Hörmətli Adnan Oktarın yeni şərhləri (19 Oktyabr 2012-ci il; 22:00)

İmkanı olan müsəlmanın müalicəyə ehtiyacı olan xəstəni həkimə aparması fərzdir. Həmin xəstənin də həkimə getməyi fərzdir. Çünki bu bir ibadətdir. Allah rizası üçün şəfa tapmağına görə edilir. Bu səbəbdən şəfa tapmaq üçün həkimə getmək, Allahın əmrinə uyğun, Qurana uyğun hərəkətdir. Allahdan şəfa tapmaq üçün həkimə getmək feli duadır və ibadətdir.

 

Kəhf surəsi, 1-ci ayə

 

“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!”

 

“Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!”

Heç bir nöqsana yol verməmək nə deməkdir? Yəni Quranda  hər şeyin olduğunu bildirir.

 

 

Kəhf surəsi, 2-ci ayə

 

“Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (endirdi)”

Bax,  Allah insanlardan bir çoxunun Qurandan qaçdıqlarını, Quranın xaricində hökmlər çıxaracaqlarını bildiyi üçün Qurana diqqət çəkir ki, insanlar yolunu azmasınlar. Çünki dəlalətə düşdüyün halda məhv olarsan. Məzhəblərə, hissələrə, qütblərə, şəkillərə ayrılarsan. Allah adına yeni hökmlər çıxarar. Həyatı cəhənnəmə çevirəcək hökmlər də çıxara bilərsən. “Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi. (endirdi)”

Endirilən nədir? Qurandır.

 

 

 

Kəhf surəsi, 3-cü ayə

 

“Möminlər orada əbədi qalacaqlar.”

 

Harada? Cənnətdə.

 

 

Kəhf surəsi, 4-cü ayə

 

Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün nazil etdi.

 

Fikir versəniz burada müşriklərə bir xəbərdarlıq edilir. Müsəlmanlar onsuz da Quranın bu hökmünü qəbul edərlər. Bu onların ürəyini qüvvətləndirər.

Amma xristianlarda şirk vardır. “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutmaq üçün nazil etdi.”   Xristianlar yalnız şirkdən xilas olduğu zaman fərahlıq, gözəllik içində olacaqlar. Allah ona görə deyir ki; “Xristianlarla (Kitab əhliylə) gözəl tərzdə danışaraq onları Allahın birliyinə dəvət edin, şəfqət və sevgiylə yaxınlaşın.”

 

 

Kəhf surəsi, 5-ci ayə

 

“Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.”

 

Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur.” Yəni xristianların bu mövzuda izah etdiyi məlumatlar vəhyə əsaslanmır. Heç bir məlumatları da yoxdur.” Ağızlarından çıxan söz nə qədər də böyükdür. Onlar yalandan başqa bir şey danışmırlar.” Yəni söylədikləri doğru deyil, yalan danışırlar.

 

 

 

Kəhf surəsi, 6-cı ayə

 

“Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?”

 

“Onlar bu Kitaba inanmırlar deyə,” Bir çox insan Quranın yetərli olduğunu qəbul etmir. Amma Allah deyir; “ Onlar bu Kitaba inanmırlar deyə ” Allah Qurandan başqasına deyil, sırf Qurana  diqqət çəkir. “Sən, onların arxasınca kədərlənib, özünü qəhr edəcəksən ?”

 

 

Kəhf surəsi, 7-ci ayə

 

“ Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.”

 

“Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki”  Yəni çiçəkləri, insanları, binaları, avtomobilləri hər şeyi bir bəzək etdik ki, “insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.” Allah bunları yaradılış məqsədi kimi deyil, imtahan üçün etdiyini, masaları, kürsüləri, evləri, bağçaları, parkların hamısını sizi sınamaq üçün xüsusilə yaratdığını deyir.

 

 

Kəhf surəsi, 8-ci ayə

 

“Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.”

 

Bu nə vaxt olar? Qiyamətdə. Kainat təmamilə dağılacaq və yer üzü düz hala gələcək.Yəni kürə xüsusiyyətini itirəcək və dağılacaq. Soyuma da meydana gələcəyi üçün tamamilə qupquru torpaq halına gələr. Allah ayədə də deyir ki: “Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.”

 

 

Kəhf surəsi, 9-cu ayə

 

“Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?”

