Hörmətli Adnan Oktarın yeni açıqlamaları (21 Oktyabr 2012; 22:00)
Məryəm surəsi 22-ci ayə
“Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.”
Quranda ikiliyə diqqət çəkilir, ona görə mən də ikilərə əhəmiyyət verirəm. İkilik, həm Mehdi (ə.s)-a, həm də İsa Məsih (ə.s)-a işarə edir. “uzaq bir yerə çəkildi.” Yəni kimsəsiz bir yerə çəkilmə, kimsəsiz bir yerdə olma. Hz. Mehdi (ə.s) də, hz.İsa Məsih (ə.s) də küfrün gözündən, düşmənlərindən uzaq olacaqlar. Təbii ki, dostları, sevənləri olacaq, amma, Mehdi (ə.s) və İsa Məsih (ə.s)-a düşmən olan, onlardan nifrət edən çoxlu sayda alçaqlar, namərdlər olacaq. Müşriklər, azğınlar, dəyərini itirmiş dəyərsizlər həm Mehdiyə, həm İsa Məsihə kin bəsləyəcəklər. Haqqı anlaya, qavraya bilmədikləri üçün, gözləri dəccal gözü kimi olduğu üçün nifrətlə yaxınlaşacaqlar. Ona görə də, hz.Mehdi (ə.s) və hz.İsa Məsih (ə.s) təhlükəsizlik məqsədiylə kimsəsiz bir yerə çəkilərlər.
Məryəm surəsi 23-cü ayə
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi.
O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
“Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi.” Bu ayə mehdiyyətin doğum sancısına da işarə edir. Deməli, xurma ağaclarının olduğu bir yerdir. Bilirsiniz ki, İstanbulda da xurma çoxdur. Dedi ki: “Kaş ki, bundan əvvəl ölsəydim də, yaddaşlardan silinib unudulsaydım.” Bu ayə, axır zamanda insanların nə qədər sıxıldığını, nə qədər çətin vəziyyətdə olduğunu, Dəccaliyyətin mərhəmətsizliyini və namərdliyini, bir insanı nə qədər iztirablı, nə qədər acı çəkən bir vəziyyətə saldığını göstərməsi baxımından mənalıdır. Məryəmə, qeyri-qanuni əlaqəyə girdiyini (haşa) böhtan ataraq günahlandırdılar. Doğum anında Məryəmə kömək edəcək kimsəsi yox idi. Dağ başında, su axan bir yerə çəkilir. Həm ağrılı-acılı doğum sancısı, həm insanların böhtanı, həm təklik. Bu Allahın imtahanıdır. Məryəm sıxıntıya düşdüyünə görə, Allah ona nə edir baxın;
Məryəm surəsi 24-cü ayə
“Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir çay axıtdı”
“Kədərlənmə,” Bu bir hökmdür. Kədərlənmək haramdır. Allah kədərlənməyi qadağan edib. Allah ona (Məryəmə) kədərlənməməyini bir şəkildə ya vəhylə, ya da ürəyinə ilham edərək hiss etdirir və yaxud da ola bilər ki, açıq-aydın bir səs eşitmiş. Deməli, bura həm səssiz, sakit, meşəlik bir təpənin, bir su qaynağının və xurma ağacının olduğu yerdir.
Məryəm surəsi 25-ci ayə
“Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.”
Deməli, budaq da yerə xeyli sallanıbmış. Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın olduğu mühitdə də çoxlu ağaclar olacaqdır, yəni meşəyə çox yaxın olacaq, bunu anlayırıq. Doğuş zamanında bir şeyi tutduğunda, bir şeyə asıldığında doğum daha asan olar. Ona görə də Allah, Məryəmin ağacdan yapışmasını əmr etdi. Təzə xurma da, yorğunluğu aradan qaldırır, orqanizmi möhkəmləndirir. İmtahanın halına bax, həm ac, həm yemək yox, həm də tək başına.Təzə xurma sulu olduğu üçün tərkibindəki şəkər tez qana keçər və qan azlığının qarşısını alar.
