ayə
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusifu yer üzündə yerləşdirdik və ona sözlərin şərhindən (olan bir məlumatı) öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
“Ona sözlərin şərhindən öyrətdik.” Hz. Yusif (ə.s) çox gözəl şərh edirdi. Əslində şərhi edən kimdir? Allahdır. Allah ayədə nə deyir? O gözəl şərh edir, demir. “Ona sözlərin şərhindən öyrətdik” Yəni Allah, mən öyrətdim, mən dedirtdim, deyir. “Allah əmrində qalib olandır.” Bir şeyə hökm verdiyi halda onu edər. “Ancaq insanların əksəriyyəti (bunu) bilməzlər.” Həmişə belə olub. İnsanların çoxu bunu bilməzlər. Dünyadakı pozuqluğun səbəbi də odur.
Yusuf Surəsi, 22-ci ayə
“Yusif yetkin dövrünə çatdıqda Biz ona hökm və hikmət (elm) verdik. Biz yaxşı iş görənləri belə
mükafatlandırırıq.”
“Yetkinlik dövrünə çatınca, ona hökm və hikmət verdik. Hökm vermə səlahiyyəti hakimlikdir. Mehdi (ə.s)-ın də xüsusiyyəti hakimlikdir, hökm vermə səlahiyyətinə sahibdir. Mehdi (ə.s)-a hökm və elm verilər. “Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.” Deməli, gözəl əxlaqlı insanlara Allah kömək edər.
Yusuf surəsi, 23-cü ayə
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi”
“Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi” Qadın cinsi əlaqəyə girmək istəmiş və başqa bir adamın içəriyə girməməsi üçün qapıları sıx bağlamışdı. Yalnız ikisinin baş-başa qalmasını istəmiş. “Yanıma gəl!”– dedi” Cinsi əlaqəyə girmək istədiyini açıq söyləyərək onu cinsi əlaqəyə dəvət etdi. Yusif bir qadınla eyni evdə tək və bərabər. Peyğəmbər burada harama girdimi? Xeyir. “Dedi ki: Allaha sığınaram.” Namuslu olduğu üçün cinsi əlaqəni qəbul etmir, amma eyni evdə danışır, söhbət edir, birlikdə yaşayırlar, lakin cinsi əlaqəyə girmir. “Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.” Allahdan qorxduğu üçün, bunun bir zülm olduğunu düşündüyü üçün qeyri-qanuni cinsi əlaqəyə girmir. Halalım olsa girərəm, deyir. Amma haram bir hərəkət olduğu üçün bunu etmərəm, deyir. Çünki nigahlı arvadı deyil. Amma eyni evdə yaşayır, danışır, söhbət edir. Deməli, müsəlmanın ölçüsü bu olmalıdır. Danışa bilər, söhbət edə bilər, ancaq qeyri-qanuni cinsi əlaqəyə (harama) girməz.
Yusuf surəsi, 24-cü ayə
“Qadın ona meyl etmişdi. Əgər Rəbbinin (zinanı qadağan edən) qəti dəlilini görməsəydi o da (Yusif) onu arzulamışdı. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.”
“Qadın ona meyl etmişdi.” Çünki Yusif (ə.s)-ı kiçik yaşda götürmüşdülər. Yetkinlik dövrünə çatdıqdan sonra çox çəkici olur. Qadın ondan təsirlənməyə başlayır. Yəni onu ələ keçirməyə çalışır. Uşaq ikən elə bir şey olmur. “Əgər Rəbbinin (zinanı qadağan edən) qəti dəlilini görməsəydi o da (Yusif) onu arzulamışdı.” Allah Yusifin də onu arzuladığını, yəni onunla əlaqəyə girmək istədiyini deyir. Qadını bəyənir, xoşuna gəlir, amma harama girmir. “Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq.” Çünki halalı olmadığı ilə cinsi əlaqəyə girmək fahişəlik sayılır. Bu ayədə hz. Yusif (ə.s) harama girmişmi? Allah, harama girdi cinayət törətdi demir. Amma bəzi zehniyyətə görə hz. Yusif (ə.s)-ın etdiyi haramdır. Çünki qadınla tək, baş-başa danışır, birlikdə yaşayır və üstəlik xoşuna da gəlmiş, arzulamış. Göz zinası da var. Qadını görmüş, ona baxmış, bəyənmiş, arzulamış, amma cinsi əlaqəyə girməmiş.