Allah “Sən,” deyir, “yoxsa Kəhf və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?” Deməli bu, qəribə ayələr (möcüzə) olduğu güman edilir. Bir Kəhf əhli var, bir də Rəqim əhli var. Kəhf sözünün içində bir sirr, gizlilik var. Rəqim sözünün içərisində də bir kod, gizli bir şifrə var. Bunlar, Kəhf və Rəqim; iki ayrı qrupdur.

 

 

 

Kəhf surəsi, 10-cu ayə

 

Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.

“O gənclər” Allah mağaradakıların gənclərdən ibarət olduğunu söyləyir. Kəhf surəsi başdan sona qədər mehdiyyəti izah edir. 110-cu ayənin hamısı mehdiyyətin hekayəsiylə doludur. Yusif surəsində də mehdiyyətin hekayəsi bağlı bir şəkildə izah edilir. Hz. Süleyman (ə.s), Zülqərneyn (ə.s) hekayəsində də mehdiyyət izah edilir.

 

Kəhf surəsi 18-ci surədir.110 ayədən ibarətdir. 110 ilə 18-i vursan 1980-cı il tarixini, hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir. Peyğəmbərimiz (s.ə.v)-in verdiyi hicri 1400-cü il tarixi, 1980-cı ildir. Bu tarix hz. Mehdi (ə.s)-ın fəaliyyətə başladığı tarixdir. Bu qeyri-adi bir şeydir. Hədislərdə, Bədiüzzamanın şərhlərində, Rəsulullah (s.ə.v)-in 7000 il ilə əlaqədar şərhlərində yenə 1980-cı ilə (hicri 1400) diqqət çəkilir. Dünyanın ömrü 7000 ildir. 5600 ili keçib.

“O gənclər” yəni Mehdi (ə.s)-a beyət edən gənclər mağaraya sığındıqları zaman bir araya gəlirlər. Mağara, insanlardan uzaq olmağı göstərir. Onun simvolik mənası da budur. Anasından, atasından, insanlardan, ailəsindən ayrılarlar. “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər. Allahın rəhmətini və işlərində doğrunu asanlaşdırmasını istəyirlər (bizi müvəffəqiyyətli et). Ya rəbbim, doğru olanı edək, amma bizə bunu asanlaşdır, bizi müvəffəqiyyətli et deyə dua edirlər.

 

 

Kəhf surəsi 11-ci ayə

 

“Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).”

 

Onsuz da hal-hazırda bütün insanlıq yatıb. Bir yuxu halındayıq. Həyat o şəkildədir. İnsanlar birdən-birə bu yuxudan oyanacaq. Bu dünya dərin, keyfiyyətli bir yuxudur. Birdən qalxdığımızda, deyəcəyik: – Nə qədər əcaib yuxu gördük. Halbuki yeni bir yuxuya daha keçmiş olacağıq.

 

 

Kəhf surəsi 12-ci ayə

 

“Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.”

“Sonra iki dəstə”, yəni hz. Mehdi (ə.s) ilə hz. İsa Məsihin dəstəsinə işarə var, inşaAllah. “müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.”

Biz bir az öncə nəyi hesabladıq? 7000 – dən 5600-ü çıxartdıq, 1400 -ün hesabını etdik. Deməli, hz. Mehdi (ə.s)-a beyət edən  gənclər də, oyanışın vaxtını hesablayacaq. Həm özlərinə, həm də insanlara bunu hesablatdıracaqlar. Bir hesabla, oyanışın və hakimiyyətin tarixini verəcəklər. İnşaAllah.

 

 

Kəhf surəsi, 13-cü ayə

 

“Biz sənə onların xəbərlərini bir həqiqət olaraq söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.”

 

“Biz sənə onların xəbərlərini bir həqiqət olaraq söyləyirik.”  Allah, sənə həqiqət olaraq söyləyirik deyir. “Onlar Rəblərinə iman etmiş gənclər idi” Ən əhəmiyyətli xüsusiyyətləri nədir? -Güclü imanları. Mehdi (ə.s)-a beyət edən gənclərin ən əhəmiyyətli xüsusiyyəti nədir? Güclü imanı. Bədiüzzaman nə deyir? İman, Mehdi gəncliyində əhəmiyyətli xüsusiyyətidir. Hz. Mehdi (ə.s)-ın da imanının çox güclü olduğunu söyləyir. Bədiüzzamanın açıqladığı üç xüsusiyyətindən biridir.

