Hörmətli Adnan Oktarın yeni şərhləri (18 Oktyabr 2012-ci il; 22:00)
Hz. İsa Məsih ilə əlaqədar ayələr, digər peyğəmbərlərdə olan şərhlər kimi deyil. Digər peyğəmbərlərdə həmişə Allah onların günahlandırıldığını, təzyiq gördüklərini, tövhid dininə çağırdıqlarını, ixlaslı və səmimi olduqlarını, təmiz olduqlarını, təbliğ etdiklərini amma çətinliklərlə də qarşılaşdıqlarını uzun-uzun izah edir. İsa Məsihdə tam fərqli bir izahat var. Məsələn, Allah Nisa surəsi, 172-ci ayə:
“Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.”
İsa Məsih və yaxın olan mələklər, bu ayə heç bir peyğəmbər üçün deyilmiş bir şərh deyil. Bu Quranda yoxdur. İkisi də birlikdə Allaha qul olmaqdan qəti olaraq bitərəf qalmazlar. Allah deyir ki, peyğəmbərlər saleh möminlərdir. Amma yalnız, “İsa Məsih” deyir. Yəni burada xristianlığa bir cavab var. Onları tək Allah inancına çağıran bir izahat var, amma mələklərin yanında olan İsa Məsihdən bəhs edilir. Allah, hz.İsa (ə.s)-ın insanların yanında olsaydı deyir.
Bu da Məsihin mələklərin yanında olması ilə əlaqədar izahatdır. “Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər.” Mələklər nə edir? Allaha səcdə, ruku edir. İsa Məsih nə edir? Onlarla birlikdə o da Allaha ruku, səcdə edir. Allah : “Hamısı birlikdə, İsa Məsih, mələklər mənə ibadətdən qaçınmazlar.” deyir. Bu, İsa Məsihin hal-hazırda mələklər aləmində olduğunu göstərir. “Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.”
Nisa surəsi, 171-ci ayə:
“Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər.”
“Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Allah xristianlara bundan qaçın, bu sizin üçün xeyirlidir, deyir. Yəni bunu etsəniz xeyirli olanı etmiş olarsınız. Allah, onları Allah inancına dəvət etməyimizi istəyir. “Allah tək İlahdır. O, uşaq sahibi olmaqdan uzaqdır. Göylərdə və yerdə hər nə varsa onundur. Vəkil olaraq Allah yetər.” Yəni Allahın xristianlardan istədiyi, tək Allaha inanmalarıdır. Xristianların namaz qılmaları lazımdır. Allah, namazlarınızı qılın, zəkatınızı verin deyir. Yəni mənim Qurandan anladığıma görə, hz. Məhəmməd (s.ə.v)-i peyğəmbər olaraq qəbul etsələr, həqiqi xristian olmuş olacaqlar. Öz yalnış inanclarından əl çəkib, Quranın haqq olan hökmlərinə sahib olsalar, inancları tam olacaq İnşaAllah.
Nisa surəsi, 164-cü ayə:
“Daha öncə (bir qisim) elçilər barəsində sənə söylədik, (digər) elçilər barəsində isə sənə (heç nə) söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.”
Nisa surəsi, 165-ci ayə:
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.”
“Müjdə verən və qorxudan elçilər göndərdik.” Elçilər nə üçün göndərilir? Müjdə və xəbərdarlıq vermələri üçün. İncil müjdə mənasını verir. Quran da Allahın bir müjdədir. Çünki Quranda müjdələr izah edir. Allah üstün və güclü olandır, hikmət və hökm sahibidir. Müsəlmanlar axirətdə Qurandan sorğu-sual olunarlar. Qurandan nə anladısa, səmimi olaraq qənaəti nədirsə, ona görə cavab verməsi lazımdır. Müsəlmanlardan fiqh (şəriət) kitabları haqqında soruşulmayacaq.
Nisa surəsi, 157-ci ayə:
Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.”
“ Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” “– dediklərinə görə lənətə düçar edildilər.” Allah, hz.İsa (ə.s)-ı öldürmədilər, deyir. Halbuki Allah, bir çox peyğəmbərləri öldürürdünüz, deyir. Hətta Allah bu mövzuda yəhudiləri qınayır. Amma tək İsa Məsihi öldürmədilər və onu asmadılar, yəni çarmıxa çəkmədilər, deyir. “Onlara ancaq İsanın bənzəri göstərildi.” Bax, bu bir möcüzədir. İsa Məsihə bənzəyən bir adamı İsa Məsih deyə asdılar. “Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər.” Hal-hazırki dövrdə də, şəkk-şübhə içində olduqlarına görə davamlı mübahisə edirlər. “Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur.” Allah deyir ki, belə bir şey yoxdur. Allah onu bir daha vurğulayır. Onu qəti olaraq öldürmədilər. Heç bir peyğəmbər üçün Allah bir ayədə iki dəfə, “Onu öldürmədilər” demir. Bir tək İsa Məsih üçün deyir.
Nisa surəsi, 158-ci ayə:
“Xeyr, Allah onu Özünə yüksəltdi. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.”
Allah bunların izahatını bağlamaq üçün deyir ki; “Xeyr, Allah onu Özünə yüksəltdi.” Rəf etdi, Öz Qatına yüksəltdi. Allah: “Öldü” deyərdi, amma bax nə deyir: “Allah onu Özünə yüksəltdi. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.”
Nisa surəsi, 159-cu ayə:
“Andolsun ki, Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.”
Bu Peyğəmbərimiz (s.ə.v) də daxil heç bir peyğəmbərə aid deyil. Yalnız İsa Məsihə aiddir. “Andolsun ki, Kitab əhlindən,” yəni xristian və yəhudilərdən “ölümündən əvvəl ona” sağ ikən İsa Məsihə “ iman gətirməsin. Qiyamət günü o da onların əleyhinə şahid olacaq.” Bu ayənin hökmünün olması üçün xristian aləminin, bütün yəhudi aləminin müəyyən bir dövrdə hamısının İsa Məsihə iman etməsi lazımdır. Bu ayə o zaman təsdiqlənmiş olar. Bir qisim yoldaşlar da deyir ki: “Xristianlar ölmədən bir neçə saniyə əvvəl, can verərkən ona iman edəcəklər”. Nə faydası var?
Bu imandırmı? Onu Allah iman olaraq qəbul edirmi? Allah ayədə açıqlayır; “(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman”, yəni Allah, son andakı imanın etibarlı olmadığını söyləyir. Sən burada nə deyirsən? “Möcüzə meydana gəlir” deyirsən. “Adam imansız ikən, imansız bir xristian son anda İsa Məsihə iman edir” deyirsən. Bu halda sənin dediyinə görə belələri cənnətə gedər. Xristianlardan, yəhudilərdən, müsəlmanlardan cəhənnəmə gedəcək olanlar var. Son andakı, can boğaza yetişdiyi zaman edilən iman etibarlı deyil. Ayənin hökmü açıqdır. Cənabı Allah, son anda can boğaza yetişdiyi zaman iman etmənin hökmü olmadığını bildirir.