Hörmətli Adnan Oktarın yeni açıqlamaları (26 Oktyabr 2012; 22:30)
Kəhf surəsi 69-cu ayə
Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm.”
(Musa:) “İnşaAllah” Mehdi (ə.s) tələbəsinin üslubu olduğu üçün Mehdi (ə.s) diliylə, Mehdi (ə.s) tələbəsi ağzıyla danışır, dərhal “inşaAllah” deyir. Buradan da, Mehdi (ə.s) və tələbələrinin üslubunun necə olduğunu görürük. Danışmalarında həmişə; inşaAllah kəlməsi olar. “İnşaAllah, səbirli olduğumu görəcəksən.” Deməli, Mehdi (ə.s) tələbələrinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri səbirdir. “Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi. Mehdi (ə.s) tələbəsi heç bir işdə qarşı gəlməməlidir. Çünki Mehdi (ə.s) qəribə bir insandır. Sunqur Ağabəy qardaşdan soruşduğumda :” Mehdi (ə.s) Nur tələbəsi olmayacaq” dedi. “Yaxşı necə olacaq?” soruşdum. Dedi ki: “Bədiüzzaman hz.Mehdi (ə.s)-ın təmamilə fərqli olacağını deyib.”
Təmamilə fərqli olmaq nə deməkdir? Heç kimə bənzəməyən mənasını verir. Heç kimə bənzəməyən adama tabe olmaq olarmı? Olmaz. Kim tabe olmaz? Axır zamandan məlumatı əksik, vərdişi din zənn edən, zahir gözüylə baxan insanlar Mehdi (ə.s)-a müxalif olacaqdır. Bunu kim deyir ? Rəsulullah (s.ə.v) deyir. Necə deyir? Məzhəb imamlarının təqlidləri, yəni bütün müsəlmanları deyir. Yəni Hənəfi, Hənbəli, Maliki, Şəfii olan bütün müsəlmanlar hamısı onların içlərindəki bir birliyi, onlardan bir qrupu deyir. Məzhəb imamları Mehdi (ə.s)-a qarşı çıxacaqlar .” Bu adam bizim dinimizi yox etdi, dinimizi ortadan qaldırdı” deyəcəklərini deyir. Yəni onu sanki fironluqla, dəccallıqla, islamdan çıxmaqla, islama zidd bir hərəkət etməklə, azğınlıqla günahlandıracaqlar. Hətta İstanbuldakı, Mədinədəki alim deyir ki:
“Bu bizim dinimizi məhv etdi deyərlər və insanları ona qarşı çıxardarlar.” Peyğəmbərimiz (s.ə.v): “Mehdi (ə.s)-a qarşı 30-dan çox dəccal çıxacaq, bəziləri qadınlardan olacaq. Hamısı xalqı və insanları Mehdi (ə.s)-a qarşı çıxardar, amma onun kürəyinə vurulduqca o genişlənər” deyir. Yəni, hücum edildikcə böyüyər. Mehdi (ə.s)-ın böyüməsinin ən əhəmiyyətli səbəblərindən biri Mehdi (ə.s)-a hücum edilməsidir. Hücum edildikcə böyüyər, inkişaf edər. İnsanlar, ona hücum edildikcə kiçildiyini zənn edərlər, elə deyilmi? Mehdi (ə.s) elə deyil, hücum edildikcə genişlənər, böyüyər. “Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” dedi. Yəni razılaşma yoxdur. Bunda qarşı gələrəm, onda qarşı gəlmərəm yoxdur. Heç bir işdə qarşı gəlməmək vardır. Mehdi (ə.s)-dakı xüsusiyyət budur. Deməli, Mehdi (ə.s) tələbəsi olmaq üçün hikmət gözüylə baxmaq, qarşı gəlməyən bir ruh halı içində hadisələri qiymətləndirmək və xeyir gözüylə baxmaq lazımdır.
Kəhf surəsi 70-ci ayə
Xızır dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma”.
Xızır dedi: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma.” Yəni məni sorğu-suala tutaraq; niyə bunu etdin, niyə belə etdin, niyə bu belə oldu demə. Mürşid sorğu-sual edilməz. Ədəbə uyğun gəlməz. Onda heç tabe olma. Tabe olursansa itaət edəcəksən. Tabe olmursansa yoluna davam et. Mehdi (əs)-ın üsulunda da sorğu-sual yoxdur. Hikmət gözüylə, xeyir gözüylə baxmaq lazımdır. Allah, Mehdi (ə.s)-a necə davranmaq lazım olduğunu izah edir. Allah bizə, Mehdi (ə.s) ilə qarşılaşdığımızda ona necə hörmət etməyimiz, necə itaət etməyimiz, tələbə olaraq onunla necə əlaqə qurmaq lazım olduğu haqqında bir məlumat vermiş, inşaAllah. “özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma” Mən sənə onsuz da nəsihət verib hikmətini izah edəcəm, amma səbir etməlisən, tələsməyə ehtiyac yoxdur.