 

 

Kəhf surəsi, 14-cü ayə

 

Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.

Səbir, mətanət, uzun illər mübarizə aparmaq Mehdi (ə.s)-ın tələbələrinin əsas xüsusiyyətlərindən biridir. Bədiüzzaman hz. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyəti olaraq “mətanət” deyir. Bu fövqəladə vəziyyətə qarşı səbir və mətanət lazımdır. Yoxsa mehdiyətə zərər verər. Hz. Mehdi (ə.s) tələbələri üçün səbir,  mətanət, sarsılmamaq, güclü olmaq vacibdir.

O dövrün dəccalına qarşı qiyam etdiklərində, onlara qarşı hərəkətə başladıqlarında demişdilər ki, “Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir;” yəni hər yeri yaradandır.  “Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik.”  Nə darvinist, nə materialist olarıq, nə də ki başqa bir inanca girərik. “Əks halda olduqca böyük bir küfr danışmış olarıq!”  Onda bu deyilənlər səmimi olmaz, iman isə əsasdır.

 

 

 

Kəhf surəsi, 15-ci ayə

 

” Cavanlardan biri o birilərinə dedi: “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!”

“Bunlar bizim qövmümüzdür” Yəni öz ailəsini, yaxınlarını, qohumlarını söyləyirlər.  “Allahdan başqa tanrılar qəbul etdi.” Yəni Allaha, dinə, islama əhəmiyyət vermədilər. “ Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər?” Madam özlərini ağıllı hesab edirlər, hər kəsə ağıl verəcək, hər kəsi istiqamətləndirəcəklərsə onda bir dəlil gətirsinlər. “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!”  Adam Allah adına, Quran adına hökm çıxarır. Fanatik fikirlər, fanatik düşüncələr, Allah adına yeni halallar, haramlar çıxarır. Ayədə nə deyir, “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!” Allah adına yalan danışır.  Belə bir hökm var? Yox. Uydurur.

 

 

Kəhf surəsi, 16-cı ayə

 

“Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.”

 

“Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz” İçlərindən biri hz. Xızır (ə.s)-dır. “ Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki,” Ailənizdən ayrılıb bir araya gəlin. ” Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.”

 

Allah sizə o zaman kömək edər və işinizdə sizə bir fayda, asanlıq olar. Amma bunun üçün böyük bir elm, vəhy lazımdır. Bunun üçün ya peyğəmbər, ya da hz. Xızır (ə.s) olmaq lazımdır. Hz. Xızır (ə.s)  deyir ki: “ Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.”

Hz. Xızır (ə.s) gənclərə qaçıb gedin, kəndlərə gedin, şəhərə gedin deyə bilərdi. Amma mağaraya sığının, bir araya gəlin dedi. “ mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.” Allahın rəhmətini yayacağını haradan  bilirsən? Ümid edirəm deyə bilərsən. Deməli, bilir.  Bu ancaq vəhy ilə bilinər, inşaAllah. Allahualəm.

 

 

Kəhf surəsi, 17-ci ayə

 

“Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını  görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.”

 

Bunu eyni zamanda Peyğəmbərimiz (s.ə.v) söyləyir, “ Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini” Bunun bir ev olduğunu anlayırıq. Çünki Günəş doğulduğunda mağaranın sağ tərəfinə yönəlir. ” batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini,” Günəş  mağaranın içinə düşməz. Ev mənasında bir quruluş olduğu aydın olur. Allah onu mağara olaraq deyir. “onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin.” Ayrı-ayrı otaqlarda deyil, bir yerdə oturardılar.

Söhbət edib, bir araya gəlmişdilər. Ailələrindən ayrılmış gənclər idilər. “Bu, Allahın ayələrindəndir.” Yəni Allah belə yaratdı. “Allah kimi doğru yola yönəldərsə,”  Yəni Allah kimə hidayət versə, Hadi adı ilə təcəlli edib onu mehdi etsə, “o, doğru yoldadır” Hidayət tapanın lüğəvi mənası nədir? Mehdi. Hidayət tapan da odur. Hidayət tapan; açın lüğətə baxın, qarşılığı Mehdidir. “ Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.” Yoldan çıxardan da dəccaldır. İncildə də, lüğətdə də dəccalın qarşılığı yoldan çıxardandır. Allah dəccala söz dinləməz, deyir

 

 

Kəhf surəsi, 18-ci ayə

 

“Sən onları oyaq hesab edərdin, halbuki onlar yuxudadırlar Biz onları sağa-sola çevirirdik. Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.”

