Hörmətli Adnan Oktarın yeni açıqlamaları (23 Oktyabr 2012; 24:00)
Cin surəsi 1-ci ayə
De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!”
Quranı dinləmək cinlərin çox xoşuna gələr. Ərəbcə dinləyirlər.
Cin surəsi 2-ci ayə
“O (Quran), doğru yola yönəldir. Buna görə ona iman etdik və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.”
” O (Quran), doğru yola yönəldir.” Cinlərin də həqiqi mömin, müsəlman olanları vardır. Bunlar azğınlığa qarşı olan cinlərdir. Bir də azğın cinlər vardır. Onlar Quranı qəbul etməzlər. Amma bax, bu cinlər Quranı əsas qəbul edirlər. Həqiqi möminlər bunlardır. “O (Quran), doğru yola yönəldir” Yəni xurafata, uydurmalara deyil, doğruya yönəldir. “Buna görə ona iman etdik və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.” Yəni şərik qoşmayacaqlarını; müşriklik, mürtəcelik, azğınlıq etməyəcəklərini deyirlər.
Cin surəsi 3-cü ayə
“Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.”
Bu da xristian cinlərə cavabdır. Çünki cinlərin də yəhudi, xristian, erməni olanları vardır. Cinlər nədənsə xüsusilə erməni cinlərdən çox çəkinir. Aralarında mübahisə vardır.
Cin surəsi 4-cü ayə
“Bizim axmaqlar Allaha qarşı hədsiz yalanlar danışır.”
Azğın cinlər Allaha qarşı uydurma xurafatlar çıxarırlar. Onlar xurafatçılara, axmaq deyir. “Bizim axmaqlar”, yəni öz qövmü içərisində müsəlmanıq deyir, amma azğındır.
Cin surəsi 5-ci ayə
“Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allaha qarşı əsla yalan danışmaz.”
Dürüst yaxınlaşacaqlarını, dürüst olacaqlarını fikirləşmişdik.
Cin surəsi 6-cı ayə
“Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.”
Cinə tabe olur, onların da azğınlıqlarını artırırlar. Məsələn, bu massonlarda da vardır, cin çağırır, gedib ona tabe olur. Elə cinlərə tabe olan xeyli axmaq vardır.
Cin surəsi 7-ci ayə
“Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.”
İnsanlardan da, cinlərdən də ateist olanlar vardır.
Cin surəsi 8-ci ayə
“Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.”
Yəni güclü, qoruyucu bir sistemə malik olduğunun.
Cin surəsi 9-cu ayə
“Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, onu izləyən yandırıcı alova rast gələr.”
“Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq.” Bu, təmamilə fərqli bir sistemdir. İnsanların biləcəyi bir sistem deyil. “göyün bəzi sahələrində” Bu, hal-hazırda elmi olaraq təsbit ediləcək bir şey deyildir. “Amma kim bunu indi etmək istəsə, onu izləyən yandırıcı alova rast gələr.” Yandırıcı bir atəşə rast gələr. Bu da insanların biləcəyi bir ölçü deyildir.
Cin surəsi 10-cu ayə
“Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.”
Yəni yer üzündə necə bir hadisə olduğunu təsbit edə bilmirik.
Cin surəsi 11-ci ayə
“Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.”
” Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var ” Yəni səmimi, əməlisaleh cinlər vardır. Hz. Süleyman (ə.s) dövründə olduğu kimi saleh cinlərlə dost olmalıyıq. Saleh cinlə hər cür işi etmək olar. Allahın izniylə Mehdi (ə.s) bu cinlərə sahib olacaqdır, onlara hər işi etdirəcəkdir. “olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq.” Yəni cinlərdən xurafatçı, erməni, yəhudi, ateist və müxtəlif yolların adamları olduğunu deyir.
Cin surəsi 12-ci ayə
“Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik.”
” Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq,” Yəni işıq sürətiylə də qaçsa yenə də Allahın əzabından xilas ola bilməz. “Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik.”
Ali-İmran surəsi 138-ci ayə
“Bu Quran, insanlar üçün bir açıqlama, çəkinənlər üçün də bir hidayət və öyüddür.”
Allah:”Bu Quran” deyir. Müşriklər, xurafatçılar yaxşı dinləsinlər. “Bu Quran” Yalnız Quran,”insanlar üçün bir açıqlama,” Yəni Quranda hər şey dəqiq, açıq şəkildə bildirilmişdir. “Çəkinənlər üçün də bir hidayət “. Yəni çəkinənlər Qurana tabe olduqlarına görə hidayət taparlar. Hidayət nədir? Allaha iman, bağlılıq, özünü Allaha sevgiylə təslim etməkdir. “və öyüddür” Yəni Quran doğru olanı izah edər.