Çünki aclıq və yorğunluq zamanı insanların sinirləri zəifləyər. Təhqir və böhtanla qarşılaşdığı halda insanın vəziyyəti daha da çətinləşər. Amma vəhy aldığı zaman ürəyində bir fərahlıq yaranar. Deməli, müsəlman ən çətin anında belə hüznə qapılmamalı, qorxmamalı, kədərlənməməli və mövcud şərtləri ən yaxşı şəkildə istifadə etməlidir. Məryəmin çəkildiyi yerdə ağaclar, su, sulu xurma var və xurmadan, sudan istifadə edir. Kimsəsiz bir yerə çəkilməsi də məqsədə uyğun bir hərəkətdir. Çünki izdihamda olsa dedi-qodu tez yayılar, çox söz-söhbət olar, amma kimsəsiz bir yerdə doğum etməsi hz. Məryəmin lehinədir. Allah bu ayədə, mövcud imkanları çox yaxşı istifadə etməyin əhəmiyyətinə diqqət çəkir. Müsəlman hər cür imkanı istifadə etməlidir.
Məryəm Surəsi 26-cı ayə
“Artıq ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam.”
“Artıq, ye, iç, gözün aydın olsun.” Quran, aclığın insanlarda çətinlik, əsəbilik meydana gətirdiyinə diqqət çəkir. Həm yemək yeyir, həm su içir. İnsan yediyi, içdiyi halda çox rahat olar. Çünki aclıq və susuzluq əsəbləri pozar. “Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam.”
İnsanlar çətin vəziyyətə düşdükləri anda bəzən tələm-tələsik məlumat verərlər və bu da insanı çox çətin vəziyyətdə buraxar. Halbuki danışmasa, bir az gözləsə vəziyyəti yaxşıca qiymətləndirər, ən uyğun şərhi edər. Ümumiyyətlə, tələm-tələsik edilən bir şərh çox tərs təsir edə bilər. Amma yaxşı bir təhlildən sonra ediləcək bir şərhdə hadisə tam yerinə oturacağı üçün mükəmməl olar.
Məryəm Surəsi 27-ci ayə
“Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.”
Hadisələri zahirinə görə dəyərləndirib günahlandırmaq insanların çoxunda var. Araşdırmaq, istintaq yoxdur. Nə deyirlər? “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.” İnsanların ən çəkindikləri, ən narahat olduqları şey nədir? Qabaqcadan mühakimə, çox tez qərar vermələri, bir şeyin batini tərəfini, həqiqət tərəfini araşdırmadan insanları günahlandırmaları. Bu, axır zamanın xüsusiyyətlərindən bir dənəsidir.
Məryəm Surəsi 28-ci ayə
“Ey Harunun bacısı! Atan pis kişi, anan da azğın, utanmaz (bir qadın) deyildi”.
“Ey Harunun bacısı” Harunun bacısı deyir. Bunu xüsusilə söyləyir. Burada da bir işarə var. Hz. İsa (ə.s) ilə hz. Harun (ə.s)-ın əlaqəsinə diqqət çəkir. Quranda da, Tövratda da Harun (ə.s) dəfələrlə təkrar edilir. Massonlar da dualarında, yığıncaqlarında Harun (ə.s)-ın saqqalından axan gözəl ətirli yağın paltarına düşməsi mövzusunu dilə gətirirlər. Onda xüsusi bir sirr var. Bax, Harunun saqqalından axan gözəl ətirli yağın paltarının üstünə tökülməsi, sonra ortaya çıxacaq bir hadisədir. Amma hələlik bu qədər. Quranda da deyilir ki; “Ey Harunun bacısı” Harun (ə.s)-a israrla diqqət çəkilir. “Ey Harunun bacısı, sənin atan pis bir adam deyildi” Burada, hz. Mehdi (ə.s), Hz. İsa Məsih (ə.s)-ın soylarının təmiz olduğuna işarə edilir. “və anan da azğın, utanmaz (bir qadın) deyildi.” Məryəmin yaxşı bir ailəyə mənsub olduğunu dilə gətirirlər. Onu, ailəsi, qohumları içində xəcalətli etməyə çalışırlar, psixoloji təzyiq edirlər.