 

“Sən onları oyaq hesab edərdin, halbuki onlar yuxudadırlar.” Hal-hazırki dövrdə dünya bir yuxu halındadır. “Biz onları sağa-sola çevirirdik.” Yəni Allah, onların söhbətlərini, hərəkətlərini biz etdirirdik deyir. ” Onlar iti də iki əlini (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı.” Deməli, itlə qorunan bir yerdə olmuşlar. İki qol, iki yola da işarə edir. “Onları görmüş olsaydın” deməli görülməsi mümkündür. Rəsulullah (s.ə.v)-in gördüyünü bilirik. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s)-ı harada gördü?. Meracda. Peyğəmbərimiz (s.ə.v) deyir ki: “Mehdi (ə.s) aralarında işıq kimi parlayırdı.” Mehdi (ə.s)-ın tələbələrini ilk görənlər onların xarici görünüşündən, onlardakı heybətdən qaçacaqlar. Deməli, insanlar onlardan qorxacaq, çəkinəcəklər. Başlanğıc üçün bu təbiidir.

 

 

Kəhf surəsi, 19-cu ayə

 

Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?”– dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin! “

 

“Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin.” Burada təmiz yeməyə diqqət çəkilir. Bu gənclərin pulları olduğu, yəni zəngin olduqları aydın olur. Şəhərə hamısının girmədiyi aydın olur. Yəni hamısının şəhərin içində gəzişmədiyi, bir qisminin isə şəhərə girib əlaqə qurduğu aydın olur. Zəruri olduqda şəhərə gedərlər, ancaq olduqca nəzakətli davranarlar. Deməli, Mehdi (ə.s)-ın tələbələri çox nəzakətli, etibarlı və hörmətli olacaqlar.

Düşmənləri çox olacağına görə, özlərini bacara bildikləri qədər örtülü, diqqət çəkməyəcək şəkildə saxlamağa çalışacaqlar. Bax, hz. Mehdi (ə.s) tələbələrinin xüsusiyyəti budur. Çünki dəccal çox azğın olacaq. Zülm görməmək üçün çox diqqətli olmalıdırlar. Çünki bu gənclərə həm öz ailələri, həm  də namərd, əxlaqsız insanlar düşmən kəsildiklərinə görə. onlardan yaxalarını qurtarmışlar. Allah da onları qoruyur.

 

 

Kəhf surəsi, 20-ci ayə

 

“ Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!”

 

Onlar sizə pislik, əxlaqsızlıq göstərmək üçün axtarırlar. Ələ keçsələr öldürməyə belə qalxarlar. Ya da dinlərinə geri çevirərlər. Ateist, dinsiz, imansız, darvinist, materialist, kommunist edə bilərlər. Qeyri qanuni bir yola sala bilərlər.  “Onda siz heç vaxt nicat tapa bilməzsiniz!”  Yəni əbədi olaraq axirətdə bir qurtuluş tapa bilməzsiniz.

 

 

 

Kəhf surəsi, 21-ci ayə

 

“Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman  öz aralarında onların  işi barəsində mübahisə edirlər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər. “

 

“Allahın vədinin həqiqət olduğunu bilsinlər.” Allah nə vəd edir? İslamın dünyaya hakimiyyətini, hz. Mehdi (ə.s)-ın zühurunu, hz. İsa Məsih (ə.s)-ın enişini və həqiqətən qiyamətin olacağını vəd edir. Bax, burada demək olar ki, qiyamət çox yaxın bir dövrdə olacaq. Buna görə də söhbət qiyamət mövzusuna keçir. Qiyamətin gələcəyinə şübhə olmadığını bilmələri üçün, hz. Mehdi (ə.s)-ın və tələbələrinin vəzifədə olduqlarını bilməlidirlər. “O zaman  öz aralarında onların  işi barəsində mübahisə edirlər.”