Kəhf surəsi 71-ci ayə
“Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? And olsun, (günahı) böyük olan bir iş gördün”.
“Sonra hər ikisi yola düzəlib getdilər.” Bax, Allah dəfələrlə ikini vurğulayır. “ Nəhayət (gəlib) gəmiyə mindikləri zaman ” Deməli, gəmilərin olduğu bir yerdədirlər. İstanbulda da gəmilər çoxdur. Peyğəmbərimiz (s.ə.v), Mehdi (ə.s)-ı hz. Nuh (ə.s)-a bənzədir. Nuh (ə.s) kimi olduğunu deyib. Mehdi (ə.s) da, gəmiyə minəcəkdir, inşaAllah. “(Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?” Gəmiyə zərər verdin, deyir. Yəni gəminin bir hissəsini sökür, qırır, dağıdır. Gəmini istifadə edilməyəcək hala gətirir, korlayır. “(Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin?” Halbuki hz. Musa (ə.s) sual verməyəcəyinə söz vermişdi. Hz.Xızır (ə.s)-ın bu davranışını gördükdə, bunun təxribat olduğunu düşünür. “And olsun, (günahı) böyük olan bir iş gördün”. Qəribə bir iş gördün, deyir. Bu qəribəlik Mehdilik xüsusiyyətidir.
Kəhf surəsi 72-ci ayə
Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”
Çünki görüdüyü bütün işləri Allah hz. Xızır (ə.s)-a vəhylə bildirmiş. Hz.Musa (ə.s)-ın səbir edə bilməyəcəyini deyir. Özü də əminliklə deyir. Çünki bu, vəhylə bildirilmişdir. Qədəri elədir.
Kəhf surəsi 73-cü ayə
Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”.
(Musa:) ‘Uunutduğum bir şeydən ötrü məni qınama ” Daha əvvəl də balığı unutdum deyir. Kim unutdurdu? Şeytan unutdurdu deyir. Şeytan müsəlmanlara hücum etdikdə ilk edəcəyi şey unutqanlıq, yorğunluq, diqqət dağınıqlığı verər, xüsusilə də möminlərin liderlərini hədəfləyər. Allah ins və cin şeytanları imtahan edərək peyğəmbərlərə müsəllət edir, inşaAllah. Ayədə bunun Allahın sünnəsi olduğu bildirilir. Axır zamanda həm cin, həm də insan dəccallar Mehdi (ə.s)-a müsəllət olacaqdır. Bu insan dəccalların bir qismi qadın dəccallardır. Üzsüz, alçaq sırtıqlardan, şərəfsiz, namussuz qadınlardan ibarət olan bir qrup Mehdi (ə.s)-a müsəllət olacaqdır. Eyni şəkildə kişilərdən də dəccallar olacağı ifadə edilir. Peyğəmbərimiz (s.ə.v) bu dəccalların bir qisminin sarıqlılar (din alimləri) olacağını bildirmiş.
Kəhf surəsi, 74-cü ayə
“Beləcə ikisi (yenə) yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdılar. Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən tərtəmiz (günahsız) bir canamı qəsd etdin? Andolsun, çox pis bir iş tutdun”.
“Beləcə ikisi (yenə) yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdılar. Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən tərtəmiz (günahsız) bir canamı qəsd etdin?” Zahirən bir şey görmədiyi üçün tərtəmiz deyir. “And olsun, sən pis bir iş tutdun.” Halbuki söz vermişdi. Uşağın vəfatına hökmü verən Allahdır. Xızır (ə.s)-ı vəsilə etmiş oldu. Canını alan Allahdır. Allah bir hikmətlə canını alır. Allah bu ayədə hər şeydə bir xeyir olduğunu göstərir. Quranın əhəmiyyətli izahatlarından bir dənəsi də hər şeydə xeyir olmasıdır. Hər şeydə bir xeyir vardır. Mütləq bir xeyirlə yaradılar. Xeyirlə yaradılmayan heç bir şey yoxdur. “Nəhayət, bir oğlan uşağı ilə rastlaşdılar.” Hz. Xızır (ə.s) sonra hər şeyi açıqlayır.
Öldürdüyü o uşaq gələcəkdə fəlakət yaradan biri olacaqdı. Böyük bəla törədəcəkdi. Allahın əmriylə mən onun qarşısını almış oldum, deyir. Bax, uşaq yaşda qarşısını almışdır, hadisə daha olmadan (uşağın böyüyüb fəlakətlər törədəcəyindən əvvəl) əvvəl qarşısını almış oldu. Orada da Quran, hadisənin olmasını gözləmədən, yəni hara gedəcəyi, necə nəticələnəcəyi açıqca aydındırsa, başlanğıcında bunu görüb tədbir alınmasının lazım olmasına diqqət çəkir. Əgər bunu etməsəniz, Cənabı Allah meydana gələcək fəlakətdən siz də məsul olarsınız deyir. Təbii ki, Xızır (ə.s) vəhylə hərəkət etdiyi üçün günahsızdır. Yəni bütün bunlar Allah tərəfindən hələ Xızır (ə.s) doğulmadan əvvəl o hökm verilmişdir.