Məryəm Surəsi, 29-cu ayə
Məryəm ona (körpəyə) işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
Baxın, bundan əvvəlki ayədə Harun (ə.s)-dan, bu ayədə isə mehdidən bəhs edilir. Uşaq qucaqda, yerdə, qundağın içində, qundağa sarılı, bezə sarılı, yastığın üstündə ola bilər, amma, burada xüsusilə mehdidə olan deyir. Quranda Mehdi sözü iki yerdə keçir. Mehdidə olan, yəni beşikdə olan. Bu Allah tərəfindən xüsusilə seçilmiş bir sözdür. “Mehdidə olan bir uşaqla biz necə danışa bilərik”. Yəni, Mehdi ilə yan-yana olan, beşikdə yan-yana olan bir uşaqla necə danışa bilərik”.
Məryəm surəsi 30–31-ci ayə
Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada olaramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.”
“Harada olaramsa (olum,)” Yerdə və yaxud göydə, Allah Qatında, heç fərq etməz. Bax, “Harada olaramsa (olum) məni mübarək etdi”. Heç bir peyğəmbər belə söyləmir. Bax, “Harada olaramsa (olum)” hələ uşaq ikən taleyini bilir. “Harada olaramsa (olum)” Hansı peyğəmbər bunu deyir? Heç bir peyğəmbər. “Harada olaramsa (olum)” Yəni yerdə və göydə, Allah Qatında. Hələ uşaq ikən Allah Qatına alınacağını bilir. “Harada olaramsa (olum) məni mübarək etdi.” Göydədir? Mübarəkdir. Çünki Allah deyir ki; “Mələklər və Məsih Allaha qulluq etməkdən çəkinməzlər, ibadət edərlər” deyir. Məsih, mələklərlə birlikdə. Ölü olanlar, axirətdə olanlar ibadət edirlərmi?
Etmirlər. Kim ibadət edir? Məsih, mələklər ibadət edir. Çünki ölməmişdirlər. Ölən adam ibadət etmir. Məsih ölmədiyi üçün ibadət edir. “və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.” Allah xristianlara da iki şey deyir; “Namazınızı qılın, zəkatınızı verin” deyir. Namazını qılıb, zəkatını versə, Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etsə, ayəyə görə müsəlman sayılır. Bütün elm Allah Qatında, hər şeyin doğrusunu Allah bilir. Deməli, İsa Məsih namaz qılıb, zəkat verirdi. Xristianlar da namazlarını qılıb, zəkatını verirdilər. İndiki dövrdə xristian qardaşlarımız bunları edirlərmi? Etmirlər. Namazını qılan xristianlar çox nadirdir. Məsələn, Koreyada, burada namazını qılan bəzi xristianlar olduğunu görürəm. Zəkatını verən də çox nadirdir.
Məryəm surəsi 32-ci ayə
“ Anama qarşı olduqca itaətkar (nəvazişli) olmağımı da (əmr etdi). Zorba, bədbəxt etmədi!”
“Anama qarşı olduqca itaətkar.” Mehdi (ə.s)-ın də anası olacaqdır. Atadan yetim olacaq. İsa Məsihin də anası var, atası yoxdur. Ata tərəfdən yetimdir. “Anama qarşı olduqca itaətkar.” Anasını çox sevirdi. “Zorba, bədbəxt eləmədi!” Buradan da, İsa Məsihin şən olduğunu anlayırıq. Bədbəxt deyiləm deyir, əksinə şəndir və “Zorba etmədi” Yəni xurafatçı. Qan tökmür, can yandırmır, insanlara iztirab vermir. Döyüşlərə qarşıdır.
Məryəm surəsi 33-cü ayə
“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
Üç halda da “Salam üzərimədir” deyir. Günahsız peyğəmbərdir.
Məryəm surəsi 34-35-ci ayə
Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar.
“Allahın uşaq götürməsi olacaq şey deyildir.” deyir Cənabı Allah. “O Ucadır. Bir işin olmasına qərar versə, ancaq ona: “Ol” deyər, o da dərhal olar”. Təkamül keçirmədən dərhal olar.