Ali-İmran surəsi 139-cu ayə
“Acizlik göstərməyin və kədərlənməyin. Əgər iman etmişsənizsə , ən üstün olan sizlərsiniz.”
Allah: “Acizlik göstərməyin” deyir. Yəni hücum etsələr, istədikləri hər cür zalımlıqları etsələr belə acizlik göstərməyin. Allah, acizlik göstərməyi, kədərlənməyi haram buyurmuşdur. “ Kədərlənməyin. Əgər iman etmişsənizsə, ” Yəni səmimi iman edirsinizsə “ən üstün olan sizlərsiniz”. Allah: “Dünya hakimi edəcəyəm” deyir. Ən üstün nə deməkdir? Amerikadan, Rusiyadan, dünyanın bütün ordularından, hamısından daha üstünsünüz. İnsan üstün olduqda qalib olar. Allah, hizbul qalibun deyir. Allah hizbi qalib olandır. Allah: “Fikirlə, elmlə, sevgiylə mütləq məğlub edərsiniz” deyir.
Ali İmran surəsi 140-cı ayə
“Əgər siz Uhud döyüşündə yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı. Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.”
“Əgər siz Uhud döyüşündə yara almışsınızsa, o düşmən qövm də bu cür yara almışdı.” Məsələn, PKK ilə mübarizəni misal gətirmək olar. ” Biz bu günləri (qalibiyyəti və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki,”. Allah imtahan etdiyini deyir, sizə bir şey olanda, onlara da bir şeylər olar. “Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevmir.”
Ali-İmran surəsi 141-ci ayə
“Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin.”
“Həm də ona görə belə edirik ki, Allah möminləri təmizə çıxarsın və kafirləri məhv etsin” Yəni Allah bunu, möminləri təmizləməsi, kafirləri isə yox etməsi üçün edir.
Ali-İmran surəsi 142-ci ayə
“Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihad edib səbir edənləri bəlli etmədən siz cənnətəmi daxil olacaqsınız?”
” Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihad edib səbir edənləri bəlli etmədən siz cənnətəmi daxil olacaqsınız? ” Allah, hər iki tərəfi dəqiq ayıracağını deyir.
Ali-İmran surəsi, 143-cü ayə
“Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz və durub baxdınız.”
” Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız “. O qədər sıxılmışdınız ki, ölümü arzulayırdınız. “ İndi isə siz onu öz gözlərinizlə gördünüz və durub baxdınız.” Bu ayədə Allah, insanın ölüm anında çaşqın vəziyyətə düşməsindən bəhs edir. Öldünüz, amma durub baxdınız, yəni çaşbaş qaldınız. Yeni bir məkana, boyuta keçdiyi üçün yuxudan oyanmış kimi olar, sonra da, nə oldu görəsən deyə onu qavramağa çalışar. İnsan öldükdə yeni bir həyata addım atır.
Ali-İmran surəsi, 144-cü ayə
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri tezliklə mükafatlandıracaq.”
“Məhəmməd, yalnız bir elçidir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişdir”. Allah, bir çox peyğəmbərlərin gəlib-keçdiklərini deyir. “Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?” Yəni Peyğəmbərimiz (s.ə.v)-in ölməsindən çəkinənlər, Peyğəmbər (s.ə.v) ölsə nə edəcəyik deyib gerimi dönəcəksiniz?. “ Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz.” Yəni geri dönsəniz də, Allahın dininə zərər verə bilməzsiniz. “Allah, şükür edənləri tezliklə mükafatlandıracaq.”
Ali-İmran surəsi 145-ci ayə
“Allahın izni olmadan heç bir nəfs üçün ölmək yoxdur. O, müddəti əzəldən təyin olunmuş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri çox yaxında mükafatlandıracağıq.”
“Allahın izni olmadan heç bir nəfs üçün ölmək yoxdur”. Yəni Allah diləmədikcə, əmr etmədikcə heç bir nəfs ölə bilməz. “O, müddəti ” Ölüm anı yetişdikdə, heç bir nəfs, heç bir şəkildə ölümü dayandıra bilməz. “O müddəti əzəldən təyin olunmuş bir yazıdır”. Allah, əzəldən onun müddətini təyin etdiyini deyir. Heç bir şəkildə dəyişiklik olmaz. “Kim dünya mükafatını istəsə, ona bundan verərik.” Dünya ilə əlaqədar mal, mülk nə istəyirsə ondan verərik. “ Kim də axirət mükafatını istəsə, ona da ondan verərik.” Yəni axirət savabını istəyənə də ondan verərik. “Biz şükür edənləri çox yaxında mükafatlandıracağıq”.