Hörmətli Adnan Oktarın yeni şərhləri (20 Oktyabr 2012-ci il; 22:00)
Kəhf surəsi, 83-cü ayə
Səndən Zülqərneyn barəsində soruşurlar. De: “Onun barəsində sizə bir əhvalat danışacağam”.
Öyüd və xatırlatma iki istiqamətin üzərində dayanır. Cənabı Allahın bir öyüdü, bir də xatırlatması var.
Kəhf surəsi, 84-cü ayə
Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.”
Biz ona” Şəxsi mənəvi olaraq deyil, yer üzündə, bütün dünyada hər hansı bir hökmranlıq deyil, sağlam hökmranlıq, iqtidar verdik. Necə ki, əsgəri, polisi, dövləti, fikir sistemi, ictimai quruluşu, xəbərləşməsi və hər şeyi ilə mükəmməl, sağlam bir iqtidar. Ümumiyyətlə dünyada iqtidarlar həmişə gücsüzdür. Həmişə koalision hökumətlər və yaxud diktatorluqlar vardır, amma o da xalqın narahat olduğu bir sistem olduğu üçün pisdir, sevilməz.
Ona hər işdə güc verdik. (elm, mədəniyyət, maddi və ictimai, əsgəri və s. güc) Bir yol (səbəb) göstərdik, imkan və səbəb verdik. Bütün güc Allaha aiddir.
Kəhf surəsi, 85-86-cı ayə
“O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı “
“ Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”.
“ Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü ” Günəşin batdığı yer Yaponiya olaraq bilinir. Hətta onların bayrağında da bu vardır. Meydana gələn sunamidə yamyaşıl, zümrüd kimi dəniz qapqara olmuşdu. Qatran kimi bir su gəldi. İlk dəfə insanlar bunu gördü. Avtomobilləri, evləri, hər şeyi udan quru palçıqlı bir çeşmədə Günəşin batdığını gördük.
Kəhf surəsi, 86-cı ayədə, 1986-cı ilə bir işarə var. Deməli, quru palçıqlı bir çeşmədə Günəş, Mehdi (ə.s)-ı təmsil edir. Mehdi (ə.s)-ın qeyb olması tarixi 1986-cı il olacaq. “Quru palçıqlı bir çeşmədə ,” yəni onun layiq olmadığı bir yerdə, ona zülm edilən bir yerdə Mehdi (ə.s) insanların gözündən itəcək. 1986-cı ildə Mehdi (ə.s)-ın ya həbs olunmasına, ya qeyb olmasına, ya insanlardan uzaq qalmasına və çətin bir mühitə düşməsinə işarə edir.
Kəhf surəsi, 87-ci ayə
O dedi: “Zülm edənə əzab verəcəyik. Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. (Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!
Dedi ki, “Zülm edənə əzab verəcəyik.” Yəni, zülm edəni həbs edərik, “ Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. ” əsl cəzanı Allah verər. “(Rəbbi də) ona (Cəhənnəmdə) görünməmiş bir əzab verəcəkdir!.” Dünyada verilən cəza axirət cəzasının yanında heçdir. Deməli, zülm edəni öldürmür, yaralamır, əzablandırar.
Kəhf surəsi, 88-ci ayə
“ İman gətirib yaxşı iş görən kimsəyə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.
Kim iman və saleh əməllər edər, səmimi olarsa onun üçün gözəl bir qarşılıq vardır. Çünki mehdilik həmişə gözəllikdir. Yəni dünyada və axirətdə bir gözəllik var. Allah dünyada ona bolluq, bərəkət verər. Axirətdə də cənnəti nəsib edər. “ Biz ona əmrimizdən asan olanı buyuracağıq.” Cənabı Allah, Quranın hökmlərinin asan olduğunu, fanatizm hökmlərinin çox ağır və çətin olduğunu açıqlayır. Allah Qurandakı buyruqlarının asan olmasına belə diqqət çəkir: “ Mən Quranda sizə asanlıq verdim; ibadətləriniz asan, halal haramlarınız asan. Amma müşriklər sizin dininizi çətinləşdirdi. Həqiqətdə islam dini son dərəcə asan, namazlarınız, oruclarınız, dəstəmazınız, yaşamanız, sevinciniz və hər şeyiniz asandır. ”
Kəhf surəsi, 89, 90- cı ayə
“Sonra o, başqa bir yola (məşriqə) tərəf üz tutub getdi. Nəhayət, günəşin doğulduğu yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq. (Yalnız günəşin özü onlar üçün sipər idi).”