Yusuf surəsi, 25-ci ayə
“İkisi də qapıya doğru qaçdılar və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana atılmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
“İkisi də qapıya doğru qaçdılar.” Yusif (ə.s) qabaqda qaçır, qadın da arxasından onu qovur. Buradan da evin böyük bir ev olduğu aydın olur. Kiçik bir otaq olmadığı aydındır. Yəni üç metr, dörd metr bir ev deyil. Qadın da yaman bir qadın olmuş, yəni normal halda onu tuta bilməz. Çünki hz. Yusif (ə.s) gənc, yetkin bir cavan və çox cəld idi. Bütün sürəti ilə qaçdığı halda qadın onu tutur. Qadın onun köynəyini şəhvətin ehtirası ilə arxadan çəkib cırdı. Burada Allah, qadın ehtirasını da göstərir. Ehtirası ona böyük bir güc vermiş. Bir də köynəyi cırması çox qeyri-mümkündür. O dövrün parçaları möhkəm olurdu. Yəni bir köynəyi tutub cırmaq asan iş deyil. Çox-çox çətindir. Burada, hz. Yusif (ə.s)-ın də çox qüvvətli olduğu aydın olur. Gördüyü kimi ikisi də çox qüvvətli olmuşlar. O qaçmaq istəyir, qadın da geri çəkir. Çəkdiyində köynəyin parçası cırılıb əlində qalır. “İkisi də qapının yanında qadının əri ilə rastlaşdı.” Allah taledə elə yaratdığı üçün bu baş verdi. “Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana atılmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” Bu cür fikirdə, düşüncədə olan insanlar şəhvətini əldə edə bilmədiyi halda çox azğınlaşar, çirkin cinayətə belə əl atarlar. Bu çox şərəfsiz, namərd və alçaq bir hərəkətdir. Məsələn, bu yaxınlarda müsəlman olan gənc qıza əxlaqsızcasına təcavüz edilərək onu şəhid ediblər. Bu hərəkət, şəhvət anında şeytanın insanı yoldan çıxarması zaman baş verir. Bu alçaqlıq cinayətə və namərdliyə gətirir.
Yusuf surəsi, 26-cı ayə
Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının yaxınlarından bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
“Yusif dedi: “O məni yoldan çıxartmaq istəyirdi.” Yəni cinsi əlaqəyə girmək istəyirdi. Qadının yaxınlarından bir şahid belə şahidlik etdi:” Hər yerdə belə bir dərin dövlət olar. Bəzən haqq olaraq dövlətin içində belə düz danışan insanlar olar.
Yusuf surəsi, 27-ci ayə
“Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır.”
Burada hz.Xızır (ə.s)-ın vəzifədə olduğu aydın olur. Orada hər hansı bir insan kimi görünüb məlumat verir. Çünki bu hökm, çox təhlükəli bir hökmdür. Qadın köynəyi rahatca öndən də cıra bilər və o zaman hər şey orada bitər. Amma onu qurtaracağını bildiyi üçün bunu söyləyir. Məlumatı olduğu aydın olur, Allahualəm.
Yusuf surəsi, 28-ci ayə
“Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.”
“Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir.” Deməli, dəlalət içində, küfr içində olan qadınlar da cəmiyyətdə bilinir. Çünki adam bu işdən şübhə etmir. “Şübhəsiz ki, bu sizin hiylələrinizdəndir.” deyir. Qadının əri buna öyrəşmiş, yəni bunu etdiklərinə əmindir. Səmimi olmadıqlarını söyləyir. “Həqiqətən də, sizin hiyləniz böyükdür.” Allahdan qorxmayan, mərhəmətsiz, əxlaqsız, şəxsiyyətsiz qadın və kişi çox təhlükəlidir. Onlar hər cür namərdliyi, hər cür çirkin şeyi edə bilər.