Deməli mehdiyyət, zaman gələcək insanlar arasında müzakirə ediləcəkdir. İnternetdə, radiolarda, televiziyada, mətbuatda o gənclərin vəziyyəti müzakirə ediləcək. “Mübahisədə üstün gələnlər isə:” yəni oradakı dövlətin üstün idarəçi olanları, “Üstlərinə mütləq bir məscid tikəcəyik dedilər.” Bu İstanbulda tikiləcək böyük məscidə işarədir. Bax, ayədə deyilən məscidin adı, yəni İstanbulda tikiləcək o məscidin əsl adı əslində “Mehdi məscidi ”dir.   Lakin başqa bir ad qoyulacaq. Amma sonunda o məscidin adı “Mehdi məscidi” olacaq, görəcəksiniz, inşaAllah.

 

 

 

Kəhf surəsi, 22-ci ayə

Bəziləri sanki qaranlıq yerə (qeybə) daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” – deyəcəklər. Bəziləri: “Onlar beşdir, altıncısı köpəkləridir!” – deyəcəklər. Digərləri (möminlər) isə: “Onlar yeddidir, səkkizincisi köpəkləridir!” – söyləyəcəklər. (Ya Rəsulum!) De: “Onların sayını Rəbbim daha yaxşı bilir, onları çox az insandan başqa kimsə bilə bilməz.” (Ya Rəsulum! Əshabi-kəhf) barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et (Quranda olanlarla kifayətlənib çox dərinə getmə) və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!”

 

“Bəziləri sanki qaranlıq yerə (qeybə) daş ataraq: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” Üçlə başlayırlar. Xalq arasında müzakirə var. Danışırlar ki, “Beş idilər, onların altıncısı itləridir”. Üç və beş, neçə edir? 35. Bilinməyənə (qeybə) daş ataraq. Həqiqətən də dövrümüzdə bir çox  insanlar, bilən də və bilməyən də danışar. “Yeddidirlər, onların səkkizincisi itləridir”-söyləyəcəklər. 78 rəqəminə işarə edir.

“De ki: “Rəbbim, onların sayını daha yaxşı bilir, onları çox az insandan başqa kimsə bilə bilməz.” Hz. Mehdi (ə.s)-ı neçə adam biləcək? İmanın nuru ilə çox az adam biləcək. Allah ayədə nə deyir? “onları çox az insandan başqa kimsə bilə bilməz.” Başlanğıcda hz. İsa Məsih (ə.s)-ı biləcəklərmi? Yox. Bədiüzzaman da: “Çox az adam biləcək” deyir. “İmanın nuruyla tanıyar, yoxsa ilk gəldiyində bədahətən onu tanıya bilməyəcəklər”. İmanın nuruyla tanıyar. “və (kitab əhlinin) heç birindən onlar haqqında bir şey soruşma!” Yəni bu hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s)  kimdir, haradadır, nə edirlər deyə bir şey soruşma. Ayədə buna işarə var.

 

 

 

Kəhf surəsi, 23-cü ayə

 

“Heç bir şey haqqında: ‘Mən bunu sabah mütləq edəcəyəm’ demə.”

 

Məsələn, bunu sabah buraya aparacağam demə.

 

 

Kəhf surəsi, 24-cü ayə

 

Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

 

“Ancaq: “Allah istəsə” ( inşaAllah edəcəyəm de ).” Allah mehdiyyətin şifrəsini  verir. İnşaAllah, maşaAllah deyənlər dünya hakimi olacaqlar. “Unutduğun zaman Rəbbini zikr et” Deməli, axır zamanda unutqanlıq yayılacaq. Bədiüzzaman da bunu söyləyir. Dəccaliyyətin dövründə insanlarda unutqanlıq yayılar. Hətta Bədiüzzaman o mövzunu tələbələrinə uzun-uzun izah edir. Hafizlər gəlib mənə: “Məndə unutqanlıq çoxalıb” deyə şikayət edərlər.  Allah Peyğəmbərimiz (s.ə.v)-ə deyir ki: “Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.” Yəni yaxın bir zamanda hakimiyyət verər. Yəni  üç yüz il deyil, yaxın bir zamanda hakimiyyət verər. Hansı ki, deyirlər: “İslam üç yüz il sonra hakim olacaq

 

 

Kəhf surəsi, 25-ci ayə

 

  Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.

 

Burada A9-a işarə var. 300 il mehdiyyətin və dəccaliyyətin zamanının hamısıdır. Bədiüzzamanla başlayan, hz. Mehdi (ə.s) ilə ortası olan, hz. İsa Məsih (ə.s) ilə sonu olan və qiyamətlə bitən son 300 il, inşaAllah. İndi biz  bu 300 ilin ortasındayıq,  inşaAllah.

