Header

Hz. Mehdi (ə.s) dövründə insanlar ədalətə və etibarlı mühitə qovuşacaqlar

Aa4a

“Qaim (Hz. Mehdi (ə.s.)) qiyam etdiyi zaman “ … ZÜLM VƏ ƏDALƏTSİZLİK ONUN DÖVRÜNDƏ YOX OLACAQ. PROSPEKTLƏR, YOLLAR ONUN SAYƏSİNDƏ GÜVƏN VƏ DİNCLİK İÇİNDƏ OLACAQ. YER ÜZÜÖZ BƏRƏKƏTİNİ AŞKARA (ORTAYA) ÇIXARACAQ. HAQQ SAHİBİ ÖZ HAQQINA QOVUŞACAQ. XALQ İÇƏRİSİNDƏ EYNİLƏ DAVUD (Ə.S) VƏ PEYĞƏMBƏR (S.Ə.V) KİMİ HÖKM VERƏCƏK. Məhz bu dövrdə yer üzü öz xəzinələrini aşkar edəcək, bərəkətlərini ortaya çıxaracaq və İNFAQ, SƏDƏQƏ VƏ MADDİ KÖMƏYƏ EHTİYACI OLAN BİR NƏFƏR DƏ TAPILMAYACAQ. ÇÜNKİ BÜTÜN MÖMİNLƏR ZƏNGİN VƏ EHTİYACSIZ OLACAQ. “ (Bihar-ül Envar, 13-cü cild, köhnə təzyiq.)


Axır zamanda hz. Mehdi (ə.s) müsəlmanların mənəvi lideri olacaqdır. Müsəlmanlar və digər insanlar arasında Quran əxlaqına uyğun bir ədalət sistemini hakim edəcəkdir. Onun dövründə Quran əxlaqı tam olaraq tətbiq olunduğundan insanların zülmə, haqsızlığa və ədalətsizliyə uğramaları, hüquqlarının tapdalanması kimi bir vəziyyət söz mövzusu olmayacaq. Hz. Mehdi (ə.s) müsəlmanları Quran hökmlərinə, yəhudiləri və xristianları isə Tövrat və İncilin Quran ayələrinə uyğun olan hökmlərinə uyğun olaraq idarə edəcək. Dövründə insanlar hz. Mehdi (ə.s) vasitəsi ilə mənən (mənəvi olaraq) islah olacaqlar, Allahın razılığını güdməyi, Qurana uyğun bir əxlaq yaşamağı, dincliyi, güvən duyğusunu və Allah üçün sevməyi öyrənəcəklər.

Hz. Mehdi (ə.s) vasitəsi ilə dünya səviyyəsində böyük bir dinclik və güvən mühiti meydana gələcək, prospektlər, küçələr, yollar, ölkələr etibarlı hala gələcəkdir. İnsanların rahat və güvən içində gəzmək həsrəti bu dövrdə bitəcəkdir. Gecə və gündüz insanlar tək başlarına gəzə, heç bir təhlükə və qorxu yaşamayacaqlar. Belə ki, bir neçə xanım birlikdə bir yerdən başqa yerə dinclik və güvən içində səfər edə biləcəkdirlər. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə hz. Mehdi (ə.s) dövrünün bu güvən və dinclik mühiti belə təsvir edilir:


“… YER ÜZÜ TƏHLÜKƏSİZLİKLƏ DOLACAQ VƏ HƏTTA BİR NEÇƏ QADIN YANLARINDA HEÇ BİR KİŞİ OLMADAN RAHATLIQLA HƏCCƏ GEDƏ BİLƏCƏKDİR.” (Əl Kavlu’l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

“… HƏR YER TƏHLÜKƏSİZ BİR HALA GƏLƏR …” (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, səh. 58)

“… ONUN ZAMANINDA QURDLA QOYUN BİR YERDƏ OTLAYACAQ, UŞAQLAR İLAN VƏ ƏQRƏBLƏ OYNAYACAQ …” (İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, səh. 179, 1699)

Bu dövrdə nüzul edəcək və xristianların İslam dinini qəbul etməsində əhəmiyyətli bir məsuliyyət boynuna götürəcək olan ulu-əzm peyğəmbərlərdən olan hz. İsa (ə.s) və gəlib keçmiş ən böyük mücəddid (hər yüz ilin əvvəlində dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üzrə göndərilən böyük alim və Peyğəmbər (s.ə.v)-in varisi olan şəxs), müctəhid (ehtiyac olduğunda ayə və hədislərdən hökm çıxarmış böyük İslam alimləri və öndərləri) və qütbü əzəm (zamanının ən böyük dini lideri) olan hz. Mehdi (ə.s) da yollarda, küçələrdə və insanların arasında heç bir təhlükəsizlik tədbiri almadan könül xoşluğu ilə azad şəkildə gəzə biləcəkdirlər.

118

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313