Yusuf Surəsi, 29-cu ayə
“Yusif, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də ey qadın, günahına görə bağışlanma dilə. Doğrusu sən günahkarlardan oldun.”
Evin sahibi olan şəxs Yusifə: “sən bundan üz çevir.” deyir. Bununla danışma, əlaqəni kəs. Çünki danışmağa davam etsə yenə hadisə və mövzu çıxar. Onun üçün həll yolu, görüşməməkdir.
“Sən də qadın günahına görə bağışlanma dilə.” Qadının əri dindar imiş, maşaAllah. Əri arvadının günaha girmək istədiyi və böhtan atdığı üçün günahkar olduğu qərara gəlir. Yəni zina etdin demir. Böhtan atdığı və zinaya əzm etdiyi üçün tövbə etməsini söyləyir. “Doğrusu sən günahkarlardan oldun.”
Yusuf surəsi, 30-cu ayə
Şəhərdəki qadınlar dedilər: “Vəzirin arvadı cavan xidmətçisini yoldan çıxartmaq istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.”
“Şəhərdəki qadınlar dedilər: “Vəzirin arvadı cavan xidmətçisini yoldan çıxartmaq istəyir.” Bir çox qadını bu kimi mövzular çox maraqlandırır. Qədim zamandan bu günə kimi dedi-qoduları olar. Əslində gözəl qadın deyil. Amma çox təsir edicidir. Məsələn, qəzetlərə diqqət yetirsəniz bir çox məşhur şəxsiyyətlərdən danışılarkən həmişə bu mövzulara toxunulur. İnsanların bir çoxunun bu mövzuda problemləri var. Onun üçün bu cür güclü insanları qısqanırlar. Bu o dövrdə də var. Bax Allah ayədə: “cavan xidmətçisini yoldan çıxartmaq istəyir” deyir. Yəni cinsi əlaqəyə girmək istəyirmiş. “(Yusifin) məhəbbəti onun bağrını qan etmişdir.” Halbuki bu bir sevgi deyil. Şəhvət, kobud şəhvətdir. “Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.” Yəni cinsi pozğunluqla ittiham edirlər.
Qadın ərinə: “Ailənə pislik istəyənin” deyərək təsir etməyə çalışır. Qadında hiyləgərliyə baxın. “Ailənə” yəni ana, ata, arvadı və uşaqlarının anası deyərək ərini hz.Yusif (ə.s)-a qarşı qəzəbləndirməyə çalışır.
Yusuf surəsi, 31-ci ayə
“Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və Yusifə: “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusifi gördükdə, fövqəlbəşər bir varlıqmış kimi gözlərində böyütdülər və əllərini kəsdilər və dedilər: “Aman Allah! Bu ki bəşər deyil. Bu ancaq üstün bir mələkdir!”.
“Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi” Qadınlar arasında dedi-qodu çox məşhurdur. Əsasən Allahdan qorxmayanlarda məşhurdur. Hamısında olmasa da bir çoxunda bu xüsusiyyət var. Ümumiyyətlə, qadınlar bu mövzuları həll etmək üçün dedi-qodu məclisləri qurarlar və orada onlara cavab verərlər. Amma burada qadınları təhrik etmək kimi məqsədi ilə hazırlıq edilmişdir. Allah Quranda bunu bağlı bir üslubla izah edir. O qadınların seksual impulslarını, cinsi arzularını təhrik edəcək bir hazırlıq görür. Onları da başdan çıxarıb, “Mən haqlıyam” məntiqinə gətirmək istəyir. “Yusifə: “Onların qarşısına çıx!”– dedi.” Yusif məhkum kimi orada bunu etməyə məcbur idi. Hz. Yusif (ə.s) gedib özünü qadınlara göstərdi. Qadınlar ona diqqətlə baxırdı. Yusif (ə.s) da qadınlara baxırdı. Hz. Yusif (ə.s) göz zinasımı etdi? Haşa. Onların dediyinə görə elə oldu. Təbii ki, gözəlliyindən çox, cazibədarlığından təsirlənirlər. “Fövqəlbəşər bir varlıqmış kimi gözlərində böyütdülər və əllərini kəsdilər” Şəhvətin təsirindən qadınların əl və ayağı boşaldı. Həqiqətən də, şəhvətin təsirindən əzələ idarəsi zəifləyər, diqqət və danışma qabiliyyəti itər. Cinayət törədənlər də ona görə daha asan cinayət törədərlər. Məntiqli olmazlar. Allahı tənzih edirik. Buradakı qadınlarda hardasa iman var, çünki: “Bu bir bəşər deyil. Bu ancaq üstün bir mələkdir” dedilər. Hz. Yusif (ə.s)-ın nə qədər təsir edici, heyrət verici olduğunu deyirlər. Qadınların nəfəsi kəsilir. Çünki hz.Yusif (ə.s)-da İlahinin bir təcəllisi var. Görər görməz qadınlar təsirlənirlər.
Yusuf surəsi, 32-ci ayə
Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır.”
“Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım,” Açıqca cinsi əlaqəyə girmək istədiyini söyləyir. “o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır.” Zindanda hörmətdən salınacağını söylədi. Sırf zindan deyil, hörmətdən salınanlardan olacağını dedi.
Yusuf surəsi, 33-cü ayə
Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.
“Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur.” Hz. Yusif (ə.s)-ı tək bir qadın yox, bu səfər digər qadınlar da istəyirlər. Ona görə də : “zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur.” deyir. Zina etmərəm deyir. Müsəlmanın ağlı, imanı bu cür güclü, polad kimi iradəsi olar, maşaAllah. “Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram” Onlarla belə bir mühit meydana gələrsə, zorla əlaqəyə girməyə qalxarlar, Allah əsirgəsin, məndə o bəlanın içinə girə bilərəm deyir. Zorla əlaqəyə girsələr özümü qoruya bilmərəm deyir.
Yusuf surəsi, 34-cü ayə
“Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir.”
“Rəbbi onun duasını qəbul etdi.” Müsəlmanın iradəsini görürsünüzmü? Ev, möhtəşəm yeməklər, möhtəşəm mühit, qadınların hamısı çox cazibədar idilər. Hz. Yusif (ə.s) ilə cinsi əlaqəyə girmək üçün hiyləli nizam qururdular. Hz.Yusif (ə.s): “Ya Rəbbim mən həbsxananı istəyirəm, harama girmək istəmirəm” deyə dua etdi. “və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir.”
Yusuf surəsi, 36-ci ayə
“Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, üzümdən şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan dimdikləyib yeyir. Bunun yozumunu bizə bildir. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
Şərab və çörək xristian inancında müqəddəs hesab edilir. Burada mənim gördüyüm bəzi şifrələr var. Amma bunu izah etmək üçün indi bir az tezdir.
Yusuf surəsi, 37-ci ayə
O dedi: “Sizə ruzi veriləcək bir yemək gələcək olsa, mən mütləq sizə gəlmədən əvvəl onun nə olduğunu xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!”
“Dedi ki: “Sizə ruzi veriləcək bir yemək gələcək olsa, mən mütləq sizə gəlmədən əvvəl onun nə olduğunu xəbər verərəm. Bu Rəbbimin mənə öyrətdiklərindəndir.” Bu Allahın verdiyi elmlə bilinə bilir. Bir hadisə olmadan əvvəl qısa müddətdə Allahın bildirməsi ilə şahidlik aləminə girir və bilir. “Mən Allaha inanmayan və axirəti də inkar edən bir tayfanın dinini tərk etdim!” Darvinistlər, materialistlər nə edirlər? Allaha, axirətə iman etmirlər. Hz. Yusif (ə.s) imansız birliyin inancını, dinini tərk etdiyini, yəni darvinist, materialist sistemi qəbul etmədiyini deyir.