Kəhf surəsi 75-ci ayə
Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?”
Dözə bilməyəcəyini bir daha söyləyir. Başlanğıcda insanların böyük hissəsi Mehdi (ə.s)-ın fəaliyyətlərinə hikmət gözüylə baxa bilməyəcək və ona dözə bilməyəcəklər. Nə qədər izah edilsə də, onu anlamayacaqlar. Bu səbəbdən də qarşı çıxacaqlar.
Kəhf surəsi 76-cı ayə
Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”.
“Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma.” Yəni əlaqəni kəsə bilərsən, deyir. Deməli, əgər mürşid tələbəsinə bu ruhu verə bilmirsə və tələbə də bu ruhu ala bilmirsə, onu tələbəlikdən çıxartmaq caizdir. Quran buna işarə edir. Yəni Allah, çox da israr etməyin deyir. Əgər hikmət gözüylə baxmırsa tələbəlik bağını qopara bilərsiniz. “Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın” Allah, bunun bir üzr olduğunu da ifadə edir. Yəni belə bir şey olsa əlaqə kəsilə bilər.
Kəhf surəsi 77-ci ayə
“(Yenə) Beləcə ikisi yola düzəldilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) dərhal onu tikdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın.”
“ (Yenə) Beləcə ikisi yola düzəldilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər.” O dövrdəki qəsəbə bəlkə də şəhər olmuşdur. “ Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. ” İnsanların bir çoxu Mehdi (ə.s)-ı tanıya bilmədikləri, anlaya bilmədikləri üçün belə bir vəziyyət alacaqlarına işarə edir. Qonaq etməkdən qaçınmaq onu yad hesab etdiklərini göstərir. “ Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər.” Bu divar, hz. Süleyman (ə.s)-ın yıxılan (uçulan) məscidinin divarına işarə edir. Bilirsiniz ki, bu məscid Mehdi (ə.s) tərəfindən abadlaşacaq və məscid əvvəlki halına salınacaq.
Hz. Musa (ə.s) dövründə olduğu kimi o əhd sandığı da tapılacaqdır və o məscidin önünə mərasimlə gətirilib qoyulacaqdır, inşaAllah. “(Xızır) dərhal onu tikdi.” Xızır (ə.s) eyni zamanda divar ustasıdır (bənnadır). Divar ustasının ingiliscə tərcüməsi nədir? Masson. Burada Mehdi (ə.s)-a da diqqət çəkilmişdir. Deməli, Mehdi (ə.s) də divar ustası (bənna) olacaq. Yıxılan, tökülən, məhv olmuş şeyləri düzəldəcəkdir, davamlı olaraq abadlıq, gözəllik və yaxşılıq kimi fəaliyyət göstərəcəkdir. “(Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın.” Mehdi bir insan üçün bir şey etdikdə ödəniş alarmı heç? Xeyr. Allah rizası üçün edər. Bu, Mehdi (ə.s)-ın xüsusiyyətlərindən biridir. Mehdi (ə.s) bir şeyi izah edərkən, təbliğ edərkən ödəniş qarşılığında etməz. Allah rizası üçün edər. Nə üçün? Çünki bütün peyğəmbərlər Allah rizası üçün etmişdir, heç birisi ödəniş almamışdır. Allah Quran ayələrində peyğəmbərlərin Allah rizası üçün təbliğ etdiklərini dəfələrlə vurğulayır.
Kəhf surəsi 78-ci ayə
Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.”
“Xızır dedi: “Bu, mənimlə sənin aranda ayrılıqdır.” Çünki 1979-cu il, Mehdi (ə.s)-ın zühur etdiyi ildir. Ayədə gəmidən bəhs edilir. Gəminin qüsurlu düzəldilməsindən bəhs edilir. Gəmidə bir işarə var. Çünki Mehdi (ə.s)-ın çıxdığı il, 1979-cu ildə gəmi paramparça oldu. Dağıntı yığını halına gəldi. Rəsulullah (s.ə.v) nə deyir? “Günlərlə bu atəşi görəcəksiniz,və göy gurultusu kimi səslər çıxararaq yanacaq. Tüstüsü göylərə çıxacaqdır” deyir.
Kəhf surəsi, 79-cu ayə
“Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.”
“Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.” O dövr də anarxiyanın ən sıx olduğu dövr idi. Hakimliyin, azğınlığın ən sıx olduğu dövr idi. Quran ona da işarə edir, inşaAllah.