“Nəhayət Günəşin doğulduğu yerə çatdıqda” Bu ayə 1990-cı ilə işarə edir və 1990-cı ildə mehdiyyətin fərahlığa çatacağı, hücuma keçəcəyi aydın olur. “onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq.” Axır zamanda insanlar keçmişdəki kimi deyil, məsələn, dənizə girirlər, çimərlik geyimi ilə gəzir və çox açıq geyinirlər. Cəmiyyətin böyük bir hissəsi belədir. Bu da axır zamanın xüsusiyyətlərindən biridir. Heç bir dövrdə insanlar bu şəkildə paltarlarla dənizə girmədilər. Belə bir həyat heç olmadı. Bunlar bu əsrin xüsusiyyəti olaraq ortaya çıxdı. Hətta yaxın zamana qədər açıq çimərlik geyimləri yox idi. Çimərlik geyimləri qapalı idi. Bu əsrdə milyardlarla insan çılpaq şəkildə dənizə girir. İlk dəfə bu əsrdə Günəşin qədri-qiyməti bilindi. İnsan dərisinin Günəşə ehtiyacı olduğu, günəş vannası qəbul etmənin əhəmiyyəti ilk dəfə bu əsrdə insanlar tərəfindən əhəmiyyətlə dilə gətirildi. Quranda, bu əsrin bu nəhəng və fərqli xüsusiyyətinə diqqət yetirilmişdi.
Kəhf surəsi, 91-ci ayə
Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.
Allah ikinci bir mərhələni, mehdiyyətin həyati istiqamətini açıqlayır. Fanatiklərdə (haqq dəlilləri inkar edənlər) boşboğazlıq çoxdur. Çox asan bir mövzunu ədəbi bəzəklərlə, ədəbi izahatlarla qarmaqarışıq hala gətirərlər. Fanatiklərin əsərlərinə baxın. Heç cürə əsaslı söhbət tapa bilməzsiniz. Deməli, mehdiyyət özü əhatə edən məlumatı verəcək. Özü əhatə edən məlumat, vəhyə söykənən, demaqoqluq, əlavələr, çıxartmalar, içində yalan olmayan dürüst, tam doğru məlumatdır. Allah: “Mehdiyyətin hamısını əhatə etdik” deyir.
Kəhf surəsi, 92-93-cü ayə
“Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.”
İki dağ arası – Türkiyənin Cənub-şərq bölgəsindəki dağlıq, çətin bir ərazidir.
Kəhf surəsi, 94-cü ayə
“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?”
Yəcuc və Məcuc əslində həm kommunizm, həm də faşizmdir. Yəcuc və Məcucun toxumları, kommunist toxumları dövrümüzdə də oradan bir tunel tapıb ayağa qalxdılar. Kommunist hərəkəti, Stalin, Lenin, Yəcuc və Məcuc hərəkəti olaraq yer üzünü yerlə bir etdilər. Hitler, Mussolini faşistlər Məcucdur; kommunistlər də Yəcucdur. Yəni qəddarlıq və mərhəmətsizlik cəhətdən bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?” Bu vəzifə ən sonunda mehdiyə gətirilir.
Kəhf surəsi, 95-ci ayə
O dedi: “Rəbbimin mənə əta etdiyi (mülk) daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.”
Allah mehdiyyətin mühüm bir xüsusiyyətinə bir daha diqqət çəkir. Ayələrdən də onu anlayırıq ki, peyğəmbərlər sırf Qurana görə hərəkət etmişlər. 1986-cı ildə mehdiyyət təzyiqlərə məruz qalmışdır. 1990-cı ildə isə fərahlıq olmuş. Dövrümüzdəki PKK, Yəcuc və Məcucdur. Faşizmlə kommunizm qarışığı bir hərəkətdir. Onsuz da hər kommunist hərəkətin içində faşist bir ruh vardır. Hər faşist hərəkətin içərisində də bir kommunist ruh vardır. Qurandakı ifadəyə diqqət yetirsəniz, Yəcuc və Məcuc bir-birinə çox bənzəyirlər, əkiz qardaş kimidirlər. “Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.” Yəni siz məni kütləvi olaraq dəstəkləyin. Müəllimlər, alimlər, üləma, seyidlər hamısı məni dəstəkləsin, yalnız bu halda mən bu vəzifəni yerinə yetirə bilərəm. İnsan gücü mənim üçün çox əhəmiyyətlidir, inşaAllah.
Kəhf surəsi, 96-cı ayə
Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!”– dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!”– dedi.
“Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda” İndiki dövrdə Cənub-şərqdəki qalalarda nə istifadə edilir? Polad və nəhəng dəmir kütlələrdən istifadə edilir. Tankdan da qalın və güclü polad qorumalı qalalar tikilir. Ayədə, axır zamanda Cənub-şərqdə tikiləcək bu qalaların mükəmməl müdafiə etmə sistemi olduğuna diqqət çəkilmiş. Ayədə bol polad və dəmir istifadə edildiyinə işarə edir. “Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” Bilirsiniz ki, mis həmişə elektronikada istifadə edilir.
Kəhf surəsi, 97-ci ayə
“Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.”
Deməli mehdiyyət, güclü bir müdafiə etmə xətti və PKK-a dəqiq həll meydana gətirəcək, inşaAllah.
Kəhf surəsi, 98-ci ayə
Zülqərneyn dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”.
Allah yaradılan bütün qalaların, sistemlərin, maneələrin qiyamət zamanında yerlə bir olacağını deyir.