Məryəm surəsi 36-cı ayə
İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
Allahdan başqa ilah yoxdur.
Məryəm surəsi 37-ci ayə
“Sonra içlərindən bəzi qruplar (firqələr) arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!”
“Sonra içlərindən bəzi qruplar (firqələr) arasında ziddiyyət düşdü.” Yəni Protestantlar, Ortodokslar, Katoliklər arasında ziddiyət düşdü. “Böyük günü görəcək kafirlərin vay halına!” Allah, içlərində inkar edənləri xəbərdar edib qorxudur.
Məryəm surəsi 38-ci ayə
“Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər.”
Allah, həm xristian olub küfrə düşənləri, həm də müsəlman olub küfrə düşənləri xəbərdar edib qorxudur.
Məryəm surəsi, 39-cu ayə
“Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! Onlar qəflətdədirlər və iman gətirmirlər.”
“Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut!” Deməli, o zaman biz də xristian qardaşlarımıza təbliğ etməliyik. Allah: “Gözəl rəftar edərək, ən gözəl sözlə Allahın birliyinə dəvət edin, xəbərdar edin, izah edin” deyir. Canlarını incitməyin, kədərləndirməyin, qırmayın. “Onlar qəflətdədirlər və iman gətirmirlər.”
Məryəm surəsi, 40-cı ayə
“Əlbəttə, yer üzündə və onun üzərindəkilərə Biz varis olacağıq. Onların qayıdışı Bizə olacaqdır.”
“Əlbəttə, yer üzündə və onun üzərindəkilərə Biz varis olacağıq”. “Varis olacağıq” Yəni Allah:”Dünya hakimi olacağam” deyir. “Dünya hakimiyyətini təsis edəcəyəm.” Dəccaliyyətin ömrü 40 ildir, mehdiyyətin mübarizəsi də 40 il dir.
“Əlbəttə, yer üzündə və onun üzərindəkilərə”, Yəni Allah: “Bütün ölkələr, insanlar, dövlətlər hamısına biz varis olacağıq. Dünya hakimiyyəti meydana gətirəcəyəm,” deyir. “Onların qayıdışı Bizə olacaqdır.”
Məryəm surəsi 41-42-ci ayələr
“Kitabda İbrahimi də yad et! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?”
Biz də darvinistlərə; “maddə görürmü?” deyirik. Görmür. Eşidirmi? Eşidmir. Şüuru varmı? Yox. Bəs o zaman eşitməyən eşidəni necə var etsin? Görməyən, görəni necə var etsin? Şüurlu olmayan, şüuru olanı necə var etsin? “Yox, maddə edər” deyir. Qardaşım, maddə kordur, görmür. Görmənin nə olduğunu bilməyən görməni haradan bilsin də görən etsin? Eşitmir, eşitmənin nə olduğunu bilməyən maddə eşitməni yaratdı deyirsən. Allah Quranda da buna diqqət çəkir. “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?” Baxın, atası dinsiz, ateist olmasına baxmayaraq “Atacan” deyə xitab edir və çox şəfqətli və hörmət dolu davranır, nəzakətdə qüsur etmir. Allah, islamda şəfqətin, gözəlliyin, əxlaqın necə olması lazım olduğuna diqqət çəkir. Deməli, biz də, istər kommunist olsun, ateist olsun, darvinist olsun kim olursa olsun, onlara təbliğ edərkən şəfqətlə, mərhəmətlə və ədalətlə yaxınlaşacağıq. İllərdən bəri izah etdiyimiz budur.
Məryəm surəsi 43-cü ayə
“Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Artıq mənə tabe ol ki, səni doğru yola yönəldim.”
“Atacan! Həqiqətən,” Həqiqət deyir, “sənə gəlməyən bir elm mənə gəlmişdir.” Sən bunu bilmirsən, amma mən bilirəm, deyir. “Artıq mənə tabe ol ki, səni doğru yola yönəldim”. Yəni səni islam yoluna yönəldim.
Məryəm surəsi 44-cü ayə
“Atacan! Şeytana ibadət (qulluq) etmə! Şübhəsiz ki, şeytan, Mərhəmətli Allaha çox asi oldu.”