 

 

Kəhf surəsi, 26-cı ayə

 

De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Onun heç bir Vəlisi yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”

 

“De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir!” Allah, hər şeyi gördüyünü və eşitdiyini deyir. “Onun heç bir Vəlisi yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” Yəni din haqqında xurafat uydurmalarına heç ehtiyac yoxdur. Baxın Allah, Qurana  görə hərəkət edin, deyir.

 

 

 

Kəhf surəsi, 27-ci ayə

 

“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.”

 

“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu.”  Yəni yalnız Qurandakını oxu, Quranla kifayətlən, Quran xaricinə çıxma.  “Onun kəlmələrini heç kəs dəyişdirə bilməz.” Allahın hökmlərini kimsə dəyişdirə bilməz. Əlavə də edə bilməzsiniz. “Ondan başqa heç bir sığınacaq tapa bilməzsən”

 

 

Kəhf surəsi, 28-ci ayə

 

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!”

 

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.” Bu kimlərə xasdır? Səmimi müsəlmanlara xas bir xüsusiyyətdir. “Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə.” Yəni Mehdi tələbələrindən, o möminlərin birliyindən, yaxşı insanlardan üz çevirmə. Allah onlardan ayrılmalarına deyil, onlarla birlikdə olmalarına işarə edir, inşaAllah. “Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz ” Yəni Allahı xatırlamayan, islama, Qurana xidmət etməyən. “nəfsinin istəklərinə uyan” Yəni özü özbaşına, öz mənfəətlərinə görə hərəkət edən. ” və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” İnsan Qurana uymadığı halda, həddini aşar, ifratlığa yol verər. Allah belələrinə itaət etməməyi, hətta anan, atan, baban da olsa  Qurana uymadığı halda, onlara itaət etməməyi əmr edir.

 

 

 

Kəhf surəsi, 29-cu ayə

 

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!”

“De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın,” Yəni kommunistə, dinsizə qarşı  şəfqətli və mərhəmətli olmaq, hər kəsin inancına hörmət etmək lazımdır. “ kim də istəyir inanmasın ”  İman edən iman edir, diləyən də inkar edir. İnkar edənə qarışmaq olmaz. Buradan da, dinimizdə fikir azadlığının olduğunu anlayırıq. Qurana görə təcavüzkar rəftar olmamalı, hər kəsin inancına  hörmət etmək lazımdır. “Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki,” Allah deyir ki, zalımları mən cəzalandıracağam. ” onun divarları onları əhatə edəcəkdir.” Hal-hazırda zalımlar onsuz da o divarların içindədirlər. Onun divarları onları ətraflı əhatə etmişdir. “Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. ” Bərk bir maye, yəni ərimiş dəmirdir. “üzlərini qovuran bir su ilə kömək ediləcəkdir.” O suyu içdiyində əli üzü, bədəni yanar. Cənabı Allah : ” Nə pis içkidir! Nə pis məskəndir!” deyir.

 

 

Kəhf surəsi, 30-cu ayə

 

“İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.”

 

Allah, şübhəsiz iman edib və saleh əməllər edənlərin,  həqiqətən ən gözəl, yaxşı davrananların qarşılığını heç bir şəkildə itkiyə uğratmaram, deyir. Onlar gözəl qarşılıq taparlar.

 

 

 

Kəhf surəsi, 31-ci ayə

 

“Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!”

 

“Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər.”

 

Allah bunun  gözəl savab və  gözəl dəstək olduğunu deyir. Cənnətin gözəlliyini izah edir.

 

 

 

Kəhf surəsi, 39-cu ayə

 

Bağına girdiyin zaman: “MaşaAllah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,”

 

Hz. Mehdi (ə.s)-ı mal və uşaq baxımından az görəcəklər. Çünki, bilirsiniz ki, hz. Mehdi (ə.s)-ın uşağı və malı olmayacaq. Ona işarə var. Baxın ayədə: “ Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,” ayənin işarəsidir, inşaAllah. Amma, maşaAllah deyir. Biz də davamlı inşaAllah, maşaAllah deyirik. Bax, ikisi də Kəhf surəsindədir. İnşaAllah və maşaAllah dünya hakimiyyətinin bir sirridir.

images (6)