“Atacan, şeytana ibadət (qulluq) etmə” Yəni dəccala qulluq etmə. “şübhəsiz şeytan, Rəhmana (olan Allaha) baş qaldırandır.” Yəni şeytan Allaha asi olmuş, sən də Allaha asi olma, deyir.
Məryəm surəsi 45-ci ayə
“Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və o zaman, şeytana yoldaş olarsan”.
“Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun.” Yəni cəhənnəmə getməyindən qorxuram. “və o zaman, şeytana yoldaş olarsan.” Allah verməsin, şeytanın vəlisi olarsan, deyir.
Məryəm surəsi 46-cı ayə
“Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?! Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
“Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?!” Sən mənim ateist, darvinist, materialist düşüncəmdən üzmü çevirirsən, mənə tabe olmursanmı?, deyir. “Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm.” Yəni faciəvi şəkildə öldürərəm, deyir. “Uzun müddət məndən uzaq ol!” Yəni gözümə görünmə, görsəm öldürərəm səni deyir. Hz. İbrahim (ə.s)-ın şəfqətinə bax. Darvinist, materialist zehniyyətdəki atanın oğuluna rəva gördüyü üsluba bax. Daşlayaraq faciəvi şəkildə səni öldürərəm, deyir. Uzaqlaş deyir, övladıyla görüşmək istəmir. İbrahim (ə.s) buna baxmayaraq deyir ki;
Məryəm surəsi 47-cı ayə
“İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, mənə qarşı çox lütfkardır.”
“İbrahim dedi: “Sənə salam olsun” Əxlaqın gözəlliyinə baxın. Atası öldürməyə qalxır, o da deyir ki: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm.” Allah səni bağışlasın . “Çünki, O, mənə çox lütfkardır” dedi.
Məryəm surəsi 48-ci ayə
“Mən sizdən və Allahdan başqa sitayiş etdiyiniz bütlərdən qopub-ayrılıram və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
“Sizdən və Allahdan başqa sitayiş etdiyiniz bütlərdən qopub-ayrılıram” Atasından, ailəsindən ayrılır. Deyirlər ki; “Ata müqəddəsdir, atadan ayrılmaq olmaz” Ata-ana inkar edirsə, o zaman ayrılarsan. Atası: “ Öz dinimə dönməsən səni daşqalaq edərək öldürəcəyəm.” deyir. Əshabi Kəhf nə etdi? Ailəsindən ayrıldı. Hz. İbrahim (ə.s) nə etdi? O da ailəsindən ayrıldı. “Sizdən” Yəni sənin başında olan hər kəsdən, “və Allahdan başqa sitayiş etdiyiniz bütlərdən” yəni inanclarınızdan “qopub-ayrılıram”, gedirəm deyir. “və Rəbbimə dua edirəm. Ola bilsin ki, Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.” Həmişə şən olaram, həmişə xoşbəxt olaram deyir.
Məryəm surəsi 49-cu ayə
“İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.”
Məryəm surəsi 50-ci ayə
“Biz onlara öz mərhəmətimizdən əta etdik və onlar üçün üstün (uca) bir düzgünlük dili verdik.”
” Biz onlara öz mərhəmətimizdən əta etdik ” Yəni onlara gözəl torpaqlar, evlər, imkanlar, hər şeydən əvvəl iman, cənnətdə gözəl mövqelər, sevgi, hörmət əta etdik . “onlar üçün üstün (uca) bir düzgünlük dili verdik.” Yəni Quran dili, islam dili, düzgünlük, dürüstlük dili.
Məryəm surəsi 51-ci ayə
“Kitabda Musanı da yad et! Çünki o, ixlaslı (səmimi) və göndərilmiş (Rəsul) bir peyğəmbər idi.”
Məryəm surəsi 52-53-cü ayələr
“Onu, Tur dağının sağ tərəfindən çağırdıq və onunla gizlicə söyləmək üçün Özümüzə yaxınlaşdırdıq. Ona öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.”
Bax, Allah yenə Harun (ə.s)-a diqqət çəkir.